23 Noyabr 2024 08:00
3422
SİYASƏT
A- A+
COP29 Azərbaycanın qlobal nüfuzunun göstəricisidir

COP29 Azərbaycanın qlobal nüfuzunun göstəricisidir


Bu, tədbirdə iştirak edən dünya liderlərinin ümumi fikridir


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) dünya yüksək qiymətləndirir. Bunu ən çox COP29-da iştirak edən dövlət başçılarının, rəsmi şəxslərin və digər hörmətli qonaqlarımızın çıxışlarında, müsahibələrində, Prezident İlham Əliyevlə görüş və söhbətlərində aydın görürük.

"Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a evsahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük." Bu, Prezident İlham Əliyevin sözləridir. Dövlətimizin başçısı Liderlər Sammitinin açılış mərasimində çıxış edərkən həmçinin diqqətə çatdırmışdır ki, 196 ölkədən gəlmiş 72 min iştirakçı qeydiyyatdan keçib: "Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!"

İndi isə ali qonaqların fikir, rəy və ürək sözlərinə diqqət yetirək. BMT-nin Baş katibi Antonio Quterreş tədbirin tribunasından bütün dövlət nümayəndələrinə müraciət etdi: "Artıq itirməyə vaxtımız qalmayıb. İnsanlar, dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizə üçün vəsait ayırmalıdırlar. Əks halda, bu, bəşəriyyətə baha başa gələcək. İqlim maliyyələşməsi xeyirxah əməl deyil, bu, bir investisiyadır. Bu, ixtiyari məsələ deyil, məcburi məsələdir. Hər ikisi əvəzolunmaz tədbirdir, bunlar bəşəriyyətin gələcəyi və firavanlığı üçün lazımdır… COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir". BMT-nin Baş katibi əmin olduğunu da bildirdi ki, buna birlikdə nail olunacaq.

Qardaş türk dövlətlərinin liderləri COP29-un yüksək səviyyədə təşkili və gedişindən məmnunluqlarını ifadə etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına COP29-un uğurla keçirilməsi ilə bağlı təbriklərini çatdırdı və Azərbaycanın qısa müddət ərzində belə bir möhtəşəm tədbirə mükəmməl hazırlığını yüksək qiymətləndirildiyini bildirdi. Həmçinin vurğuladı ki, Prezident İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış edib. Türkiyə Prezidenti tədbir çərçivəsində təşkil olunan mədəni təqdimatın da nəfis qaydada hazırlandığını diqqətə çatdırdı.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan, Qazaxıstan və Özbəkistanın dövlət başçılarının üçtərəfli görüşü zamanı dedi: "Əvvəlcə, Birləşmiş Millətlər Təşkilatının İqlim Sammitinin uğurla keçirilməsi münasibətilə hörmətli İlham Heydər oğlunu bir daha təbrik etmək istərdim. Biz hamımız gördük ki, bu, Azərbaycanın nüfuzunun tanınmasıdır. Regionumuzda ilk dəfədir ki, belə möhtəşəm tədbir keçirilir və bu, Azərbaycanın qlobal miqyasda ən yüksək nüfuzunun bariz göstəricisidir." 

"Mən Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un prezidenti kimi görməkdən çox məmnunam". Bunu isə yaxın qonşumuz Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib və COP29-u belə dəyərləndirib: "Bu tədbir əlamətdar hadisədir, çünki Cənubi Qafqaz regionu ölkəsi ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İştirakçılarının Konfransına evsahibliyi edir. Azərbaycana bu istiqamətdə səmərəli və iddialı nəticələrin əldə edilməsində, danışıqlar prosesində əməkdaşlıq və konstruktiv dialoq ruhunun təşviqində uğurlar arzulamaq istərdim. Bu konfrans kritik bir vaxta təsadüf edir, çünki iqlim dəyişikliyi çağımızın ən aktual problemlərindən biri kimi ortaya çıxır və onun çoxşaxəli nəticələrini həll etmək üçün təcili qlobal fəaliyyət və əməkdaşlıq tələb edir". 

 Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərifin fikirləri də maraq doğurur . O, dövlətimizin başçısına müraciətlə demişdir: "Cənab Prezident, COP29-a Azərbaycanda, Bakıda evsahibliyi etdiyinizə görə təşəkkür edirəm. Siz həqiqətən də öz rəhbərliyiniz və liderliyinizlə hamını sülhün vacibliyinə inandırdınız. Sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da biz sülhü yarada bilmərik. Mən Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə təşəkkür edirəm". 

 Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer Prezident İlham Əliyevi COP29-un Azərbaycanda keçirilməsi və ölkəmizin bu tədbirə sədrliyi münasibətilə təbrik edib. İqlim dəyişmələri məsələlərinin Britaniyanın gündəliyində vacib, prioritet məsələlərdən olduğunu deyən baş nazir Azərbaycan tərəfindən qlobal iqlim dəyişmələri ilə mübarizəyə verilən töhfənin təqdir olunduğunu vurğulayıb.

COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə "Əziz Qardaşım" deyə müraciət etdiyi Prezident İlham Əliyevə təbrikini çatdırıb. Baş nazir əminliklə bildirib ki, COP29 mütləq tarixə düşəcək.

Çex Respublikasının Baş naziri Petr Fiala da COP29-un yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb və bununla bağlı dövlətimizin başçısını təbrik edib. O, COP miqyasında tədbirin belə bir qısa müddətdə təşkil edilməsinin heç də asan olmadığını vurğulayıb və qeyd edib ki, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyətini əks etdirən çox gözəl təqdimat nümayiş olunub.

Bu rəylər siyahısını xeyli uzatmaq da mümkündür. Bununla yanaşı, qeyd edilməlidir ki, ən çox "ürəyi dolu olan" iqlim dəyişmələrindən daim əziyyət çəkən kiçik ada dövlətləridir. Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend həmin birliyin 56 üzvündən 25-nin inkişaf etməkdə olan ada dövləti olduğunu qeyd etdi: "Onlar böyük çağırışlarla üzləşir. Onlar iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. Bu, fiziki baxımdan daha az ərazi deməkdir. Bununla belə qlobal maliyyə qaydaları onların işini daha da çətinləşdirir. Bütün bunlar onların müqavimət gücünü zəiflədir. Bu səbəbdən kiçik ada dövlətlərinə verilən prioritet birlik proqramımızın əsasını və beynəlxalq sistemdə fəaliyyətimizin özəyini təşkil edir".

Patrisia Skotlend COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək deyib: "COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair fondun yaradılması təşəbbüsü mənə böyük təəssürat bağışladı. Resursların açılmasını və paylanmasını təmin etmək üçün icra mexanizmlərinin işlənilməsinə dəstək verməyə hazırıq".

Əlavə edək ki, COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə "Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi" qəbul olunub.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Ruanda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası olub  

19:32
18 Yanvar

“Azərişıq” ASC-nin nümayəndələri Qubada sahibkarlarla görüşüblər

19:20
18 Yanvar

 “Əbədi Qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib  

19:09
18 Yanvar

Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib

18:53
18 Yanvar

Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib

18:49
18 Yanvar

Hakan Fidan: Türk Dövlətləri Təşkilatının daha təsirli və səmərəli olması strateji bir addımdır 

18:35
18 Yanvar

Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub

17:40
18 Yanvar

QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür

17:18
18 Yanvar

Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib 

17:02
18 Yanvar

Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib 

16:41
18 Yanvar

Nazir: Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək

15:45
18 Yanvar

Türkiyənin XİN başçısı: Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq

15:42
18 Yanvar

Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək

15:29
18 Yanvar

Azərbaycanın və Türkiyənin XİN başçıları qərarların icrası istiqamətində müzakirələr aparıb

15:08
18 Yanvar

DİN: Milli Qəhrəmanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib

15:05
18 Yanvar

Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan növbəti seminar-müşavirə Şirvanda keçirilib  

14:41
18 Yanvar

Dronları “uçan boşqab”a çevirən texnologiya icad olunub

14:33
18 Yanvar

“iPhone”da “Face ID” dəyişikliyi

14:23
18 Yanvar

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir

13:59
18 Yanvar

Cəbrayılda daha 42 ailəyə evlərin açarları təqdim olunub

13:59
18 Yanvar

Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq imkanları müzakirə edilib

13:47
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!