“Azercell”in Səyyar Diş və Göz Klinikaları əhaliyə təmənnasız xidmət göstərməyə davam edir
2021-ci ilin ikinci rübündə 400-dən çox xüsusi qayğıya ehtiyacı olan şəxs müayinə və müalicə olunub
“Azercell Telekom” MMC-nin Səyyar Diş və Göz Klinikaları son üç ayda bütün təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmaqla 400-dən çox aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan şəxsə xidmət göstərib.
Belə ki, “Azercell”in Səyyar Diş Klinikasında bu ilin ikinci rübü ərzində 166 nəfərə təmənnasız tibbi yardım göstərilib. Aprel ayında klinikanın həkimləri Suraxanı rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladlarını (46 nəfər) müalicə və müayinə ediblər. May ayında Masazır qəsəbəsindəki 56 saylı Kəlbəcər tam orta məktəbinin 50-yə yaxın şagirdi müayinədən keçib. İyun ayında isə Gürgən qəsəbəsində xidmətdə olan klinikada 71 uşağın diş problemi aradan qaldırılıb. Ümumilikdə bu ilin ilk yarısında “Azercell”in Səyyar Diş Klinikasında 218 nəfər müalicə alıb.
Hesabat dövründə “Azercell”in Səyyar Göz Klinikası da öz növbəsində oftalmoloji problemləri olan şəxslərə yardımını əsirgəməyib. Son 3 ayda Azərbaycanın müxtəlif bölgələrinə səyahət edən klinikanın həkimləri 267 nəfərə kömək göstəriblər. Təkcə iyun ayında 120 xəstə (93 böyük, 27 uşaq) pulsuz müayinə və müalicə olunub. Onlar arasında şəhid və qazi ailələrinin üzvləri, aztəminatlı ailələrin uşaqları, uşaq və gənclər təşkilatlarının üzvləri də var.
2021-ci ilin əvvəlindən bu günədək klinikanın həkimləri tərəfindən göz problemi olan 372 nəfərə (230 böyük, 142 uşaq) yardım edilib. Bu müddət ərzində klinikanın heyəti Bakı ilə yanaşı, Sumqayıt, Pirallahı və Zirə qəsəbələri, Quba, Ucar, Kürdəmir, Siyəzən rayonları, Xudat şəhərində səyyar şəkildə xidmət göstərib.
Beləliklə, “Azercell”in Səyyar Klinikaları bu il ərzində ümumilikdə 600-ə yaxın şəxsə ödənişsiz tibbi xidmət təqdim edib. Qeyd edək ki, “Azercell Telekom” MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən səyyar klinikalar “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!