08 Aprel 2017 12:04
325
İQTİSADİYYAT
A- A+
Dünya bazarında yeni brend - “Made in Azerbaijan”

Dünya bazarında yeni brend - “Made in Azerbaijan”

 

Riyaziyyatla iqtisadiyyatın fərqi ondadır ki, birincidə rəqəmin üstünə rəqəm gəldikdə artım yaranır, ikincidə isə toplayıb xeyir götürmək istədiyin rəqəmlər səni bəzən ziyana sala, müflis edə bilər. 

Bu baxımdan uğur qazanmaq üçün müxtəlif iqtisadi modelləri, ayrı-ayrı ölkələrin inkişaf yollarını nəzərdən keçirəndə görürsən ki, iqtisadi çiçəklənməni, dirçəlişi təmin edən səbəblərdən biri... brendlə bağlıdır. Brend hər hansı bir şirkətin və daha geniş anlamda bu və ya digər ölkənin fərqli keyfiyyətlə istehsal etdiyi məhsulların tanıtım yarlığıdır.
Martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsindəki giriş nitqində Prezident İlham Əliyev qeyri-neft, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracının indiki inkişaf mərhələsində ümdə vəzifələrdən biri olduğunu xüsusi vurğulayaraq brendin əhəmiyyətinə də belə toxunmuşdur: “Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq. “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes forumları keçirilir, hökumət nümayəndə heyətlərinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar”.
Dövlət başçısının hətta syasi təmaslarda belə Azərbaycan brendini önə çəkməsi mühüm əhəmiyyət kəsb edir. Bu ona işarədir ki, biznesin, o cümlədən ixracın və bütünlükdə ölkə iqtisadiyyatının inkişafı daim dövlətin diqqətindədir. Bu da səbəbsiz deyil. Məlumdur ki, müasir dünya biznesində hər hansı müəssisənin və ya ölkənin istehsal etdiyi məhsulların brend səviyyəsində tanınması ətrafında ciddi işlər görülür. İstehsalçı üçün brendin məşhurlaşması ən aktual məsələdir. Brend istehsal prosesinə birbaşa təsir etməsə də, ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan ən zəruri alətlərdən biridir. Dünya iqtisadiyyatını və brendlərin bazara oturmasını analiz edən mütəxəssislərin qənaətinə görə, güclü brendlər diktə etmək, müştəriləri özünə cəlb etmək və böyük gəlirlər yaratmaq imkanlarına qadirdir.
Bu səbəbdən brendin yaradılması və inkişaf etdirilməsinin biznes mühitində ən aktual məsələ olması təsadüfi deyil. Reklam üzrə məşhur mütəxəssis Cudi Lenon bunu onunla izah edir ki, brend alıcını valeh edib öz təsiri altına salmaq, onun qəlbini fəth etmək kimi xarizmatik gücə malikdir. Dünya bazarında adi istehlak malı sayılan “Zippo” çaxmağı və ya “Mont Blanc” qələmlərinin xüsusi nüfuzu buna misaldır. Marketinq mütəxəssisləri brendə insanın qəlbini fəth edən “qəhrəman” kimi də yanaşırlar. Siqaretin ziyanlı olduğunu hamı bilsə də, “Marlboro” güclü və müstəqil kişi xarakterinin rəmzi kimi təqdim edildiyindən həmin markanın (brendin) aludələri azalmır. Bir sözlə, məhsul zavodda istehsal olunsa da, brend alıcını bu onu almağa sövq edən mühit yaradır.
Adi bir alışqanı, ya da sağlamlığa ziyan gətirən siqareti brend kimi göylərə qaldırıb alıcını hipnoz etmək mümkündürsə, biz niyə Azərbaycanın faydalı və dünya üçün xeyirli məhsullarının brendini yaratmayaq? Əgər dövlət başçısı bu məsələni bir zərurət kimi daim qabardırsa, deməli, sahibkarlar da çalışmalı, ölkəmizdə istehsal edilən məhsulları dünya bazarına çıxarmaq üçün ağlabatan və bəzən də hamını heyrətləndirən addımları atmağa çalışmalıdırlar. Başa düşürük ki, bu gün bazarda güzəştsiz rəqabət hökm sürdüyündən brend yaradıb ora daxil olmaq asan deyil. Onu da bilirik ki, brendi yarada bilən, onu hamının yaddaşına müqəddəs bir surət kimi həkk etməyi bacaran yaradıcı insanlar lazımdır. Belələri məhsula elə keyfiyyətləri aşılaya bilirlər ki, o, şirkətin və ya ölkənin inkişafına təkan verir, məhsulu bazarda digərlərinə nisbətən daha ağıllı və daha cazibədar edir, başqa sözlə, onu brendə çevirir.
Dünya bazarında alıcılar fərqlidir və onların bütün maraqlarını təmin etmək çətin işdir. Əksəriyyət, bir qayda olaraq, öz ölkəsinin məhsulunu almağa çalışır. Məsələn, alman eyni adlı məhsulu alarkən hətta qiymət ucuz olsa belə xarici məhsula üstünlük vermir. Bilir ki, alman malını almaqla ölkəsinin inkişafına təkan verir, yerli sahibkarları dəstəkləyir, xərclədiyi pulu öz ölkəsinin iqtisadiyyatına yatırır. Bizdə isə bazara çıxıb nəsə alanda and içirlər ki, bu mal yerli deyil, xaricdə istehsal olunub. Yəni alanın da, satanın da şüurunda ölkə təəssübkeşliyi yetərli deyil. Bir neçə günün söhbətidir. Mebel almaq üçün salonları gəzəndə satıcıların əksəriyyəti and içirdi ki, mal Türkiyədən gətirilib. Yəni bunu bir keyfiyyət, brend nümunəsi kimi alıcıya sırımağa çalışırdılar. Amma artıq hamı bilir ki, ölkəmizdə istehsal olunan mebellərin keyfiyyəti heç də Türkiyədəkindən geri qalmır. Qiymətləri də o qədər baha deyil. Ümumiyyətlə, son 20 ildə ölkəmizdə istehsal olunan brend məhsulların çeşidi nəzərəçarpacaq dərəcədə artıb. İqtisadiyyatımız inkişaf edir, dünya bazarına çıxarılan rəqabətqabiliyyətli məhsullarımızın sayı getdikcə çoxalır. Ancaq onu da bilməliyik ki, məhsulumuzu öncə özümüz sevməliyik, başımızın üstünə bayraq kimi qaldırmalıyıq. Bunu bizim yerimizə ingilis, ya da fransız etməyəcək. Çünki brend həm də xalqın psixologiyası, özünə, öz məhsuluna qoyduğu qiymətlə sıx bağlıdır. Hər hansı Azərbaycan məhsulu dünya bazarına çıxanda onun arxasında xalqımızın keçmişi, milli mədəni dəyərlərimiz dayanır. Həmin amillər Azərbaycan brendini bir sima, sifət kimi digərlərindən fərqləndirir.
