“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində aprelin 24-də Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən konfransda akademiklər, sabiq səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı təcrübələrini bölüşüblər.
Həmin ekspertlər aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.
ADA Universiteti və BMTM-in birgə təşkilatçılığı ilə keçirilən 6-cı forum çərçivəsində Laçında baş tutan panel müzakirələrdə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusuna xüsusi diqqət yetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilib.
“Qarabağda dayanıqlı inkişaf” mövzusunda keçirilən ilk panelin moderatoru ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olub. O, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin salamlarını tədbir iştirakçılarına çatdırıb.
Paneldə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin çıxışları dinlənilib. Daha sonra sual-cavab sessiyası keçirilib.
Davamlı inkişafla bağlı müzakirələrdən sonra iştirakçılar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluq etdiyi “Yaşıl infrastrukturun inkişafı təcrübələri və alternativ və bərpa olunan enerji təşəbbüsləri” mövzusunda ikinci paneldə iştirak ediblər. Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza, Cenevrə Dövlət Universitetində Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi, “Tracadero” Forum İnstitutunun rəhbəri Ellen Vasilina və “Methinks” şirkətinin enerji təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi Con Roberts Azərbaycanın ehtiyaclarına uyğunlaşdırıla bilən beynəlxalq praktikadan bəhs ediblər. İqtisadi və “yaşıl inkişaf”a fokuslanan beyin mərkəzləri və akademik institutların nümayəndələri işğaldan azad edilmiş ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqindən danışıblar.
Forum, həmçinin iştirakçılara Laçında inkişaf layihələri ilə yaxından tanış olmaq imkanı yaradıb. Səfərin bu hissəsində günün əvvəlində keçirilən nəzəri müzakirələrin praktiki tətbiqləri nümayiş olunub.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 və Azərbaycanın yaşıl enerji siyasətinin müzakirə olunduğu forum iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfələr verib.
Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza Xəzəryanı dövlətlərin dəniz problemlərini həll etmək üçün toplanacağı Xəzər Dialoq Platformasının təşkil olunmasını tövsiyə edib: “Ölkələr iqlim dəyişikliyi ilə mübarizə aparmaq, ola bilsin ki, Xəzər dənizinin su ekosistemlərini, yaşıl nəqliyyat dəhlizlərini, dəniz ekosistemlərini qorumaq üçün COP29-da bir araya gələ bilərlər. Ancaq regional əməkdaşlıqda Azərbaycanın mərkəzə çevrilməsi, bundan sonra artıq təhlükəsizlik və sülhün iqlim dəyişikliklərinə qarşı mübarizədə effektiv rolunu qeyd etmək lazımdır”.
Cenevrə Dövlət Universitetində Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi Azərbaycanın COP29-a hazırlıq məsələsinə yanaşma tərzinə heyran olduğunu bildirib: “Həm COP29-un məqsədlərinə, həm də davamlı inkişaf üçün uzunmüddətli baxışa həqiqətən yönəlmiş düşüncə, ixtiraçılıq və innovasiya səviyyəsi məni heyran edir. Ötən gün biz bunu Prezidentlə ətraflı müzakirə etdik”.
Paneldə çıxış edən “Tracadero” Forum İnstitutunun rəhbəri Ellen Vasilina qlobal səviyyədə təhsilin əhəmiyyətini vurğulayaraq, gənclərə hazırkı qlobal problemlərə hazırlıqlı olmalarını tövsiyə edib, bu istiqamətdə ADA Universitetinin mühüm rolunu vurğulayıb. “ADA Universiteti təhsilin təşviqi və gənclər üçün iş yerlərinin yaradılmasına töhfə verir”, - deyə ekspert əlavə edib.
“Methinks” şirkətinin enerji təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi Con Roberts paneldə səslənən bütün fikirlərə qoşulduğunu və Azərbaycanda keçiriləcək COP29 tədbirinin bütün dünyaya faydalı olacağına ümidvar olduğunu bildirib.
Panel sessiyasının yekununda iştirakçıların sualları cavablandırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
Ən çox alqışlanan "balaca əsgər"
04 May
"Su axar, çuxurunu tapar"
04 May
BP-dən Azərbaycanda kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək
04 May
Ekoloji problemlər bütün beynəlxalq tədbirlərin əsas mövzularından biri olur
04 May
Azərbaycanın güc strukturları müasir texnologiya əsasında istehsal edilən texnika, silah və döyüş su...
04 May
Azərbaycan Fransa zülmündən xilas olmaq istəyən xalqların himayədarıdır
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!