19 May 2025 17:10
472
İQTİSADİYYAT
A- A+
Azərbaycandan 10-dək ölkəyə süfrə yumurtası ixrac edilir

Azərbaycandan 10-dək ölkəyə süfrə yumurtası ixrac edilir


İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi, Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri ilə və quruma üzv olan sahibkarlarla görüş keçirilib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, qurumun icraçı direktorunun müavini Tural Hacılı son dövrlərdə ölkəmizin yumurta ixracının artmasını və ixracın təşviqi çərçivəsində agentlik və İxracatçılar Klubu tərəfindən quş əti və yumurta ixracatçılarına dövlət qurumları ilə əlaqələndirmə işlərində göstərilən dəstəyin davam etdiriləcəyini diqqətə çatdırıb.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli hazırda ölkəmizdən süfrə yumurtasının 10-dək ölkəyə ixrac edildiyini və Azərbaycanın regionda lider süfrə yumurtası ixracatçısı olduğunu vurğulayıb.

Görüşdə qeyd edilib ki, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) süfrə yumurtasının ixracı yüksək potensiala malikdir. Bu istiqamətdə ölkəmizin BƏƏ-dəki ticarət nümayəndəliyinin dəstəyi ilə bir sıra görüşlərin keçirildiyi və qarşı tərəfin tələblərinin asanlaşdırılmasında irəliləyişin əldə olunduğu bildirilib.

Tədbirdə, həmçinin ixrac potensialının səmərəli reallaşdırılması məqsədilə ixrac prosesinin sadələşdirilməsi üzrə təkliflər dinlənilib, o cümlədən məhsulların ixrac üçün sertifikatlaşdırılması, fitosanitar nəzarət və yumurtanın xaricə tədarükü ilə bağlı digər məsələlərə dair sahibkarların sualları cavablandırılıb, görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarkov vilayətinə Rusiyanın endirdiyi zərbələr nəticəsində 6 nəfər həlak olub

16:55
11 Fevral

Azərbaycan–ABŞ münasibətlərində siyasi etimad və strateji əməkdaşlığın yeni dövrü başlayır.  

16:54
11 Fevral

Şri-Lankada məhkəmə 12 nəfərə ölüm hökmü verib

16:52
11 Fevral

Prezident Ərdoğan: Ankara Türkiyə üçün istədiyini dost ölkələrə də arzulayır  

16:36
11 Fevral

Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq  

16:28
11 Fevral

Dünya neft bazarında profisit yaranıb

16:11
11 Fevral

Xankəndinin yolları qardan təmizlənir 

16:09
11 Fevral

Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməyə çağırıb  

16:01
11 Fevral

Tailandda məktəbə silahlı hücum: müəllim və şagirdlər girov götürülüb

15:48
11 Fevral

ANAMA və FAO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

15:37
11 Fevral

Qazaxıstan mətbuatı Bakı ilə Vaşinqton arasında əməkdaşlığın genişlənməsi barədə yazır

15:29
11 Fevral

Media: Təhlükəsizlik təmin olunmayanadək Ukraynada seçki keçirilə bilməz  

15:26
11 Fevral

Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib  

15:23
11 Fevral

Azərbaycan-ABŞ münasibətlərində yeni, uğurlu səhifə açılıb 

15:23
11 Fevral

Vəhşi təbiətin harmoniyası - Şirvan Milli Parkı 

15:13
11 Fevral

Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9 faiz artıb

15:04
11 Fevral

Xidmət rəisi: AMEA tərəfindən 681 abidəyə müvafiq rəy verilib

14:57
11 Fevral

Peskov: Moskva Bakı və İrəvanla qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək niyyətindədir  

14:41
11 Fevral

Məsud Pezeşkian: İran nüvə silahı yaratmağa can atmır  

14:01
11 Fevral

Orban: Avropa İttifaqı Macarıstana qarşı müharibə elan edib

13:55
11 Fevral

Fransa mediası ABŞ-ın Vitse-prezidentinin Bakıya səfərindən yazır  

13:43
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!