21 İyul 2023 16:18
1274
Mədəniyyət
A- A+
“Bəxt üzüyü”nü çəkənin bəxtsiz taleyi

“Bəxt üzüyü”nü çəkənin bəxtsiz taleyi

 

Azərbaycanın görkəmli kinoaktyoru və rejissoru, Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri, professor Ramiz Əzizbəyli yaşasaydı, bu gün 75 yaşı olacaqdı.
Mirzağa Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirən Xalq artisti Ramiz Hacı Ağa oğlu Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. "Azərbaycanfilm" kinostudiyasında işləyən aktyor, rejissor 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə beynəlxalq kinofestivalda nümayiş olunub. Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. Ramiz Əzizbəyli 1991-ci ildə çəkdiyi  "Bəxt üzüyü" tammetrajlı bədii filmi ilə kinosevərlərin yaddaşına öz adını əbədi olaraq həkk edə bilib. Film kinoteatrlarda ən çox nümayiş olunan və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. “Bəxt üzüyü” Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.
R.Əzizbəyli Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 2008-ci ilin avqustunda isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. Aktyor, rejissor Ramiz Əzizbəyli 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Görkəmli sənətkar həm də "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı idi.
Uzun müddət yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkən sənətkar üç dəfə insult keçirmişdir. Eyni zamanda Xalq artisitinin bir ayağındakı barmaqları da amputasiya olunmuşdur. Uzun sürən xəstəlikdən sonra Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə vəfat etmişdir. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilmişdir.

Elşən QƏNİYEV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal İdeya Müsabiqəsinin qalibləri mükafatlandırılıblar

22:56
05 May

Rusiya hərbçiləri Zaporojyeyə zərbə endiriblər, ölənlərin sayı 12-yə çatıb

21:53
05 May

Azərbaycan və Belarus arasında sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb  

21:28
05 May

Rusiya ordusu Kramatorsk şəhərinin mərkəzinə bombalar atıb, ölənlər var

21:19
05 May

“SAHA 2026” sərgisində müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi diqqətdə olub

20:51
05 May

WUF13 Festivalı: Şəki sakinləri açıq havada keçirilən ictimai proqramda həvəslə iştirak ediblər  

20:41
05 May

Azərbaycan istifadəçiləri arasında Facebook yenidən liderdir

20:28
05 May

4000 illik taxta qapı qalıqları tapılıb

20:21
05 May

Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

20:18
05 May

Avstriya Kənd Təsərrüfatı Klasteri Azərbaycanla əməkdaşlığa başlayır

20:13
05 May

Gürcüstanlı nazir WUF13 barədə məlumatlandırılıb

20:04
05 May

Arxeoloqlar uzun müddətdir itkin düşmüş Maya şəhərini tapıblar?  

20:01
05 May

Bakı Ekspo Mərkəzində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgiləri işə başladı

19:36
05 May

Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın silahlarından mühafizə sahəsi üzrə əlaqələr inkişaf edir  

19:33
05 May

Orta dəhliz qlobal ticarətdə rəqabətli alternativə çevrilir

19:26
05 May

“Prime Leasing MMC” Landini Traktorlarını Azərbaycanda təqdim etdi

19:19
05 May

İnternetdə bir dövrün sonu: "Ask.com" tarixə qovuşdu  

19:13
05 May

Strateji vaqonların istehsalında günəş enerjisindən istifadə olunacaq

19:07
05 May

Prezident İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub YENİLƏNİB 

19:07
05 May

Metan qazı tullantılarının azaldılması enerji təhlükəsizliyi üçün vacibdir  

18:57
05 May

Azərbaycan və Özbəkistan üzümçülük sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18:53
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!