15 Mart 2023 03:51
477
İQTİSADİYYAT
A- A+
Çox çəkməyəcək

Çox çəkməyəcək

 

Göygölün qonaq-qaralı günləri yenidən başlayacaq

 

Qədim adət-ənənələri özündə birləşdirən Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra bütün sahələrdə olduğu kimi, turizmin inkişafına da diqqətlə yanaşılır. O cümlədən kənd turizminin inkişafı üçün şəraiti olan bölgələrimizdə bu sahədə uğurlu addımlar atılır. 
Əhalinin əlavə gəlir yeri olan kənd turizminin inkişafı həm də xalqımızın adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin, eləcə də tarixi abidələrimizin tanıdılmasında mühüm rol oynayır. 
Ölkəmizdə kənd turizminin yayıldığı bölgələrdən biri də Göygöl rayonudur. Təbii mənzərəsinə, flora və faunasının zənginliyinə görə seçilən rayonda həm də çoxlu sayda tarixi abidə var. Hazırda burada 31 yerli əhəmiyyətli tarixi və memarlıq abidəsi mövcuddur ki, onlardan 8-i kurqan, nekropol, digərləri bina və körpülərdir. Göygöl şəhərində isə 1854-cü ildə alman kolonistləri tərəfindən tikilmiş "Lüteran" kilsəsi, XVI əsrə aid ikitağlı körpü, XII əsrə aid Ağ körpü, Qabriel kilsəsi, Anahid Məbədi və Müqəddəs Məryəm kilsəsi, tarixi məlum olmayan Qız qalası, bundan başqa, Dəmir dövrünə aid kurqanlar və Tunc dövrünə aid qəbirlər var. 
Onu da qeyd edək ki, son illər rayonda aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri, o sıradan kəndlərdə həyata keçirilən infrastruktur layihələri kənd turizminin inkişafı üçün geniş imkanlar açmışdır.
39 kəndi olan rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Lakin son illər kənd camaatı əsas işləri ilə yanaşı, turizmdən də xeyli gəlir götürür. Ən ucqar kəndlərə belə abad yolların çəkilməsi, qaz, su və enerji təchizatında problemlərin olmaması istər yerli, istərsə də xarici turistlərin kəndlərə üz tutmalarına səbəb olub. Kəndlilər isə evlərini qonaqlara kirayə verməklə yanaşı, onlara müxtəlif xidmətlər də göstərirlər. Məsələn, qonaqların istəyi ilə onları ekoloji cəhətdən təmiz meyvə-tərəvəz və digər ərzaq məhsulları ilə təmin edirlər. Yəqin buna görədir ki, hətta xarici turistlər də istirahətlərini Göygöldə keçirməyə üstünlük verirlər. Onların arasında Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, Yaponiya, İsveçrə, Rumıniyadan gələn turistlər də olur. 
Hər il qapılarını turistlərin üzünə açan kənd sakinləri  kirayə verdikləri evlərdə mövsümqabağı təmir və abadlıq işləri aparır, qonaqların məmnunluğunu təmin etmək üçün səliqə-sahman yaradırlar. Artıq turist mövsümünün yaxınlaşması ilə əlaqədar kəndlərdə abadlıq işlərinə başlanılmışdır. Ən çox Göygöl Milli Parkına yaxın ərazilərdə yerləşən kəndlərdə  - Aşıqlı, Yeni Zod, Toğanalı, Topalhəsənli, Mixaylovka, Şəhriyar və  digərlərində yay mövsümünə ciddi hazırlıq işləri görülür. 
Yay aylarında ən çox turist qəbul edən kəndlərdən biri də Aşıqlıdır. Gəncədən cəmi 10 kilometr məsafədə yerləşən kənddə turistlərin rahat istirahət etmələri üçün hər cür şərait var. Geniş və rahat avtomobil yolu boyunca bişirilən təndir çörəyinin ətrindən tutmuş yaxın ərazilərdən yığılmış şəfaverici otların və dərman bitkilərinin, eləcə də müxtəlif meyvələrin ətrinəcən burada hər şey sanki qonağa hesablanıb. 2400 nəfərə yaxın sakini olan kənddə 450-dən artıq ev var. Kənd Hacıkənd və Göygölə gedən yolun üstündə yerləşdiyindən turistlər burada qalmağa daha çox maraq göstərirlər. Odur ki, kənd sakinləri hər il istər yerli, istərsə də xarici turist sarıdan korluq çəkmir. 
Kənd sakini Pərvanə Əliyeva feyir ki, hər il onlarca turist qəbul edir. Bunun üçün hər cür şəraiti var. Həyətində inşa etdirdiyi ikinci ev imkan verir ki, eyni vaxtda 25 turisti qəbul etsin. Kəndin digər sakini İkram Məmmədovun da hər il yay mövsümündə çoxlu qonağı olur. Həyətində əlavə 4 otaq da tikdirib. Həmin hesaba eyni vaxtda 60-70 turisti qonaq edə bilir.
Yaşıl meşələr qoynunda yerləşən Köşkü kəndi də təbiəti və bulaqları ilə turistlərin marağına səbəb olur. Qeyd edək ki, bu ərazidə müalicəvi "Nurud" suyu da çıxır.   Göygölə yaxın olan Çaykənd və Toğanalı kəndləri də qonaqların daha çox üz tutduqları kəndlərdir. Hər iki kəndin ərazisində çoxsaylı ictimai iaşə obyektlərinin olması turistlərə imkan verir ki, yerli mətbəxin yeməklərindən dadsınlar. Çaykənd sakini Elmir Rəcəbov deyir ki, hər il evində onlarca turist saxlayır. Ailə üzvləri qonaqlara xüsusi qayğıkeşliklə yanaşırlar. Yeməklərinə, içməklərinə, eləcə də gəzintilərinə diqqət göstərirlər. 
Toğanalı kəndi də Göygölün yaxınlığındadır. Kənddən Kəlbəcərə ikinci yol çəkildikdən sonra kəndə maraq xeyli artmışdır. Kəndi iki yerə ayıran çayın səsi isə burada dincələnlərə ayrı zövq verir. 
Hazırda rayonda turizm mövsümünə hazırlıq işlərinin qızğın vaxtıdır. Bu işdə Göygöl Rayon İcra Hakimiyyəti sakinlərə və iş adamlarına hər cür dəstək verir. Kənd sakinləri isə turistlərdə məmnunluq yaratmaq və onların istirahətlərinin yaddaqalan keçməsi üçün indidən əllərindən gələni edirlər.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!