05 Mart 2026 16:16
518
SİYASƏT
A- A+
Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür  

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür  

      

  İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə həyata keçirilən dron hücumları regional təhlükəsizliyə ciddi risklər yaradan və genişmiqyaslı nəticələrə səbəb ola biləcək bir hadisədir. Bundan əlavə, hücumun nəticələri daha faciəli ola bilərdi. Hava limanına, mülki infrastruktur obyektinə edilən hücum və məktəbin yaxınlığında dron qəzası daha çox insan itkisinə səbəb ola bilərdi. Tehranın bu addımı açıq şəkildə təxribat və terror xarakteri daşıyır.

Azərbaycan dövlətinin  reaksiyası aydın və bir mənalıdı. Xarici İşlər Nazirliyi hadisəni qətiyyətlə pisləyərək, bu cür hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu və regionda gərginliyin artmasına səbəb olduğunu vurğuladı. Nazirlik bildirib ki, Azərbaycan Tehrandan bu hadisə ilə bağlı dərhal izahat verməsini və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün lazımi tədbirləri görməsini tələb edir. Bundan əlavə, Bakı istənilən zəruri cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Bu, dövlətin ərazi təhlükəsizliyinin pozulması ilə bağlı vəziyyətdə məcburi diplomatik cavabdır. Eyni zamanda, Müdafiə Nazirliyinin  rəsmi bəyanatı da verildi. 

Son günlərin kontekstində hadisə xüsusi siyasi əhəmiyyət kəsb edir. Bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev İranın Bakıdakı səfirliyini ziyarət edərək İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin və çoxsaylı mülki şəxslərin vəfatı ilə bağlı başsağlığı verib. Dövlət başçısı matəm kitabını imzalayıb və səfirlə danışıb.

Daha əvvəl Azərbaycan Prezidenti İran Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu göndərmişdi. Bu addımlar təkcə diplomatik deyil, həm də mühüm mənəvi və siyasi əhəmiyyət kəsb edirdi. Azərbaycan nümayiş etdirdi ki, hətta son dərəcə çətin geosiyasi vəziyyətdə belə, humanitar dəyərlərə və insan faciəsinə hörmətlə yanaşır. Bundan əlavə, rəsmi Bakı dəfələrlə bəyan edib ki:  Azərbaycan ərazisi heç bir ölkə tərəfindən İrana qarşı hərəkətlər üçün istifadə edilə bilməz və istifadə olunmayacaq və bu, ən yüksək səviyyədə səslən mövqedir. Azərbaycan ardıcıl olaraq İran əleyhinə əməliyyatlar üçün platforma olmaq niyyətində olmadığını nümayiş etdirib.

Məhz bu fonda pilotsuz təyyarə hücumu xüsusilə narahatedici görünür. Lakin, baş vermiş hadisə  fakt olaraq qalır: İrandan buraxılan dronlar artıq Azərbaycan ərazisi üzərindən uçub və mülki hədəflərə zərbələr endirib. Baş verənlər molla rejiminin nankorluq və ikiüzlülük aktıdır və təkcə hava limanına deyil, həm də mehriban qonşuluq münasibətlərinin təməlinə zərbə vurur.

Azərbaycan məsuliyyətli xarici siyasət və regional sabitliyə sadiqlik nümayiş etdirir. Amma aydın olan digər mühüm bir reallıq da var: ölkənin və vətəndaşlarının təhlükəsizliyi mütləq prioritet olaraq qalır. 

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:53
16 Aprel

Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq genişləndirilir  

14:40
16 Aprel

Avarçəkmə üzrə “Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq

14:36
16 Aprel

Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətinə dron hücumu nəticəsində azı 2 nəfər ölüb  

14:26
16 Aprel

“Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

12:53
16 Aprel

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun qurulması sürətlə davam edir

12:42
16 Aprel

İstanbulda Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılış mərasimi olub

12:40
16 Aprel

Azərbaycandan təbii qaz ixracı 6 faizdən çox artıb

12:37
16 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:33
16 Aprel

Milli Məclisin sədri İstanbulda Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

12:01
16 Aprel

Ötən gün 37 cinayətin açılması təmin olunub

11:41
16 Aprel

Azərbaycan nefti 113 dollara satılıb

11:36
16 Aprel

ABŞ Senatı İranla müharibənin dayandırılmasına dair qətnaməni qəbul etməyib 

11:29
16 Aprel

Hörmüz boğazının blokadası dünya iqtisadiyyatına təhdid yaradıb

11:21
16 Aprel

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib 

11:16
16 Aprel

Çindən İrana mesaj: Hörmüz boğazından sərbəst və təhlükəsiz keçid təmin edilməlidir  

11:08
16 Aprel

Türkiyə ordusu BMT-nin Kiprdəki bufer zonasının genişləndirilməsinə imkan verməyib  

11:01
16 Aprel

Birinci rübdə ixrac edilən xam neft və neft məhsullarının həcmi 5 milyon tonu ötüb

10:58
16 Aprel

İran XİN: ABŞ-nin Hörmüz boğazını blokadaya alması atəşkəsin pozulmasına səbəb ola bilər  

10:50
16 Aprel

Dünyanın aparıcı dövlətlərinin mərkəzi bankları qızıl satışına başlayıblar

10:50
16 Aprel

Kahramanmaraşdakı liseydə silahlı hücumla bağlı terror aktı versiyası istisna edilib  

10:48
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!