25 Yanvar 2014 03:01
216
CƏMİYYƏT
A- A+
Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Respublika Hospitalında müşavirə keçirilmişdir

Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Respublika Hospitalında müşavirə keçirilmişdir

 

Yanvarın 24-də Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Respublika Hospitalında Tibb İdarəsinin əməkdaşlarının iştirakı ilə müşavirə keçirilmişdir.

DİN-in mətbuat xidmətindən bildirmişlər ki, müşavirəni açan daxili işlər naziri general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsi olaraq respublikamızın 2013-cü ili uğurla başa vurduğunu, bütün sahələrdə mühüm irəliləyişlər baş verdiyini və bunun daxili işlər orqanlarından da yan keçmədiyini bildirmişdir.

Ramil Usubov demişdir ki, son on ildə dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, ən müxtəlif təyinatlı onlarla obyekt, o cümlədən DİN-in Arif Heydərov adına Respublika Hospitalının beynəlxalq standartlara cavab verən, çoxprofilli yeni inzibati binası tikilərək istifadəyə verilmişdir. Tibbi xidmətin müasir səviyyədə təşkil olunması üçün mövcud imkanlardan geniş istifadə olunduğu, ilk növbədə xəstəliyin daha əvvəl aşkarlanması və qarşısının alınmasında səyyar tibbi baxışların keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, həyata keçirilən tədbirlər bütövlükdə iş keyfiyyətinin və bu sahədəki müvafiq göstəricilərin yüksəlməsinə imkan vermişdir.

Daha sonra nazir Tibb İdarəsinin və A.Heydərov adına Respublika Hospitalının yeni rəislərini kollektivə təqdim etmiş və əmin olduğunu bildirmişdir ki, sürətlə dəyişən və inkişaf edən səhiyyə sistemləri  ilə ayaqlaşa bilmək üçün müvafiq təkliflər hazırlanacaq, tibb işçilərimiz bütün bilik və bacarıqlarını sərf edərək əməkdaşlarımızın, onların ailə üzvlərinin, daxili işlər orqanları təqaüdçülərinin və ümumən, vətəndaşlarımızın sağlamlığı keşiyində ayıq-sayıq dayanacaqlar.

Tibb İdarəsinin rəisi Mahmud Yusifov və Hospitalın rəisi Ramiz Əkbərov onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, tibbi xidmətin daha da yaxşılaşdırılması, işdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün var qüvvələrini əsirgəməyəcəklərinə söz vermişlər.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!