23 Yanvar 2026 12:33
1123
PARLAMENT
A- A+
Dövlət maliyyəsinin səmərəli idarəsinin təşkili ilə bağlı qanunlarda dəyişiklik müzakirə olunur

Dövlət maliyyəsinin səmərəli idarəsinin təşkili ilə bağlı qanunlarda dəyişiklik müzakirə olunur


“Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

İclasda bildirilib ki, “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 1-ci hissəsində Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxil olmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinə darlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması müəyyənləşdirilib.

Həmin Fərmanla dövlət orqanlarının, dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi, həmçinin dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təmin edilməsi və bu müqavilələrin elektron qaydada bağlanılmasını təşkil edilməsi barədə tapşırıqlar müəyyənləşdirilib.

Bununla bağlı müvafiq qanun layihəsi hazırlanıb. Belə ki, “Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən həmin qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan tərəfindən büdcə təşkilatlarına təqdim edilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Büdcə prosesi çərçivəsində sənəd dövriyyəsinin elektronlaşdırılması bu sahədə inzibatçılığın azaldılmasına, müvafiq dövlət orqanının iş yükünün optimallaşmasına, büdcənin tərtibi və icrası prosesinin çevikliyinin artırılmasına xidmət edəcək.

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən “Mühasibat uçotu haqqında” qanuna müvafiq dəyişiklik təklif olunur və “e-mühasibat” informasiya sistemi ifadəsi “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” ifadəsi ilə əvəz olunur.

Hazırda “e-mühasibat” informasiya sistemində mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsi nəzərdə tutulursa, təklif olunan qanun layihəsinə əsasən informasiya sisteminin funksionallığı artırılaraq mühasibat uçotunun aparılmasının, həmçinin maliyyə hesabatlarının (birləşdirilmiş maliyyə hesabatlarının) tərtib və təqdim edilməsinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin özündə həyata keçirilməsi təmin ediləcək.

“Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələrinin elektron qaydada –“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılması, həmçinin bu proseslə bağlı bir sıra məsələlərin tənzimlənməsi təmin ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək

15:34
10 Fevral

Tədqiqat: İnfeksion xəstəliklərdən ölüm hallarının 10 faizi piylənmə ilə bağlıdır  

15:33
10 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

15:32
10 Fevral

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək  

15:31
10 Fevral

BVF-nin missiyası ilə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə olunub

15:07
10 Fevral

Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib

14:57
10 Fevral

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:56
10 Fevral

Azərbaycan və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub  

14:53
10 Fevral

Sabah hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq 

14:49
10 Fevral

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib 

14:48
10 Fevral

“Yol hərəkəti” və “Avtomobil yolları” haqqında qanunlara dəyişikliklər müzakirə olunur 

14:42
10 Fevral

"İnvestisiya fəaliyyəti haqqında" Qanunda dəyişiklik layihəsi plenar iclasa tövsiyə edilib  

14:35
10 Fevral

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

14:23
10 Fevral

Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər

14:21
10 Fevral

Azərbaycan və ABŞ arasında ticarət və strateji əməkdaşlıq müzakirə edilib  

14:15
10 Fevral

Nazirlik: Pensiya təminatı üçün ayrılan illik vəsait bu il 7 milyard 993 milyon manata çatıb  

14:13
10 Fevral

Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb

13:46
10 Fevral

“Təhsil haqqında” Qanuna dəyişiklik edilir

13:37
10 Fevral

Azərbaycan-Meksika dostluq əlaqələri müzakirə olunub

13:33
10 Fevral

Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

13:18
10 Fevral

AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda

13:14
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!