“Digital HUB” proqramı çərçivəsində “AzerTelecom” və “China Telecom” Strateji Anlaşma Memorandumu imzalayıb
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom” şirkəti Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirdiyi "Azerbaijan Digital HUB” proqramı çərçivəsində Çinin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkəti olan "China Telecom” ilə Starteji Anlaşma Memorandumu imzalayıb.
Çinin İKT sahəsində fəaliyyət göstərən qlobal şirkəti olan "China Telecom”la "AzerTelecom” şirkəti arasında Starteji Anlaşma Memorandumunun imzalanması Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi "Bir kəmər, bir yol” 2-ci Beynəlxalq Forumu çərçivəsində baş tutub. Forum çərçivəsində Azərbaycan Respublikasını və Çin Xalq Respublikasını təmsil edən müxtəlif şirkətlər arasında sənədlərin imzalanması mərasimi keçirilib.
Starteji Anlaşma Memorandumunu "AzerTelecom” şirkəti tərəfdən Baş icraçı direktor, "Azerbaijan Digital HUB” proqramının müəllifi və rəhbəri Fuad Allahverdiyev, "China Telecom” tərəfdən isə bu şirkətin vitse-prezidenti Dong Zi Yu imzalayıb.
"Azərbaycanın beynəlxalq səviyyədə tanınan telekommunikasiya operatoru, Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital HUB” proqramını icra edən "AzerTelecom” ilə Çinin iri texnologiya şirkəti olan "China Telecom” arasında Starteji Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyətə malikdir. Belə ki, bu sənəd iki ölkəni təmsil edən iri telekommunikasiya şirkətləri arasında "Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək yolu) yaradılması istiqamətində qarşılıqlı anlaşmanı və əməkdaşlığı özündə əks etdirir” deyə "AzerTelecom” şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev qeyd edib.
Fuad Allahverdiyevin bildirdiyinə əsasən, Strateji Anlaşma Memorandumu Çinin internet trafikinin daşıyıcısı - qlobal tranzit şirkəti olan "China Telecom” şirkətinin internet trafikinin "Digital HUB” proqramı çərçivəsində qurulan Asiya-Avropa arasında yenirəqəmsal telekommunikasiya dəhlizi üzrə Azərbaycan üzərindən daşınması istiqamətində qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq üçün imkanlar açır.
Qeyd edək ki, 25-27 aprel tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekində "Bir kəmər, bir yol” strategiyası çərçivəsində 2-ci Beynəlxalq Əməkdaşlıq Forumu keçirilir. Forum dövlət və hökumət başçılarını, müxtəlif dövlət rəsmilərini, özəl sektoru təmsil edən iri şirkətləri, sərmayədarları, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrini bir araya toplayıb.
"AzerTelecom” şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. "AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital HUB” proqramını icra edir. "Digital HUB” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir. "Digital HUB” proqramı nəticəsində Azərbaycanın Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi hazırda Çin hökumətinin təşəbbüskarı olduğu "Bir kəmər, bir yol” layihəsində Azərbaycanın da iştirakına töhfə verəcək. Proqramın icrası ilə Azərbaycan "Bir kəmər, bir yol” layihəsinin telekommunikasiya dəhlizinə çevriləcək.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!