21 Noyabr 2022 12:00
1264
DÜNYA
A- A+
Co Bayden 80 yaşlı ilk ABŞ Prezidentidir  

Co Bayden 80 yaşlı ilk ABŞ Prezidentidir  

 

Co Bayden bazar günü özünün 80 illiyini qeyd etməklə Ağ evin bu yaşda fəaliyyətdə olan ilk rəhbərinə çevrilib.

AZƏRTAC Amerika kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, Bayden öz əlamətdar ad gününü Vaşinqtonda, ailəsi ilə birlikdə qeyd edib. Ağ evin mətbuat katibi Karin Jan-Pyerin sözlərinə görə, ölkənin birinci ailəsinin həftəsonları böyük nəvə Naomi ilə Piter Nilin toyundan başlayıb. Təntənəli mərasim Ağ evin cənub çəmənliyində keçirilib.

Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində doğulub. O, ABŞ tarixində ən yaşlı Prezidentdir və 74 yaşınadək bu postda olmuş sələfi Donald Trampdan təxminən 4 yaş böyükdür. Ronald Reyqan Prezident vəzifəsini 1989-cu ildə tərk edəndə 77 yaşı vardı.

Birləşmiş Ştatlarda 2024-cü ilə planlaşdırılan növbəti Prezident seçkilərində Вaydenin 82 yaşı tamam olacaq. Onun adının səsvermə bülleteninə daxil edilib-edilməyəcəyi hələ ki, məlum deyil. Halbuki ötən çərşənbə axşamı o, yenidən seçilmək niyyətini açıqlamışdı. “Bloomberg” jurnalının məlumatına görə, bu məsələ ilə bağlı elan 2023-cü ilin əvvəlində verilə bilər.

Baydenin yaşı onun siyasi opponentləri tərəfindən tənqid obyekti olmasına baxmayaraq, o, ABŞ rəhbərliyində heç də ən qoca dövlət qulluqçusu deyil. Hər iki partiyadan Konqresə üzv olanlar arasında yaşı Baydenin yaşından yuxarı olanlar var. 89 yaşlı senator Dayana Faynşteyn, 89 yaşlı senator Çak Qrassli, 81 yaşlı senator Berni Sanders və Nümayəndələr Palatasının üzvü 82 yaşlı Nensi Pelosi bu siyahıya daxildirlər. 117-ci Konqresdə Nümayəndələr Palatasının üzvlərinin orta yaşı təqribən 58, senatorlun orta yaşı 64-dən yuxarıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Türk dövlətlərində hakimiyyətin təşkilinin konstitusion əsaslarına həsr olunmuş beynəlxalq konfrans keçirilib  

09:46
19 Dekabr

Marsda zaman Yer kürəsindən daha sürətlidir  

09:44
19 Dekabr

UEFA Konfrans Liqasında əsas mərhələyə yekun vurulub  

09:36
19 Dekabr

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası Böyük Kəsik stansiyasından yola salınıb  

09:35
19 Dekabr

Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub  

09:31
19 Dekabr

Bakının "Dünya İdman Paytaxtı" seçilməsi Azərbaycanın idman siyasətinə verilən qiymətdir

09:25
19 Dekabr

Paytaxt məktəblilərinin növbəti kitabı təqdim olunub

09:20
19 Dekabr

Vətənə bağlı Azərbaycan gəncliyi

09:15
19 Dekabr

Əfsanəyə dönmüş alim ömrü

09:10
19 Dekabr

Qubada keçirilən tədbirdə tolerantlıq mədəniyyətinin təməllərindən söz açılıb

09:05
19 Dekabr

İlləri uğurlu, övladları qürurlu 

09:00
19 Dekabr

Samux - bu günü dünənindən, sabahı bu günündən abad

08:55
19 Dekabr

Göygöldə şəhid ailələri onlara göstərilən diqqətdən razıdırlar

08:50
19 Dekabr

Aİ-nin sülh gündəliyinə zidd fəaliyyəti qəbuledilməzdir

08:45
19 Dekabr

"Dəmir iradə"nin polad yolları

08:40
19 Dekabr

Qarşılıqlı etimada və marağa əsaslanan əməkdaşlıq

08:35
19 Dekabr

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!