Bu il sahələrdə bol taxıl var
İndi taxılçılıqda işlərin qızğın çağıdır. Bir aya yaxındır ki, biçinə başlanmışdır. Səhər tezdən zəmilərə çıxan kombaynlar gün batanadək işləyir, biçilən taxıl sahələrdən anbarlara daşınır.
Tovuz taxılçıları bu il bol məhsul yetişdirmişlər. Biçinin optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbərliyə alınmışdır. Rayon icra hakimiyyətindən verilən məlumata görə, taxıl biçini xüsusi nəzarət altındadır. Biçinin mütəşəkkil aparılması üçün yığım kampaniyası başlamamışdan əvvəl qərargah yaradılmış, yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi məqsədilə ümumrayon toplantısı keçirilmişdir. Bundan başqa, biçin kampaniyası dövründə yarana biləcək hər hansı problemin qarşısının alınması üçün qaynar telefon xətti açılmışdır.
Rayon üzrə 15 min 547 hektarda taxıl səpilmişdir. Onun 14 min 112 hektarı buğda, 1435 hektarı arpadır. Aqrotexniki tədbirlərin sayəsində zəmilərdə bol məhsul yetişdirilmişdir. Hazırda sahələrdə 15-dən artıq kombayn işləyir. Məhsuldarlıq yüksəkdir. Orta hesabla arpa sahələrinin hər hektarından 26,3, buğda sahələrinin hər hektarından 30,5 sentner məhsul götürülür.
Rayonda taxılçılığa maraq ildən-ilə artır. Xüsusilə heyvandarlıqla məşğul olan fermerlər hər il əkin sahələrini artırırlar. Məsələn, Bozalqanlı kəndi ərazisində 4 hektarda taxıl əkən Kamal Ələsgərov hər il zəmilərdən bol məhsul götürür. Dönük Qırıqlı kəndinin sakini Fərhad Məmmədov isə 10 hektarda taxıl əkib. Yaratdığı heyvandarlıq kompleksində 100 başadək cins qoyun saxlayır. Onların arpaya olan tələbatını əkin sahələrindən yığdığı taxılla ödəyir.
Taxıl əkən fermerlərdən biri də Aşağı Müsüzlü kəndinin sakini Elxan Nağıyevdir. Keçən il 12 hektarda taxıl yetişdirən fermer bu il əkin sahəsini genişləndirərək 15 hektara çatdırmışdır. Bu günlər Elxan Nağıyevin də taxıl sahələrində biçinə başlanılmışdır. İlk göstəricilər ürəkaçandır. Biçinin ilk günlərindən orta hesabla hər hektardan 32 sentner məhsul götürülür.
Aşağı Öysüzlü kəndinin sakini Zahid Səmədov isə bu il 50 hektar sahənin taxılını biçməlidir. Biçinə mütəşəkkilliklə başlayan fermer bu işdə heç bir çətinliyin olmadığını bildirərək dedi ki, dövlətin taxılçılığın inkişafına göstərdiyi qayğıdan bəhrələnərək hər il əkin sahələrində bol məhsul yetişdirir. Keçən il yığdığı məhsulun bir hissəsini toxum kimi satmış, bir hissəsini növbəti ilin səpininə saxlamış, bir hissəsini heyvandarlığın inkişafına sərf etmişdir.
Zahid Səmədov taxılçılara verilən dəstəkdən razıdır: "Hər hektara və işlənmiş sürtkü yağlarına görə dövlət bizə subsidiya ödəyir. Əkin sahələrinə verdiyimiz gübrələri isə güzəştli qiymətlərlə alırıq. Göstərilən bu qayğının nəticəsidir ki, uğurlarımız ildən-ilə artır”.
Sabir ƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!