Bu baxımdan brendimizin mükəmməlliyə doğru inkişaf etdirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uzun illər ərzində atdığı addımlar diqqətəlayiqdir. Muğamın, abidələrimizin və digər milli-mənəvi dəyərlərimizin, eyni zamanda tolerantlığımızın geniş təbliği bizi bir xalq kimi tanıtmaqla yanaşı, həm də “Azərbaycan brendi” ifadəsinin arxasında duran mənəvi zənginlikləri təqdim edir. Bizi daha yaxşı, daha dərindən tanıyırlar və məhsullarımıza da başqa gözlə baxırlar.
Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsindəki yekun nitqində xarici bazarlarda özümüzə yer etməyin vacibliyini belə vurğulamışdır: “Bir daha demək istəyirəm ki, mən bütün həmkarlarımla təmaslarda bu məsələni ön plana çəkirəm. Ticarət dövriyyəsinin və Azərbaycan məhsullarının ixracının artırılması məsələlərini qoyuram ki, bizim üçün yeni bazarlar açılsın. Ənənəvi bazarlar var və biz o bazarlarda işləyirik. Biz yeni bazarlara çıxmalıyıq. Ticarət evlərinin yaradılması bu məqsədi güdür. İndi mən qeyd etdim, bir daha bildirmək istəyirəm ki, yaxın gələcəkdə Rusiyada, Belarusda, Ukraynada, Çində, Birləşmiş Ərəb Əmirliklərində ticarət missiyalarımız fəaliyyətə başlayacaq. Hesab edirəm ki, indiki mərhələdə bu, bizim üçün əsas bazarlardır. Eyni zamanda biz Avropa
İttifaqı bazarlarına da çıxmalıyıq, daha geniş çıxmalıyıq. İndi də ixrac edirik, ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə deyil. Biz bu istiqamətdə də işləyirik”.
Dövlət başçısı bu işin lazımi səviyyədə olmadığını qeyd etməkdə haqlıdır. Düzdür, Azərbaycan brendinin dünya bazarında təqdimatı mürəkkəb və uzun bir yoldur. Onun tam formalaşması üçün illər lazımdır. Bu yolda müxtəlif sahələri təqdim edən ağıl sahiblərinin, aparıcı mütəxəssislərin birgə səyləri vacibdir. Eyni zamanda o da reallıqdır ki, heç kim bizim yerimizə fikirləşməyəcək, dünya bazarının qapılarını asanlıqla bizim məhsulların üzünə açmayacaq. Lakin səylərin, biliklərin və ideyaların sintezi yolumuza işıq sala, onu asanlaşdıra bilər. Dünyada elə xalqlar var ki, onların nağıllarında özü açılıb-yığılan sehrli süfrə var. Yəni arzuladığın süfrə o saat qarşına sərilir. Lakin bizim nağıllarımızda belə süfrəni uçan xalça əvəz edir. Bu o deməkdir ki, biz bir xalq kimi məqsədə, niyyətə doğru irəliləməyi daha üstün tuturuq. Deməli, məhsullarımızla dünya bazarlarını fəth etməyi arzulayırıqsa, buna nail ola bilərik. Çünki ortada məqsəd, başlıcası isə dövlətin dəstəyi var. Qalır onlardan istifadə etmək.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məkkədə Həcc ziyarəti başlayıb

18:49
26 May

Qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər

18:41
26 May

Uqandada Ebola virusuna yoluxanların sayı artıb

18:34
26 May

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

18:32
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

18:31
26 May

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq  

18:30
26 May

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

18:28
26 May

WUF13: Bakıdan dünyaya inkişaf mesajı

18:19
26 May

Körfəz ölkələri dron təhlükəsinə qarşı lazer silahlarına yönəlir

18:16
26 May

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub

18:13
26 May

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

18:10
26 May

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan  

18:09
26 May

Microsoft Dünya Çempionatı üçün hakaton keçirilib

18:08
26 May

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

18:04
26 May

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:03
26 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:59
26 May

ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib

17:59
26 May

Xızıda sahibkarlarla görüş: biznes imkanları və dövlət dəstəyi müzakirə edilib

17:51
26 May

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır  

17:49
26 May

Örüş və otlaq sahələrinin idarə olunmasında yeni mərhələ: 480 min hektarda bərpa hədəfi

17:44
26 May

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

17:42
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!