05 Aprel 2022 17:07
1478
SİYASƏT
A- A+
Azərbaycanla Gürcüstan arasında sərhəd-keçid məntəqələri müəyyən edilib  

Azərbaycanla Gürcüstan arasında sərhəd-keçid məntəqələri müəyyən edilib  

 

Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 buraxılış məntəqəsi müəyyən olunub.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, həmin buraxılış məntəqələri aşağıdakılardır:

1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün:

Dəmiryolu

“Böyük-Kəsik(Azərbaycan) - Qardabani (Gürcüstan);

Avtomobil

- “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan);

- “Mazımqara” (Azərbaycan) – “Tsodna” (Gürcüstan).

2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri

“İpəkyolu” (Azərbaycan) – “Abreşumis Qza” (Gürcüstan);

3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün:

piyadalar üçün avtomobil;

“Sadaxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan)

4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək):

piyadalar üçün avtomobil

“Muğanlı” (Azərbaycan) – “Samtatskaro” (Gürcüstan).

Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vasitələri ilə bağlı sərhəd və gömrük proseduralarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.

Bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirilməsi barədə tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Sənəddə, həmçinin qeyd edilib ki, ayrı-ayrı buraxılış məntəqələrində dövlət sərhədlərində hərəkətin dayandırılması və ya məhdudlaşdırılması sanitar-karantin, baytar, fitosanitar səbəblərdən, habelə fövqəladə və ya hərbi vəziyyət, ictimai təhlükəsizlik anlamından, təbii fəlakət üzündən, karantinli zərərli orqanizmlər, epidemiya və epizootiyalar yayıldıqda tətbiq oluna bilər.

Hərəkəti dayandırmaq və ya məhdudlaşdırmaq niyyətində olan tərəf buraxılış məntəqələrində hərəkətin dayandırılması və məhdudlaşdırılması səbəblərini və müddəti göstərməklə, planlaşdırılan dayandırma və ya məhdudlaşdırmadan 5 (beş) gündən gec olmayaraq bu barədə digər tərəfi diplomatik kanallar vasitəsilə məlumatlandırır.

Fövqəladə hallar və ya təbii fəlakətlər zamanı hərəkətin dayandırılmasından əvvəl 24 saatdan gec olmayaraq qarşı tərəfi məlumatlandırma həyata keçirilməlidir. Buraxılış məntəqələrinin obyektlərinin və ya kommunikasiya qurğularının nəzərdə tutulan təmiri ilə bağlı dövlət sərhədində hərəkətin dayandırılması və ya məhdudlaşdırılması barəsində tərəflər bu işlərin başlanmasından əvvəl 3 aydan gec olmayaraq onların başa çatma vaxtını bildirməklə bir-birini məlumatlandırırlar.

Layihədə vurğulanıb ki, şəxslərin sərhədi avtomobil buraxılış məntəqələrindən keçməsi nəqliyyatdan istifadə etməklə və piyada qaydada həyata keçirilə bilər.

Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məkkədə Həcc ziyarəti başlayıb

18:49
26 May

Qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər

18:41
26 May

Uqandada Ebola virusuna yoluxanların sayı artıb

18:34
26 May

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

18:32
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

18:31
26 May

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq  

18:30
26 May

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

18:28
26 May

WUF13: Bakıdan dünyaya inkişaf mesajı

18:19
26 May

Körfəz ölkələri dron təhlükəsinə qarşı lazer silahlarına yönəlir

18:16
26 May

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub

18:13
26 May

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

18:10
26 May

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan  

18:09
26 May

Microsoft Dünya Çempionatı üçün hakaton keçirilib

18:08
26 May

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

18:04
26 May

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:03
26 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:59
26 May

ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib

17:59
26 May

Xızıda sahibkarlarla görüş: biznes imkanları və dövlət dəstəyi müzakirə edilib

17:51
26 May

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır  

17:49
26 May

Örüş və otlaq sahələrinin idarə olunmasında yeni mərhələ: 480 min hektarda bərpa hədəfi

17:44
26 May

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

17:42
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!