Azərbaycan və Mərakeşi ortaq dəyərlər birləşdirir
Fevralın 21-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Mərakeş Parlamentinin Nümayəndələr Palatasının Xarici əlaqələr, milli müdafiə, islam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə komitəsinin sədri Ali Kəbiri ilə görüşüb.
Qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu ifadə edən Ziyafət Əsgərov Azərbaycanın Mərakeşlə çox yüksək siyasi əlaqələrinin olduğunu bildirib. Qeyd edib ki, ölkə başçılarının və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu əlaqələrin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir. Bugünə qədər Azərbaycan və Mərakeş hökumətləri arasında 12 sənəd imzalanıb, 12 sənəd isə layihə formasındadır, onların da imzalanması gözlənilir. Onun sözlərinə görə, Mərakeşlə bütün sahələrdəki münasibətlər yüksələn xətlə inkişaf etsə də, ticarət dövriyyəsinin həcmi o qədər də yüksək deyil: "Hesab edirəm ki, siyasi əlaqələrdən çıxış edərək iqtisadi əlaqələri daha da gücləndirmək lazımdır. Bunun üçün hər iki ölkənin böyük potensialı var".
Z.Əsgərov ölkələrimiz və xalqlarımız arasında olan dostluq münasibətlərindən danışaraq, burada parlamentlərarası qrupların da rolunu xüsusi qeyd edib. Bildirib ki, 2008-ci ildən bəri Mərakeşdə bir neçə dəfə Azərbaycan Mədəniyyəti günləri keçirilib. Eləcə də Azərbaycanda Mərakeş Mədəniyyəti günləri təşkil olunub. Bu onu deməyə əsas verir ki, hər iki ölkəni birləşdirən siyasi, humanitar sahələrlə yanaşı, mədəni dəyərlər də mövcuddur.
Görüşdə bildirilib ki, Mərakeş hər zaman beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir. Həmçinin Azərbaycan da dost ölkəyə eyni münasibəti bəsləyir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Z.Əsgərov vurğulayıb ki, bununla bağlı BMT, Avropa Birliyi, İslam Konfransı Təşkilatının və Avropa Şurasının çoxsaylı qətnamələri var. Təəssüf ki, Ermənistanın böyük sayğısızlığı nəticəsində bu qətnamələrin heç biri yerinə yetirilməyib. Daha sonra 1992-ci il fevral ayının 26-da Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində ermənilərin və onların havadarlarının törətdikləri soyqırımını xatırladan Z.Əsgərov bir gecədə 613 sakinin amansızcasına qətlə yetirildiyini deyib. Təəssüf ki, bəzi dövlətlər və beynəlxalq təşkilatlar bu soyqırımına hələ də göz yumur. Z.Əsgərov əminliyini bildirib ki, Mərakeş parlamentində də bu istiqamətdə işlər gedəcək və Xocalı soyqırımını tanıyan sənəd qəbul ediləcək.
Ali Kəbiri də Azərbaycan-Mərakeş əlaqələrini, xalqlararası dostluq münasibətlərini yüksək qiymətləndirib. Bildirib ki, Mərakeş hər zaman Azərbaycanın haqq səsinə səs verəcək və həyata keçirdiyi bütün strateji layihələrə dəstək olacaq. O, bundan sonra da bütün sahələrdəki əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Elgün MƏNSİMOV,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!