"Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı qaldırmaq mümkün deyil"
Ölkəmizin yüksək qlobal nüfuzundan xəbər verən zəng
"Azərbaycan beynəlxalq hüquq prinsiplərinə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan müstəqil xarici siyasət yürüdərək qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi çıxış edir. Beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilən ölkəmizə olan maraq isə ildən-ilə artır".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat bildirib ki, bu reallıqlar fonunda respublikamızın dünya ölkələri üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da artıb. Bu gün dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında da münasibətlər yüksək səviyyədədir. Hər iki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib və bu siyasət dəyişməz olaraq qalacaq. Ölkələr arasında münasibətlərin inkişafında dövlət başçılarının görüşlərinin böyük əhəmiyyəti var. 2022-ci il dekabrın 20-də Azərbaycana işgüzar səfərə gələn Serbiya Prezidenti Aleksandar Vuçiç bildirmişdi: "Biz bütün əməkdaşlıq formalarını müzakirə etdik. Bizim aramızda güclü və səmimi dostluq var. Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı qaldırmaq mümkün deyil. Heç kimin belə bir əməli etmək imkanı yoxdur, ya da onların bunu etmək üçün təzyiq mexanizmləri yoxdur. Biz bir-birimizin ərazi bütövlüyümüzü dəstəkləyirik. Bu, belə olmuşdur və belə də olmaqda davam edəcək. Mən Prezident Əliyevə minnətdaram, çünki o, bizim ölkənin ərazisində asayişin qorunması, BMT Nizamnaməsinin tələblərinin müdafiə olunması ilə bağlı üzləşdiyimiz çətinlikləri dəqiqliklə bilir. Həmçinin ondan bəzi bilgiləri və gələcək haqqında bir çox məsələləri öyrəndiyimə görə də minnətdaram. Artıq mən bizi gələcəkdə nələrin gözlədiyini daha real, daha ciddi şəkildə görə bilirəm".
K.Bayramov qeyd edib ki, bu gün strateji tərəfdaşlıq zəminində qurulmuş ölkələrarası münasibətlər artıq müttəfiqlik səviyyəsinə yüksəlir: "Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. İmzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir".
Deputat diqqətə çatdırıb ki, Azərbaycan və Serbiya arasında əlaqələr qarşılıqlı etimada əsaslanır. Aprelin 16-da Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə zəng edərək son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verib və dost Azərbaycan xalqının dəstəyini xahiş edib. Dövlət başçısı Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub. Dövlət başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib. "Prezident Aleksandar Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib. Söhbət zamanı Azərbaycan və Serbiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub və ölkələrimiz arasında əlaqələrin inkişafında yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib", - deyə o, əlavə edib.
K.Bayramov vurğulayıb ki, bütün bunlar bu gün Azərbaycanın dünya miqyasında nüfuzunun xeyli artdığını deməyə əsas verir. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub
01 May
Prezident: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətən...
01 May
Prezident İlham Əliyev: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub
01 May
Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır...
01 May
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 41 nəfər saxlanılıb
01 May
Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azaldıb
01 May
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...
01 May
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
01 May
Bakıda havada tozun miqdarı normadan artıqdır
01 May
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır – Faktiki hava
01 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!