19 Aprel 2024 19:20
299
SİYASƏT
A- A+

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

 

Aprelin 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin ölkəmizdəki səfiri Abdelvahab Osmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan və Əlcəzair arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Abdelvahab Osmana təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycanla Əlcəzair arasında artan tərəfdaşlığın, dost münasibətlərin, yüksək səviyyəli təmasların məmnunluq doğurduğunu vurğulayıblar. Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, enerji, parlamentlərarası əlaqələr və digər istiqamətlərdə əlaqələrin genişləndirilməsi sahələrində qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd olunub. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda uğurla əməkdaşlığı davam etdirdiyi bildirilib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Əlcəzairin, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə hər zaman dəstək olmasının tərəfimizdən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. Nazir, həmçinin səfirə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanla münasibətlərin normallaşması prosesi barədə məlumat verib.


Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video