07 Aprel 2026 17:18
217
CƏMİYYƏT
A- A+
“Böyük Qayıdış naminə təhlükəsiz gələcək” - Forum 

“Böyük Qayıdış naminə təhlükəsiz gələcək” - Forum 


Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə “Böyük Qayıdış naminə təhlükəsiz gələcək” adlı forum keçirilib.

AZƏRTAC xəbər verir ki, forumun əsas məqsədi mina təhlükəsi ilə mübarizə sahəsində maarifləndirmənin artırılması, bu istiqamətdə görülən işlərin ictimaiyyətə çatdırılması, eləcə də gənclərin bu prosesə cəlb olunmasıdır.

Forum çərçivəsində humanitar minatəmizləmə əməliyyatlarını və mina hadisələrindən zərərçəkmiş şəxslərin həyat hekayələrini əks etdirən foto-sərgi nümayiş olunub. Sərgidə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətləri, mina təhlükəsinin yaratdığı fəsadlar, həmçinin bu istiqamətdə görülən işlər barədə vizual materiallar təqdim olunub. Sərgi qonaqlar, Qayıdış könüllüləri, gənclər və mətbuat nümayəndələri tərəfindən izlənilib.

Forum Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən Gənclər Fondunun icraçı direktorunun müavini Ceyhun Hüseynov gənclərin və onların iştirakı ilə əhalinin mina təhlükəsi ilə bağlı maarifləndirilməsinin vacibliyini vurğulayıb. O, gənclər və könüllü təşkilatlarının, Qayıdış könüllülərinin bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edib. Gənclər Fondunun bu kimi təşəbbüslərə hər zaman dəstək olduğunu, gənclərin maarifləndirmə işində və təhlükəsizlik mədəniyyətinin formalaşmasında iştirakçılığının artırılmasına daim çalışdıqlarını diqqətə çatdırıb.

ANAMA-nın Aparat rəhbəri Rauf Hüseynov çıxış edərək işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsi və bu təhlükənin aradan qaldırılması istiqamətində həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətləri barədə məlumat verib, həmçinin mina təhlükəsindən azad, təhlükəsiz və dayanıqlı gələcəyin yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin birgə səyləri nəticəsində mümkünlüyünü bildirib.

Milli Məclisin deputatı Qaya Məmmədov isə mina təhlükəsinin yaratdığı sosial-humanitar nəticələrdən bəhs edərək bu istiqamətdə birgə fəaliyyətin əhəmiyyətini qeyd edib.

Daha sonra “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev çıxış edərək işğaldan azad olunmuş ərazilərdə Qayıdış könüllüləri tərəfindən icra olunan fəaliyyətlər barədə məlumat verib. O, ANAMA ilə əməkdaşlıq əsasında birgə həyata keçirilən “Təhlükəsiz Qayıdış” - Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə Proqramını diqqətə çatdırıb. Qeyd edib ki, proqramın əsas məqsədi Qayıdış könüllülərinin mina təhlükəsizliyi sahəsində təlimçilik bacarıqlarının inkişaf etdirilməsi və işğaldan azad olunmuş yaşayış məntəqələrində məskunlaşan əhali arasında onlar vasitəsilə mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə işlərinin aparılmasıdır.

Forumun ikinci hissəsində panel müzakirə təşkil olunub. ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar İrzaquluyevin moderatorluğu ilə keçirilən panel müzakirədə ANAMA-nın Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Elnur Qasımov, Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, ANAMA yanında İctimai Şuranın üzvü Roza Səfixanlı və ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin əməkdaşı, minadan zərərçəkmiş şəxs Həsənəli Əliyev iştirak ediblər. Spikerlər müzakirədə postmünaqişə dövründə təhlükəsiz mühitin formalaşdırılması istiqamətində həyata keçirilən fəaliyyətlər, mina təhlükəsinin yaratdığı fəsadlar, gənclərin və könüllülərin mina təhlükəsinə qarşı mübarizədə əsas hərəkətverici qüvvə olması, maarifləndirmə layihələri barədə fikir mübadiləsi aparıblar.

Qeyd ki, 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr edilmiş tədbirlər planı çərçivəsində həyata keçirilən forum bir daha ictimaiyyətin mina təhlükəsinə dair maarifləndirilməsini, bu təhlükəyə qarşı mübarizənin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!