14 Noyabr 2025 08:45
477
İQTİSADİYYAT
A- A+
"Azexport"un əlaqələri genişlənir

"Azexport"un əlaqələri genişlənir


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport”un vasitəçiliyi ilə qeyri-neft məhsullarının xarici bazarlarda satışının həcmi artır, coğrafiyası genişlənir. "Azexport” həmçinin analoji qurumlarla əlaqələrini  genişləndirir.

Belə əlaqələr məhsullarımızın tanınmasında mühüm rol oynayır. Portalın   təşkilatçılığı ilə Belarusun Azərbaycana səfər edən topdansatış şəbəkəsinin direktoru Andrey Drozden bildirib ki, rəhbəri olduğu şirkət İspaniya, Türkiyə, Misir, Özbəkistan kimi ölkələrdən məhsul idxal edir. Onun sözlərinə görə, Azərbaycan məhsullarının keyfiyyəti maraqlarına səbəb olub. "Xüsusilə sitrus məhsulları və xurma çox dadlı və keyfiyyətlidir. Hesab edirəm ki, Azərbaycanda yetişdirilən sitrus məhsulları dünya bazarında olan məhsullar sırasında dadına və keyfiyyətinə görə ilk üçlükdə yer alır. "Azexport" portalının dəstəyi ilə baş tutan bu səfər və imzalanan müqavilələr hələ başlanğıcdır. Biz artıq növbəti həftələrdə qənnadı və konservləşdirilmiş məhsulların istehsalı ilə tanış olmaq və sifarişləri təyin etmək üçün səfərləri planlamağa başlamışıq", - deyə A. Drozden bildirib. 

Belaruslu qonaqlar səfər çərçivəsində həmçinin Lənkəran, Astara, Göyçay və Hacıqabul rayonlarında yerli sahibkarlarla görüşlər keçirib, məhsulların yetişdirildiyi bağlarda və saxlama kameralarında yaradılan müasir imkanlarla tanış olublar. 

"Azexport"dan verilən məlumata görə, portal indiyə qədər "Gələn Alıcı Missiyası" (İncoming Buyer Mission) proqramı çərçivəsində ABŞ, Türkiyə, Rusiya, Kanada və Avropa İttifaqı ölkələrindən Azərbaycana gələn şirkət nümayəndələrini yerli sahibkarlar və infrasturkturla tanış və yerli məhsulların həmin ölkələrdə tanıdılmasını təşviq edib. 

Məlum olduğu kimi, Avropa bazarına daxil olmaq çox çətindir. Xüsusən Aİ ölkələrində məhsulun keyfiyyətinə tələblər yüksəkdir və o səbəbdən ixrac məhsulları müəyyən prosedurlardan keçməlidir. Almaniyanın məşhur "Hannover Impuls"  şirkəti  "Azexport" portalının dəstəyi ilə Azərbaycan sahibkarlarına belə bir imkan yaratmaq istəyir. Şirkətin beynəlxalq işlər üzrə direktoru Peter Ayzenşmin təmsil etdiyi qurumun dövlət təşkilatı kimi əsas fəaliyyətinin Almaniya və ümumilikdə Avropa bazarına çıxmaq istəyən sahibkarları dəstəkləmək olduğunu bildirib. O, "Hannover Impuls"un əsas məqsədinin beynəlxalq ticarət əlaqələrinin qurulmasında təkanverici rol oynamaq istədiyini, eyni zamanda "Azexport"un "Alibaba" və "Amazon" platformaları ilə əməkdaşlıq prinsiplərini qabaqcıl və səmərəli hesab etdiyini, bu təcrübədən öyrəniləcək maraqlı məqamların olduğunu vurğulayıb.

Tərəflər Azərbaycan mallarının Almaniya və Avropada yerləşən satış şəbəkələri və potensial alıcılara çıxarılması istiqamətində birgə fəaliyyət və qarşılıqlı təcrübə mübadiləsi aparılması barədə razılığa gəliblər.

Xatırladaq ki, "Hannover Impuls" Hannover şəhəri və regionu əhatə edən iqtisadi inkişaf agentliyidir. Təşkilat sahibkarlıq təşəbbüslərini dəstəkləyir, startapların inkişafına kömək edir və mövcud şirkətlərin innovativ gücünü artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir.


Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Donald Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib

23:27
16 Mart

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

22:01
16 Mart

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib  

20:45
16 Mart

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib YENİLƏNİB

20:30
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər  

19:53
16 Mart

UNESCO İran, Livan və İsraildə mədəni irsə dəyən ziyanı qiymətləndirir

19:43
16 Mart

Rusiyadan Azərbaycana turist axını ötənilki azalmadan sonra bərpa oluna bilər

19:39
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

19:36
16 Mart

Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub  

19:21
16 Mart

BƏƏ-də neft hasilatı iki dəfədən çox azalıb

18:34
16 Mart

Əlcəzair, Avstraliya və Hindistan vətəndaşları İrandan təxliyə olundu

18:33
16 Mart

DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb

18:32
16 Mart

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib

18:16
16 Mart

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

17:53
16 Mart

Kosmosda ulduzların “ölümü” ilə müşayiət olunan parıltı müşahidə edilib

17:51
16 Mart

Ukrayna yeni ballistik raketin sınaqlarına başlayır

17:31
16 Mart

Xocavəndin Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib  

17:29
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:29
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar

17:28
16 Mart

BMT-nin iqlim rəsmisi: Müharibə və yüksək enerji qiymətləri bərpaolunan mənbələrin əhəmiyyətini artırır  

17:02
16 Mart

Avrokomissar: Rusiyadan enerji idxalını dayandıracağıq

17:01
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!