Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır
Hazırda ən vacib məsələ əldə olunmuş nailiyyətlərin qorunub saxlanmasıdır
Xeyli müddətdir koronavirus pandemiyası dünyanın bir çox ölkələrində həyatı alt-üst edib. Demək olar ki, bütün sahələri iflic edib və o həddə çatdırıb ki, illər keçsə belə, bu virusun fəsadlarını yer üzündən tamamilə silmək mümkün olmayacaq.
Eyni zamanda COVID-19 XXI əsr insanının həyatının bir parçasına çevrilib və hər kəsi onun diktə etdiyi şərtlərlə yaşamağa vadar edib: sosial izolyasiya gözləyərək, maska taxaraq, şəxsi gigiyena qaydalarına əməl edərək...
Dünyanın koronavirusla bağlı hazırkı mənzərəsinə nəzər saldıqda görünür ki, mübarizə tədbirlərinə baxmayaraq, vəziyyət heç də ürəkaçan deyil, infeksiya ağlasığmaz sürətlə yayılır. Hətta koronavirus üzərində qələbə elan edən ölkələr belə ikinci dalğa ilə yenidən sarsılır, bu bəladan qurtulmaq üçün yollar arayır...
Dövlətimiz pandemiya ilə bağlı vəziyyəti ilk gündən nəzarətə götürüb
Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı görülən sistemli tədbirlər bu gün də davam etdirilir. İnfeksiyanın yayıldığı ilk günlərdən dövlətimizin vəziyyəti nəzarətə götürməsi, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlaması qısa zamanda müsbət nəticələrə nail olmağa rəvac verdi.
İstər vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla həll edildi.
Hər zaman olduğu kimi, pandemiya dövründə də Azərbaycan Prezidentinin yürütdüyü siyasətin ana xəttini insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin sosial rifahı təşkil edir.
Qlobal pandemiyaya qarşı düzgün strategiyanın nəticəsidir ki, hazırda Azərbaycan xəstəliyə yoluxanların və vəfat edənlərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Hökumət tərəfindən görülən qabaqlayıcı tədbirlər, eyni zamanda vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində ölkə ərazisində tətbiq olunan sərt karantin rejimi də tədricən yumşaldılıb.
Eyni zamanda təhsil ictimaiyyətinin gözlədiyi vacib qərar da verilib, ölkə üzrə bütün təlim-tədris müəssisələri pandemiya şərtlərinə uyğunlaşdırılmış formada fəaliyyətə başlayıb.
Qabaqlayıcı tədbirlər sayəsində bu məhdudiyyətlər də aradan qaldırıla bilər
Amma ölkədəki mövcud sanitar-epidemioloji vəziyyətin tələblərinə uyğun olaraq bir sıra məhdudiyyətlər qüvvədə saxlanılıb. Yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış, ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarına icazə verilmir. Dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi, bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının, oyunlarının keçirilməsi istisna olmaqla), tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi də məhdudiyyətlər arasındadır.
Hazırda qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş nailiyyətlərin qorunub saxlanması və möhkəmləndirilməsidir. Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi mövsümlər gəldiyinə görə bu məsələ xüsusi aktuallıq kəsb edir.
Nəzərə alınmalıdır ki, payız-qış mövsümü həmçinin digər xəstəliklərin fəallaşdığı dövrdür. COVID-19-la birlikdə bu xəstəliklər insan orqanizmi üçün ciddi təhlükədir. Buna görə də koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verilməməlidir.
Xüsusilə də tədris müəssisələrinin fəaliyyətə başladığı hazırkı dövrdə övladlarımızı bu problemdən qorumaq, onların təhsil prosesinə normal şəraitdə qovuşmasını təmin etmək vacib məsələlərdən biridir. Təhsil millətin gələcəyini müəyyənləşdirən strateji məsələdir və bütün dünyanın pandemiya sınağı ilə üz-üzə qaldığı bir zamanda ölkəmizdə ibtidai siniflər üzrə həftədə 2-3 gün də olsa ənənəvi təhsilin bərpa edilməsi olduqca sevindiricidir. Qarşıdakı hədəf isə infeksiyaya yoluxma sayını daha da aşağı səviyyəyə salmaqla, yuxarı siniflərin əyani formada təhsil almasına şərait yaratmaqdır.
Pandemiya şərtlərinə əməl etmək vacibdir
Bu həssas mərhələdə bəzi təəssüfləndirici hallarla da qarşılaşmalı olmuşuq. Belə ki, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani tədris dayandırılıb, distant təhsilə keçilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi isə sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsidir. Bakıda da müəllim və şagirdlərdə koronavirus aşkar edildiyi üçün 4 sinifdə distant təhsilə keçilib.
Gündəlik olaraq məktəblərdə yoluxma halları ilə bağlı statistikalar açıqlanır. Göründüyü kimi, tələblərə əməl olunmaması, COVID-19-un heçə sayılması təhsil müəssisələrimizdə də kütləvi yoluxmaları qaçılmaz edir. Məktəbin, siniflərin bağlanmasına gətirib çıxarır ki, belə hallar arzuolunan deyil və qətiyyən yolverilməzdir.
Hər bir vətəndaş qoyulan qərarlara, pandemiyanın tələblərinə mütləq şəkildə əməl etməlidir. Həmçinin COVID-19-a yoluxma hallarının olmaması üçün tədris müəssisələrində karantin qaydalarına və sanitar-gigiyenik şəraitə diqqət artırılmalıdır.
Bütün şagirdlər, valideynlər, müəllimlər və işçi heyət sosial məsafəni qorumalı, şəxsi gigiyenik vasitələrdən mütəmadi istifadə etməlidirlər. Necə ki, koronavirusun tibbi çarəsi tapılmayıb, bizi yalnız sadalanan ehtiyat tədbirləri təhlükəli bəladan qoruya bilər.
Yasəmən MUSAYEVA,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!