19 Yanvar 2025 03:04
2034
ELANLAR
A- A+
"AzerGold" QSC-də 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

"AzerGold" QSC-də 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib


"AzerGold" QSC-də müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə "AzerGold" QSC və onun törəmə cəmiyyəti "Daşkəsən Dəmir Filiz" MMC-nin rəhbərliyi və kollektivi, həmçinin 20 Yanvar şəhidlərinin və əlillərinin Vətən müharibəsində iştirak etmiş övladları iştirak ediblər.

Tədbirdə 35 il öncə Bakıda insanlığa qarşı ən ağır cinayətlərdən birinin törədildiyi, qanlı faciənin həyata keçirilməsində əsas məqsədin ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti ilə üzləşdiyimiz illərdə bu haqsızlığa etiraz edən xalqımızı susdurmaq, demokratiya və milli azadlıq uğrunda mübarizədən çəkindirmək olduğu diqqətə çatdırılıb. Lakin 20 Yanvar hadisələrinin mərd, mübariz Azərbaycan xalqının müstəqillik arzusunu, dəmir iradəsini daha da möhkəmləndirdiyi, Sovet İttifaqının dağılması şəraitində ölkəmizin yenidən öz müstəqilliyinə qovuşduğu və bu müstəqilliyi qorumaq üçün xalqımızın təkidli çağırışı ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığı qeyd olunub. 20 Yanvar şəhidlərinin başlatdığı bu mübarizənin Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsi zamanı ordumuzun qələbəsi ilə tamamlandığı bildirildi. Düşmən üzərində parlaq zəfərin əldə edilməsində Silahlı Qüvvələrimizin sıralarında döyüşən Qanlı Yanvar faciəsi qurbanlarının övladlarının da payının olduğu vurğulanıb. Bildirilib ki, onların talelərinə ataları kimi düşmənlə mübarizədə qəhrəmanlıq göstərmək, torpaqlarımıza göz dikənlərdən qisas almaq yazılıb.

Daha sonra çıxış edən 20 Yanvar şəhidlərinin Vətən müharibəsində iştirak etmiş övladları qanlı faciə barədə təəssüratlarını və Vətən müharibəsində keçdikləri döyüş yolu haqqında xatirələrini bölüşüblər. Xalqımızın cənab Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyini qürurla qeyd edən müharibə iştirakçıları 20 Yanvar hadisələri ilə başlanan azadlıq, müstəqillik uğrunda mübarizənin düşmən üzərində döyüş meydanında əldə edilmiş parlaq zəfərlə öz məntiqi nəticəsinə çatdığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbir 20 Yanvar hadisələrindən bəhs edən bədii-sənədli filmin nümayişi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“TRT Haber”: Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini gücləndirdi  

12:46
20 Yanvar

Müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib  

12:28
20 Yanvar

20 Yanvar şəhidlərinin əziz xatirəsi Berlində dərin ehtiramla yad olunub VİDEO  

12:21
20 Yanvar

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  

12:16
20 Yanvar

Türkiyənin Almaniyadakı səfiri: 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik mübarizəsində mühüm dönüş nöqtəsidir

12:11
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib  

12:08
20 Yanvar

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

12:02
20 Yanvar

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:57
20 Yanvar

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:47
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib FOTOLAR YENİLƏNƏCƏK  

11:38
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır

10:11
20 Yanvar

Qeydə alınan zəlzələ təkanları təhlükə yaratmır

09:40
20 Yanvar

Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar

09:35
20 Yanvar

Mingəçevir - Kür üstündə nur şəhəri  

09:30
20 Yanvar

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb

09:25
20 Yanvar

Azərbaycan qazı inamla Qərbə doğru irəliləyir

09:20
20 Yanvar

Peşə hazırlığı - gələcəyə hesablanmış dövlət siyasəti

09:15
20 Yanvar

Yazarlarımızın qələmində əbədiləşən 20 Yanvar

09:10
20 Yanvar

Azadlığın qanla yazılmış manifesti

09:05
20 Yanvar

Qanla yazılan tarix heç vaxt unudulmur

09:00
20 Yanvar

20 Yanvarın şahidi və şəhidi - qanla suvarılan qərənfil

08:55
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!