09 İyun 2026 16:52
609
İDMAN
A- A+
DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər  

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər  


FIFA futbol üzrə dünya çempionatında azarkeşlər üçün yeni ödənişli xidmət istifadəyə verib.

AZƏRTAC “The Athletic” nəşrinə istinadla xəbər verir ki, "Super Shoutout" proqramı çərçivəsində azarkeşlər 79 ABŞ dolları ödəməklə adlarını stadionların böyük ekranlarında nümayiş etdirə biləcəklər. Xidmət qrup mərhələsinin 72 oyunu üçün nəzərdə tutulub.

FIFA əvvəlcə adların matç zamanı monitorda göstəriləcəyini bildirsə də, sonradan bunun yalnız oyundan əvvəl olacağını açıqlayıb. Həmçinin qeyd olunub ki, adların böyük ekranda nə vaxt və hansı müddət ərzində nümayiş etdiriləcəyi əvvəlcədən bildirilməyəcək.

Bir sifarişlə maksimum dörd müraciət etmək mümkündür. Bu halda ümumi məbləğ vergilər istisna olmaqla 316 ABŞ dolları təşkil edir. Bildirilib ki, xidmət üçün ayrılan yerlərin sayı məhduddur və üstünlük daha tez müraciət edən azarkeşlərə veriləcək.

FIFA adların stadionda olan azarkeşlər üçün nümayiş etdiriləcəyini, onların televiziya yayımında və ya digər media platformalarında görünəcəyinə zəmanət verilmədiyini bildirib.

Qeyd edək ki, ali futbol qurumu dünya çempionatı ərəfəsində bilet qiymətləri ilə bağlı da tənqidlərə məruz qalıb. Bir sıra azarkeş təşkilatları qiymətləri həddindən artıq yüksək hesab etsələr də, FIFA əldə olunan gəlirlərin dünya futbolunun inkişafına yönəldiləcəyini bəyan edib.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

23:55
26 İyul

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 3-4 dərəcə enəcək

19:19
26 İyul

FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib

18:57
26 İyul

Peskov: Ukrayna ilə bağlı yeni təkliflərə reaksiya Rusiyanın maraqlarından asılı olacaq

17:21
26 İyul

Hörmüz boğazında tanker minaya düşüb

16:48
26 İyul

Füzulidə Aerokosmik Modelçilik Festivalında 200-ə yaxın gənc bacarıqlarını nümayiş etdirib

14:51
26 İyul

İran ordusu müharibənin genişlənəcəyi ilə bağlı xəbərdarlıq edib

14:47
26 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:46
26 İyul

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!