12 Noyabr 2025 10:15
6816
COP29
A- A+
COP30-un ilk iki günü: Adaptasiya, şəhərlər, su təhlükəsizliyi və dövri iqtisadiyyat tədbirlərin əsas mövzusu olub  

COP30-un ilk iki günü: Adaptasiya, şəhərlər, su təhlükəsizliyi və dövri iqtisadiyyat tədbirlərin əsas mövzusu olub  


Braziliyanın Belen şəhərində davam edən BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP30-un ilk iki günü adaptasiya, şəhərsalma, su təhlükəsizliyi, tullantıların idarə olunması və yerli idarəetmənin gücləndirilməsi kimi mövzulara həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində çoxsaylı yeni təşəbbüslər təqdim olunub, ölkələr və beynəlxalq təşkilatlar arasında əməli fəaliyyət və maliyyə mexanizmlərinin gücləndirilməsi barədə razılaşmalar əldə edilib.


Şəhərlər iqlim gündəliyinin mərkəzində

Noyabrın 11-də keçirilən “Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər görüşü”ndə COP30-un Prezidenti, səfir Andre Korrea do Lago vurğulayıb ki, iqlim fəaliyyətinin əsas mərhələsi yerli səviyyədə başlayır və adaptasiya tədbirləri şəhərlərin dayanıqlılığını təmin etməyin açarıdır.

Görüşdə “Çoxtərəfli İdarəetmənin Sürətləndirilməsi Planı” (PAS) və Yüksək Ambisiyalı Çoxtərəfli Tərəfdaşlıq Koalisiyasının (CHAMP) yeni idarəetmə mexanizmi təqdim olunub. Yeni planın məqsədi 2028-ci ilədək 100 ölkənin milli iqlim planlarında (NDC-lərdə) yerli strukturların inteqrasiyasını təmin etmək və 6 min yerli məmuru iqlim idarəçiliyi üzrə təlimləndirməkdir. Koalisiyaya Braziliya və Almaniya həmsədr təyin olunub.

UN-Habitat tərəfindən təqdim edilən “Urban Content in NDC 3.0” adlı hesabatda qeyd olunub ki, yeni milli planlarda şəhərlərlə bağlı müddəalar iki dəfədən çox artıb. BMT-nin İqlim Fəaliyyəti üzrə baş katib köməkçisi Selvin Hart bildirib ki, “bu sənədlərin təxminən 80 faizi şəhərlərə və adaptasiya tədbirlərinə istinad edir. Bu da ölkələrin məsuliyyətli yanaşmasının göstəricisidir”. Tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva təmsil edib.


“Beat the Heat” təşəbbüsü: 3,5 milyard insan üçün istilik risklərinə qarşı mübarizə

COP30-un ikinci günü BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birgə həyata keçirilən “Beat the Heat” İcra Sürətləndirmə Təşəbbüsü təqdim olunub. Layihə 185 şəhərdə 3,5 milyard insanı ekstremal istilikdən qorumaq, şəhərlərdə yaşıllaşdırma, təbii soyutma və enerjiyə qənaətli texnologiyaları yaymaq məqsədi daşıyır.


Su və adaptasiya: “Dəyişimin suları” nazirlər bəyanatı

COP30-da su resurslarının qorunması qlobal adaptasiya siyasətinin əsas elementi kimi önə çəkilib. “Su və İqlim Fəaliyyəti üzrə Nazirlər Görüşü – “Waters of Change” adlı sessiyada Birləşmiş Bəyanat qəbul edilib. Bəyanatda suyun iqlim siyasətində mərkəzi yer tutması, investisiyaların və idarəetmə mexanizmlərinin genişləndirilməsi vurğulanıb.

Eyni zamanda, Latın Amerikası və Karib hövzəsi üçün Su İnvestisiya Proqramı təqdim olunub. Bu təşəbbüs çərçivəsində 2030-cu ilədək 20 milyard ABŞ dolları məbləğində vəsait içməli su təhlükəsizliyi, suvarma sistemlərinin modernləşdirilməsi və daşqınlara qarşı dayanıqlılıq layihələrinə yönəldiləcək.


