BDU-nun aliminin Nyu York şəhərində ümummilli liderin 90 illik yubileyinə həsr edilmiş elmi konfransda «Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir» mövzusunda məruzəsi maraqla qarşılanmışdır
ABŞ-ın Nyu York şəhərindəki Türk Mədəni Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.
Bakı Dövlət Universitetindən (BDU) AzərTAc-a bildirmişlər ki, BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının professoru, tarix elmləri doktoru Xəqani Məmmədov da konfransın iştirakçıları arasında olmuşdur.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, bir sıra türkdilli ölkələrin BMT yanında daimi nümayəndəliyinin təmsilçiləri, Nyu York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının üzvləri iştirak etmişlər.
Konfransda Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında və möhkəmlənməsində, daxili və xarici siyasət strategiyasının müəyyənləşdirilməsində misilsiz tarixi xidmətlərindən danışmışdır.
Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Professor Xəqani Məmmədov "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir" mövzusunda məruzə etmişdir.
Məruzəçi bildirmişdir ki, ümummilli lider Heydər Əliyev istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən öz böyük xilaskarlıq missiyasını yerinə yetirmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan müdrik şəxsiyyət Heydər Əliyev qısa müddətdə Azərbaycanı düçar olduğu bəlalardan xilas etmiş, onu davamlı inkişaf yoluna çıxarmışdır.
Dahi rəhbər Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini vurğulayan professor ölkəmizdə qazanılan bütün nailiyyətlərin ulu öndərin siyasətinin bəhrəsi olduğunu bildirmişdir. Vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev ideyaları əbədi yaşayacaqdır. Nyu Yorkda fəaliyyət göstərən bu şəhərdə yaşayan azərbaycanlıları öz ətrafında birləşdirən diaspor təşkilatı olan "Azərbaycan Nyu York Assosiasiyası"nın (ANA) mənzil qərargahında professor X.Məmmədovun BDU-nun dosenti Nuru Məmmədovun həmmüəllifliyi ilə nəşr olunmuş "Erməni iddiaları və azərbaycanlıların soyqırımı" kitabının təqdimatı keçirilmişdir.
Tədbirdə ANA-nın prezidenti Əli Nəsibov və digər çıxış edənlər ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları və apardıqları soyqırımı siyasətini ifşa edən bu kitabın əhəmiyyətini diqqətə çatdırmışlar.
Professor X.Məmmədov son iki əsrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri dəhşətli soyqırımı siyasəti barədə ətraflı məlumat vermiş, bu kitabı, özünün müəllifi olduğu digər nəşrləri "Azərbaycan Nyu York Assosiasiyası"na hədiyyə etmişdir.
Ə.Nəsibov professor X.Məmmədova "Azərbaycan Nyu York Assosiasiyası"nın diplom və medalını təqdim etmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!