07 Sentyabr 2026 13:35
222
CƏMİYYƏT
A- A+
"Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması" mövzusu müzakirə olunub YENİLƏNİB  

"Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması" mövzusu müzakirə olunub YENİLƏNİB  


“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində "Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması" mövzusunda sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, London İqlim Fəaliyyəti Həftəsinin kuratoru, səfir Malini Mehranın moderatorluğu ilə keçən sessiyada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenk, energetika nazirinin müavini Elnur Soltanov, COP31 üzrə Yüksək Səviyyəli İqlim Çempionunun baş məsləhətçisi Kristian Mensah, Xarici İşlər Nazirliyinin İqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev, Böyük Britaniya Lordlar Palatasının üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Patrisia Skotland çıxış ediblər.

Sessiyada COP29-un irsinin necə qorunub inkişaf etdirilməsi, Bakıdan əldə olunan nailiyyətlərin və dərslərin qarşıdakı illərdə qlobal iqlim gündəliyinə necə təsir göstərməyə davam etməli olduğu əsas müzakirə mövzusu olub.

Müzakirələrdə Qlobal Şimal və Qlobal Cənub arasında etimadın bərpası zərurəti diqqət mərkəzində saxlanılıb, daha inklüziv, ədalətli və icraya yönəlmiş iqlim danışıqlarına aparan yollar nəzərdən keçirilib.

Həmçinin parçalanmış geosiyasi şəraitdə iqlim diplomatiyasının rolu və artan gərginliklərə baxmayaraq, onun dialoq platforması kimi fəaliyyətini davam etdirmək potensialı müzakirə olunub.

Diqqət öhdəliklərdən icraya keçidə yönəldilib və COP-lar arasındakı dövrdə dinamikanın qorunmasında hökumətlərin, parlamentlərin, biznesin, şəhərlərin və vətəndaş cəmiyyətinin rolu vurğulanıb.

Sessiyada COP31-ə nəzər salınıb və beynəlxalq ictimaiyyətin artıq Bakıda əldə olunmuş nəticələri yenidən müzakirə predmetinə çevirmək əvəzinə, onların üzərində necə işləyə biləcəyi, bununla da davamlılığı, ambisiyanı və real irəliləyişi necə təmin edə biləcəyi müzakirə edilib.


11:37


“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində "Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması" mövzusunda sessiya keçirilir.

AZƏRTAC xəbər verir ki, sessiyada COP29-un irsinin necə qorunub inkişaf etdirilməsi, Bakıda əldə olunan nailiyyətlərin və dərslərin qarşıdakı illərdə qlobal iqlim gündəliyinə necə təsir göstərdiyi əsas müzakirə mövzusudur.

Müzakirələrdə Qlobal Şimal və Qlobal Cənub arasında etimadın bərpası zərurəti diqqət mərkəzində olacaq. Daha inklüziv, ədalətli və icraya yönəlmiş iqlim danışıqlarına aparan yollar nəzərdən keçiriləcək.

Həmçinin parçalanmış geosiyasi şəraitdə iqlim diplomatiyasının rolu və artan gərginliklərə baxmayaraq, onun dialoq platforması kimi fəaliyyətini davam etdirmək potensialı müzakirə olunacaq.

Diqqət öhdəliklərdən icraya keçidə yönəldiləcək və COP-lar arasındakı dövrdə dinamikanın qorunmasında hökumətlərin, parlamentlərin, biznesin, şəhərlərin və vətəndaş cəmiyyətinin rolu vurğulanacaq.

Nəhayət, sessiyada COP31-ə nəzər salınacaq və beynəlxalq ictimaiyyətin artıq Bakıda əldə olunmuş nəticələri yenidən müzakirə predmetinə çevirmək əvəzinə, onların üzərində necə işləyə biləcəyi, bununla da davamlılığı, ambisiyanı və real irəliləyişi necə təmin edə biləcəyi müzakirə olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Bankın valyuta ehtiyatları rekord həcmə çatıb

14:33
07 Sentyabr

Ahıllar Evində 214 şəxsə sosial xidmət göstərilir

14:30
07 Sentyabr

SOCAR-ın “Yaşıl” istiqrazlarının 6-cı kupon ödənişi edilib

14:25
07 Sentyabr

O.İ.Xaliyevin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilməsi haqqında

14:20
07 Sentyabr

F.X.Kazımovun Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında

14:17
07 Sentyabr

Əziz Səncərin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

14:15
07 Sentyabr

“Psixoloji yük” nədir və ailə üzvləri bunu necə bölüşə bilər?

14:13
07 Sentyabr

Hörmüz boğazı ilə bağlı yeni saziş imzalanacaq 

14:10
07 Sentyabr

İndoneziyada vulkan püskürməsi: 270 min sərnişin yollarda qalıb

14:05
07 Sentyabr

Çin iqtisadiyyatını stimullaşdırmaq üçün dövlət banklarına 53 milyard dollar ayırır

14:03
07 Sentyabr

Avstriyada 14 yaşından kiçik məktəblilər üçün hicab qadağası qüvvəyə minib

14:00
07 Sentyabr

Uşaqlar yemək yeyərkən cizgi filmlərinə baxmamalıdır – psixoloqdan xəbərdarlıq 

13:55
07 Sentyabr

Yaponiya kitab sektoru böhranda: mağazaların sayı ilk dəfə 10 mindən aşağı düşüb

13:53
07 Sentyabr

Afrikadakı şimpanzelərin səslərində regional “ləhcələr” aşkar edilib - Alimlərdən maraqlı kəşf  

13:50
07 Sentyabr

Türkiyədə sahəsi 100 kvadratmetrdən çox olan qədim mozaika aşkarlanıb

13:45
07 Sentyabr

"Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması" mövzusu müzakirə olunub YENİLƏNİB  

13:35
07 Sentyabr

Azərbaycan Ordusunda yeni tədris ili başlayıb

13:29
07 Sentyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:16
07 Sentyabr

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib

13:10
07 Sentyabr

Sabah arabir yağış yağacaq, qısamüddətli leysan olacaq 

13:09
07 Sentyabr

Baş nazir: 2020-ci ildən Orta Dəhliz üzrə yük axını 7 dəfə artıb

13:07
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!