Binalar və tullantılar üzrə yeni standartlar

“GlobalABC” və Dünya Yaşıl Binalar Şurası tərəfindən “Near-Zero and Resilient Buildings” adlı yeni qlobal standartlar elan olunub. Altı ölkə – Kolumbiya, Fransa, Finlandiya, Qana, Yaponiya və Keniya – dövlət satınalmaları vasitəsilə dövri və davamlı binaların tətbiqini dəstəkləyib. Digər mühüm təşəbbüs – “No Organic Waste (NOW)” Planı – 2030-cu ilədək üzvi tullantılardan yaranan metan emissiyalarını 30 faiz azaltmağı, 1 milyon tullantı toplayıcısını dövri iqtisadiyyata inteqrasiya etməyi və ildə 20 milyon ton ərzaq tullantısının bərpasını nəzərdə tutur.


Rəqəmsal inklüzivlik və elektron tullantıların azaldılması

Braziliyanın Rabitə Nazirliyi və COP30 Rəhbərliyi tərəfindən keçirilən “Davamlı E-Tullantıların İdarəedilməsi və Rəqəmsal İnklüzivlik üzrə Mutirao” tədbiri çərçivəsində 2700 gənc təlimlərdə iştirak edib, 100 bərpaolunmuş kompüter icma mərkəzlərinə təqdim edilib və 1000 ton elektron tullantı toplanıb.


Fəaliyyətin yeni mərhələsi: “İcra COP-u”

COP30-un kommunikasiya komandasının açıqlamasına görə, bu il “Fəaliyyət Gündəliyi Tematik Məkanları” çərçivəsində 400-dən çox beynəlxalq təşəbbüs və 100-dən artıq sürətləndirmə planı təqdim olunacaq. Tədbirin ilk günündə, həmçinin COP29-un yüksəksəviyyəli iqlim çempionu Nigar Arpadarainin inklüziv iqlim diplomatiyasına verdiyi töhfə xüsusi qeyd edilib.

COP30-un ikinci günü yekununda keçirilən Qlobal Mutirao Nazirlər Plenar Sessiyası 80-dən çox ölkənin nazir və merlərini bir araya gətirib. Toplantıda vurğulanıb ki, Paris Sazişinin gələcəyi yerli səviyyədə – şəhərlər, regionlar və icmalar tərəfindən qurulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı ilə Brüssel arasındakı münasibətlərdə yeni mərhələ

16:23
12 Mart

Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib  

16:20
12 Mart

XIII Qlobal Bakı Forumunun ilk panel iclası qlobal təhlükəsizlik və güclər balansı mövzusuna həsr edilib YENİLƏNİB

16:19
12 Mart

Rusiyanın İrana humanitar yardım aparan təyyarəsi Lənkəran hava limanına enib 

16:16
12 Mart

İran Bəhreyndə yanacaq anbarlarını vurub

15:43
12 Mart

Şəhid övladları Qəbələdə - xizək təlimləri və Yel çərşənbəsi sevinci 

15:42
12 Mart

Türk nazir: Artıq etibarlı və yaşıl enerji sistemlərinin qurulması seçim deyil, zərurətdir  

15:31
12 Mart

Paşinyan: Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır  

15:31
12 Mart

Türkiyə MN: “İncirlik” hərbi hava bazası ölkəmizə məxsusdur  

15:28
12 Mart

Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol

15:27
12 Mart

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 147-ci kitabı çapdan çıxıb  

15:25
12 Mart

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB-2 

15:24
12 Mart

Leyla Qasımova: Novruz xalqımızın ən sevilən bayramları sırasında öndə gəlir

15:22
12 Mart

Otuz dörd illik sədaqətli xidmət nümunəsi

15:14
12 Mart

Norveçin sabiq Baş naziri: Yeni dayanıqlı beynəlxalq nizam üçün BMT-də islahat vacibdir

15:10
12 Mart

AQTA sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyib

15:06
12 Mart

Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaşdır  

15:00
12 Mart

UNICEF: Fevralın 28-dən bəri Yaxın Şərqdə 1100-dən çox uşaq həlak olub və ya yaralanıb  

14:51
12 Mart

Agentlik: 2018-ci ildən indiyədək ölkəyə repatriasiya olunan uşaqlardan 5-i dövlət himayəsinə alınıb

14:43
12 Mart

Martın bütün sosial ödənişləri qrafikdən əvvəl yekunlaşdırılacaq

14:36
12 Mart

Sebastian Kurs: Mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməliyik  

14:29
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!