31 Dekabr 2021 10:55
1572
CƏMİYYƏT
A- A+
Cəbrayılda şəhid olan Cəbrayıl sevdalısı...

Cəbrayılda şəhid olan Cəbrayıl sevdalısı...

 

Ola bilsin mənə nəsə olsun. Birdən mənə nəsə olarsa, uşaqlar sənə, sən də Allaha əmanət ol. Səni həmişə sevmişəm. Məni atamın yanında dəfn edərsiniz...

AZƏRTAC xəbər verir ki, bunlar Dövlət Sərhəd Xidmətinin şəhid baş leytenantı Elçin Əvəz oğlu Əzizovun həyat yoldaşı Sevdaya yazdığı son mesajında əksini tapan cümlələrdir.

Elçin Əzizov Cəbrayıl sevdalısı idi. 1985-ci il martın 31-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olan, Elçin səkkiz yaşı olanda tərk etdiyi doğma torpağına uzun müddətdən sonra - 2016-cı ilin Aprel döyüşlərdə qədəm qoymağa nail olub. O zaman Elçin dörd ilə yaxın idi ki, Dövlət Sərhəd Xidmətinin çevik hərəkat dəstəsində xidmət edirdi. Doğma torpağında keçirilən hərbi əməliyyatlarda xüsusi şücaəti ilə seçilib. Qazanılan kiçik Qələbə Elçinin ümidlərini birəbeş artırmışdı. O, sonuncu, vacib döyüşü səbirsizliklə gözləyənlərdən idi. Vətən müharibəsi başlayanda isə ilk günlərdən savaş meydanına atılan Elçinin döyüş yolu Murovdağ yüksəklikləri, Füzuli və Cəbrayıl rayonundan keçib. Oktyabrın 13-də yaralı döyüş yoldaşlarının köməyinə gedərkən Cəbrayıl rayonunda düşmən raketinin hədəfinə tuş gəlib. Həmin vaxt Elçinlə birlikdə zirehli maşında olan mayor Malik Əliyev də şəhadətə yüksəlib.

Elçin Əzizov oktyabrın 15-də II Fəxri xiyabanda Azərbaycan himninin sədaları ilə dəfn edilib. Ölümündən sonra dövlətimizin başçısının sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları, üçüncü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Şəhidin həyat yoldaşı Sevda Oruclu sevdiyi insanı itirməyin ağrı-acısı ilə yanaşı, elə qəhrəman bir döyüşçünün həyat yoldaşı olmağın qürurunu da daşıdığını qeyd edib.

"Elçini son dəfə ötən il avqustda gördüm. Demək olar evdə çox az hallarda olurdu, tez-tez təlimlərə yollanırdı. Ötən il isə demək olar ki, Vətən müharibəsinə qədər müddətin xeyli hissəsini təlimlərdə keçirmişdi. Vətən müharibəsinin ilk günlərindən döyüş meydanına atılan Elçin ara-sıra zəng edirdi. Böyük Mərcanlı kəndi azad ediləndə onun xəbəri necə sevinclə çatdırmasını, ordumuz haqqında necə qürurla danışmasını, yorğunluğuna rəğmən növbəti döyüş əməliyyatlarını səbirsizliklə gözlədiyini deyərkən səsindəki həyəcanı unuda bilmərəm. Son dəfə oktyabrın 12-də gecə xeyli danışdıq. Balaca oğlumuz Uğurun ad gününə az qalmışdı. Dedi, hazırlıqları gör, birgünlük də olsa, gəlməyə çalışacağam. Qismət olmadı...

Elçin övladlarımızı çox xoşbəxt görmək istəyirdi. Böyük oğlumuz Yusif aktiv uşaq olduğundan deyirdi ki, "özümü onda görür, hərbçi olmasını istəyirəm". Qızımız Duyğunun sağlamlıq problemi var. Elçinin arzusu o idi ki, qızımız onun qucağına qaça, öz ayaqları üstə dayana bilsin. Evdən çıxanda balaca oğlumuz Uğur onaylıq idi. Tez-tez təlimlərdə olduğundan heç 10 ay ərzində oğlumuzu normal görə bilmədi. Elçin son mesajında şəhid olarsa, atasının yanında torpağa tapşırılmasını vəsiyyət etmişdi. Atası Biləsuvar rayonunda dəfn olunub. Düzü ondan sonra son telefon danışığında Elçindən bu barədə soruşanda gülə-gülə "elə-belə yazmışdım" dedi. Heç ağlıma da gəlməzdi ki, ürəyinə daman doğru çıxacaq, bir daha Elçinin nə üzünü görə biləcək, nə də səsini eşidə biləcəyəm. Bəlkə də II Fəxri xiyabanda dəfn olunmağına görə məndən inciyib. Amma həm özümüz tez-tez ziyarətinə gedə bilirik, həm də onun ziyarətçiləri daha çoxdur. Tanıyan, tanımayan hər kəs məzarını ziyarət etməklə Elçinə sevgisini bildirir. Elçin kimi igidin, cəsur və vətənpərvər birinin həyat yoldaşı olmaq qüruru bir ömür mənə bəs edər", - deyə şəhidin həyat yoldaşı bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

12:09
15 Dekabr

Doqquz ayda Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb  

12:06
15 Dekabr

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq  

10:18
15 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

09:52
15 Dekabr

Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb  

09:36
15 Dekabr

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq  

09:35
15 Dekabr

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb  

09:12
15 Dekabr

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!