24 Aprel 2024 20:05
172
SİYASƏT
A- A+

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

 

Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfirliyinin Uruqvay Şərq Respublikasındakı diplomatik nümayəndəliyi tərəfindən Uruqvayın “El País” qəzetində Ermənistan səfirliyinin ölkəmizə qarşı səsləndirdiyi əsassız ittihamlarına cavab verilib.

Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib. Bildirilib ki, aprelin 24-də Uruqvay Şərq Respublikasının ən nüfuzlu mətbu orqanlarından biri olan “El Pais” qəzetində Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkilinin “Ermənistan səfirliyi erməni soyqırımının 109-cu ildönümünü qeyd edir” adlı məqaləsində ölkəmiz əleyhinə səsləndirilmiş əsassız ittihamlara cavab verilib.

Diplomatik nümayəndəliyimiz tərəfindən Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxladığı, BMT-nin müvafiq qətnamələrini yerinə yetirmədiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, Ermənistanın “soyqırımı məsələsin”dən danışarkən Xocalıda törədilmiş faciəni xatırlamasının faydalı olacağı vurğulanıb, faciə və nəticələri barədə ətraflı məlumat verilib. Eyni zamanda, sözügedən faciənin dünyanın bir sıra ölkələri tərəfindən soyqırımı kimi tanındığı bildirilib.

Həmçinin Ermənistan müvəqqəti işlər vəkilinin Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru “Luis Moreno Okampo Azərbaycan tərəfindən törədilən hərəkətləri soyqırımı olaraq adlandırmışdır” iddiasına cavab olaraq beynəlxalq hüquq sahəsində aparıcı hüquqşünas və ekspert Rodni Dikson tərəfindən məsələ ilə əlaqədar növbəti qiymətləndirmənin səsləndirildiyi bildirilib: “Bütün bunlar, müstəqil və ədalətli ekspertin metodologiyası deyil. Bunun daha çox hüquqi məsələlərin siyasiləşdirilməsinə, onlardan siyasi məqsədlər üçün istifadə olunmasına xidmət etməsi təəssüf doğurur. M.Okamponun rəyi təəccüblü dərəcədə əsassızdır. Orada “soyqırımı”nın əsas elementlərini dəstəkləyən heç bir sübut yoxdur. Rəydə “soyqırımı”nın tərifini vermək faydalı ola bilər, lakin bu, heç bir dəlil və əsas olmayan şəraitdə məsələni irəli aparmaq iqtidarında deyil”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video