Böyük Zəfər cümhuriyyət ideallarının təntənəsidir
İlham Əliyevin liderliyi ilə müstəqilliyimizin ən şərəfli tarixi yazılır
Bu gün Respublika Günüdür. Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ili tamam olur. Amma dövlət müstəqilliyimizin bərpasından sonra ilk dəfədir ki, xalqımız bu günü əvvəlki illərdən tamamilə fərqli ovqat və əhvali-ruhiyyə ilə qarşılayır. Çünki Vətən müharibəsindəki böyük Qələbəmiz xalqımızın dövlətçilik salnaməsinin mühüm səhifələrindən olan Respublika Gününü də şərəfləndirdi və 29 ildə birinci dəfədir ki, bu tarixi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu şəraitdə qeyd edirik.
Azadlıq ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Biz həmişə azad yaşamışıq, tarixin bütün mərhələlərində dövlətlərimiz olub. 1918-ci ildə də tarixi şərait yetişdiyi anda Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. O dövr üçün qabaqcıl ziyalılar təbəqəsinin yetişməsi də müstəqil dövlətimizin yaranmasında müstəsna rol oynadı. Xaricdə yüksək təhsil alan, Avropa və dünya mədəniyyəti ilə yaxından tanış olan bu insanlar öz intellektual potensialı, millətinə olan sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə fəal iştirak etdilər, siyasi-ictimai, fəlsəfi və maarifpərvər yaradıcılıqları ilə xalqımızın milli oyanışına mühüm töhfələr verdilər. Məhz bu insanlar yaranmış mürəkkəb vəziyyətdə birləşərək Azərbaycanın “İstiqlal Bəyannaməsi”ni elan etdilər və Azərbaycan Xalq Cümhuriyyətinin, respublikamızın müstəqilliyinin əsasını qoydular.
Lakin 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi. Xalq Cümhuriyyəti demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilmədi. Amma qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı. Cümhuriyyətin ömrü qısa olsa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi.
70 illik sovet hakimiyyəti dövründə xalqımız milli azadlıq ideallarını qorudu, yaşatdı və nə vaxtsa onların həyata vəsiqə alacağına inamını heç vaxt itirmədi. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin sovet hakimiyyəti dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi fəaliyyət xalqımızın milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və həqiqətə çevrilməsinə zəmin yaratdı.
Tariximizə yüksək ehtiramın nümunəsi
1991-ci il oktyabr ayının 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövləti yaradıldı. Lakin müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səbatsızlığı, səriştəsizliyi bu müstəqilliyin də əldən getməsinə gətirib çıxaracaqdı. Yalnız Ulu Öndərin sayəsində müstəqilliyimizi qorumaq mümkün oldu. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu, xalqımızın azadlıq intibahının banisi oldu.
Ulu Öndər Heydər Əliyev həmişə öz çıxışlarında Xalq Cümhuriyyətinin qurucularının adlarını böyük ehtiramla çəkirdi. “1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur”, - deyə Ulu Öndər bildirmişdir.
Cümhuriyyətin qurucularına hər zaman yüksək ehtiram nümunəsi göstərən Prezident İlham Əliyev də xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri bunun parlaq təzahürüdür. Hər il 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlət başçısı xalqı təbrik edir.
Bakıda cümhuriyyətin şərəfinə ucaldılan abidənin açılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır.
Müstəqil siyasətin təcəssümü
Müstəqillik böyük sərvətdir. Hər bir ölkə sözdə və ya kağız üzərində müstəqil ola bilər. Amma əsl müstəqillik odur ki, müstəqil siyasət yeridəsən və mövqeyini ortaya qoymağı bacarasan. Bu gün Azərbaycanın dünya birliyindəki yerini, hadisələrə münasibətini, siyasi və iqtisadi kursunu təhlil edəndə ölkəmizin tam müstəqil siyasət yeritdiyini əminliklə söyləyə bilərik.
Heydər Əliyev xalqımıza əbədi müstəqillik bəxş etdi. Prezident İlham Əliyev isə öz uğurlu siyasəti ilə müstəqilliyimizi daha da möhkəmləndirdi, sarsılmaz etdi. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki kimi qüdrətli olmamışdır. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, dünya birliyində söz sahibi kimi qəbul olunması məhz müstəqilliyimizin və müstəqil siyasətin bəhrəsidir.
Azərbaycanın əldə etdiyi möhtəşəm uğurların fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın kosmik klubun üzvünə çevrilməsi, bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasına, hazırda isə Qoşulmama Hərəkatına sədrlik etməsi, beynəlxalq enerji təhlükəsizliyində öz sözünü deməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, “Cənub qaz dəhlizi”, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və sair bu kimi mühüm nailiyyətlərdir.
Ermənistanın döyüş meydanında darmadağın edilməsi ilə nəticələnən Vətən müharibəsi də Azərbaycanın müstəqil siyasətinin təntənəsi oldu. Bu müharibədə Azərbaycana qarşı çox təzyiqlər edildi, respublikamızı öz yolundan döndərməyə cəhdlər göstərildi. Lakin İlham Əliyevin lider və sərkərdə qətiyyəti onların hamısının qarşısını aldı, Azərbaycanın milli və dövlət maraqlarını layiqincə təmin etdi.
Artıq torpaqlarımız işğaldan azaddır, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Bu gün İlham Əliyevin liderliyi ilə müstəqilliyimizin ən şərəfli tarixi yazılır. Ona görə indi əzəmətli dövlətimiz kimi milli bayramlarımız da bir başqadır, daha möhtəşəmdir. Bu bayramda həm də cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhları da şaddır...
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!