01 Fevral 2024 09:00
10450
CƏMİYYƏT
A- A+
Böyük qayıdışın yeni mərhələsi

Böyük qayıdışın yeni mərhələsi

 

2024-cü ilin təkcə ilk ayı ərzində yüzlərlə keçmiş məcburi köçkün əzəli yurduna qovuşub

 

Bu ilin ilk ayında Qarabağ və Şərqi Zəngəzura düz 6 dəfə köç həyata keçirilib,  170 ailə (649 nəfər) keçmiş məcburi köçkün əzəli yurduna qovuşub. Belə ki, yanvarın 18-dən etibarən müxtəlif tarixlərdə beş köç karvanı  Füzuli, biri isə Laçın şəhərinə yola salınıb, sevinclə yurdlarına dönən ailələrə  yeni evlərinin açarları təqdim olunub. Bütün bunlar isə göstərir ki, 2024-cü il Böyük qayıdışın yeni və mühüm mərhələsi olacaq.

 

Doğma obada yeni həyat

 

Qazandığımız tarixi qələbələr Qarabağ və Şərqi Zəngəzura da yeni həyat bəxş edib, onilliklər boyu torpaq həsrəti ilə yaşayan insanlarımızın yurd həsrətini dindirib. 
Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin işğaldan azad edilən torpaqlarda həyata keçirdiyi mühüm quruculuq işləri qısa müddətdə bu yerlərə qayıdışı da gerçəkləşdirmək üçün mühüm zəmin yaradıb. 
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" qəbul edilib. Qarabağ və Şərqi Zəngəzurda quruculuğa start verilməsindən ötən üç il müddətində dövlət büdcəmizin əsas prioritetlərindən biri də milli hədəfimiz olan Böyük qayıdışa nail olunması istiqamətindədir.  
10 min kvadratkilometr ərazidə aparılan böyük tikinti-quruculuq işlərinin sayəsində Qarabağ və Şərqi Zəngəzur başdan yaradılır, çoxsaylı yaşayış məntəqəsi yenidən qurulur. Bu yerlərdə böyük infrastruktur layihələri həyata keçirilir, avtomobil və dəmir yolları, uzunluğu kilometrlərlə ölçülən nəhəng tunellər çəkilir, su anbarları, məktəblər, xəstəxanalar, beynəlxalq hava limanları tikilib istifadəyə verilir. Həmçinin bu ərazilərdə nəinki Azərbaycanda, Cənubi Qafqazda ilk dəfə olaraq "ağıllı kənd və şəhərlər" salınır. 
Çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda iki beynəlxalq hava limanı - Füzuli və Zəngilan Hava limanları tikilərək istifadəyə verilib ki, bu da bölgənin hərtərəfli inkişafına mühüm töhfədir. Daha bir beynəlxalq hava limanının isə Laçında tikintisi sürətlə həyata keçirilir. 
Erməni vəhşilərinin illərlə dağıtdığı tarixi, dini, mədəni abidələrimiz isə Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. 

 

Uğurlu yol

 

Dövlətimizin bu istiqamətdə gördüyü işlərin müvəffəqiyyətli nəticəsidir ki, 2022-ci il iyulun 19-da Zəngilanın Ağalı kəndinə sakinlərinin qaytarılması ilə Böyük qayıdışa uğurlu start verilib. 
2023-cü ili isə başdan-başa bərpa edilən ərazilərimizə dönüşü şadlıq əhvalı içərisində keçirdik. Ötən ilin martında Tərtərin Talış kəndinin sakinləri yurda qayıdış sevincini yaşadılar. Mayda Laçın şəhərinin sakinləri doğma yurdlarına qovuşdular. Avqustun 18-də Füzuli şəhərinə, 25-də isə Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salındı. Ötən il ərzində fərqli tarixlərdə sadalanan ərazilərə xeyli qayıdış həyata keçirildi. Minlərlə keçmiş məcburi köçkün illərlə həsrət qaldıqları torpaqlarında yenidən xoşbəxt həyata başladılar. 
Xəbər verildiyi kimi, 2024-cü ildə də Qarabağ və Şərqi Zəngəzura intensiv qayıdış həyata keçirilir. Artıq bu il yanvarın 18-də 30 ailə (127 nəfər), 22-də 30 ailə (106 nəfər), 24-də 30 ailə (125 nəfər), 26-da 30 ailə (104 nəfər), 29-da 27 ailə (115 nəfər) Füzuli şəhərinə, 30-da isə 23 ailə (72 nəfər) Laçın şəhərinə köçürülüb.  Keçmiş məcburi köçkünlərin bu il qaytarılacaqları şəhərlər arasında Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı da olacaq. 
Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. 

 

Qayıdış hədəfi

 

İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 431 ailə (1627 nəfər) Laçın şəhərinə, 527 ailə (1969 nəfər) Füzuli şəhərinə, 203 ailə (783 nəfər) Laçın rayonunun Zabux kəndinə qayıdıb. Ümumilikdə isə 1356 ailə - 5340 nəfər öz doğma yurduna qovuşub.  Ümumiyyətlə, Böyük qayıdış proqramına əsasən hədəf 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünü dədə-baba torpaqlarına qaytarmaqdır.
Qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri, o cümlədən qayıdış proqramının uğurla icra edilməsi onu göstərir ki, qarşıya qoyulan hədəflərə uğurla nail olunacaq və çox keçməz ki,  bütün keçmiş məcburi köçkünlər qayıdış karvanları ilə yurdlarına dönərlər. 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Siqaret idxalına qadağa qoyula bilər  

15:42
07 Oktyabr

Son bir həftədə 250-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

15:36
07 Oktyabr

Azərbaycan və Rusiya onkologiya sahəsində əməkdaşlıq edəcək

15:24
07 Oktyabr

Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub

15:00
07 Oktyabr

5000 illik qəbir aşkar edilib

14:40
07 Oktyabr

Uçan taksi nümayiş etdirilib

14:39
07 Oktyabr

Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək

14:25
07 Oktyabr

Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq

14:24
07 Oktyabr

Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır

13:58
07 Oktyabr

Çinə aid avtomobil karvanı partladıldı 

13:57
07 Oktyabr

Sabah daha bir yağmursuz payız havası gözlənilir

13:55
07 Oktyabr

Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər

13:54
07 Oktyabr

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib

13:48
07 Oktyabr

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb

13:39
07 Oktyabr

"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov  

13:16
07 Oktyabr

XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib

13:14
07 Oktyabr

Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB

13:03
07 Oktyabr

“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA

13:00
07 Oktyabr

Ukrayna F-16-ların ilk partiyasını aldı  

12:20
07 Oktyabr

AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir

12:19
07 Oktyabr

Azərbaycanda regional anbarların yaradılması təklif olunur

12:18
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!