Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun onlayn videokonfransı olub
İyunun 10-da Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə onlayn videokonfrans keçiriblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videokonfransı Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, akademik Əhliman Əmiraslanov açaraq Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın salamlarını Türkiyənin deputatlarına çatdırıb. Bildirib ki, bu görüş hər iki ölkənin parlament rəhbərlərinin təşəbbüsü və arzusu ilə təşkil olunub.
Sonra Əhliman Əmiraslanov hazırda dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülmüş qabaqlayıcı tədbirlər xeyli müsbət nəticə verib. Pandemiya elan olunduğu gündən Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və genişmiqyaslı tədbirlər görülməyə başlanıb. Bunun nəticəsində bu gün Azərbaycanda əhali sayına düşən həm yoluxma göstəricisi, həm də koronavirusdan ölüm sayı digər ölkələrlə müqayisədə dəfələrlə aşağıdır.
İşçi qrupun rəhbəri məlumat verib ki, hazırda ölkəmizdə koronavirusla mübarizə sahəsində 7 mindən çox çarpayı fondu olan 21 xəstəxana fəaliyyət göstərir və həmin xəstəxanaların imkanları son dərəcə genişdir. Azərbaycanda COVID-19-a yoluxmuş bütün xəstələr dövlət hesabına stasionarda müalicə alırlar. Eyni zamanda pandemiya dövründə digər ölkələrdən gətirilən soydaşlarımız dövlət hesabına, geniş imkanları olan hotellərdə karantinə alınır, həkim nəzarətində saxlanılır.
Dövlətimiz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib. Qalır insanların karantin rejiminə riayət etməsi. Əminik ki, görülən tədbirlər müsbət nəticəsini verəcək, yollar açılacaq və biz bir-birimizlə əyani surətdə görüşə biləcəyik.
Videokonfransda Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım iki dövlət, bir millət olan ölkələrimizin və xalqlarımızın qardaşlığından söz açıb. TBMM-in Sədri Mustafa Şentopun Azərbaycan parlamentinin Sədri xanım Sahibə Qafarovaya və Milli Məclisin bütün üzvlərinə salamlar ünvanladığını bildirib. Pandemiya dövründə, böhran vəziyyətində belə bir-birindən dəstəyini əsirgəməyən Türkiyənin və Azərbaycanın dostluğunun sarsılmaz olduğunu vurğulayıb.
Şamil Ayrım Türkiyədə COVID-19-la aparılan mübarizə barədə məlumat verib. Parlamentlərarası əlaqələrimizin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək deyib ki, yubiley günümdə Azərbaycanın "Dostluq” ordeni ilə təltif olunmağım sevincimi ikiqat artırıb.
Sonra videokonfransda fikir mübadiləsi aparılıb.
Milli Məclisin deputatları, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Sabir Rüstəmxanlı, Aqiyə Naxçıvanlı, Fazil Mustafa, Rəşad Mahmudov, Nizami Səfərov, Arzu Nağıyev, Ramil Həsən ölkələrimiz arasında dostluq-qardaşlıq münasibətlərindən, strateji tərəfdaşlıq əlaqələrindən bəhs ediblər. Qanunvericilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıblar.
Videokonfransda Türkiyə Böyük Millət Məclisinin üzvləri Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca, Aylin Cesur, Yaşar Karadağ, Yılmaz Tunc, Uğur Bayraktutan çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin mənəvi, siyasi əhəmiyyətini yüksək qiymətləndiriblər. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafından bəhs ediblər.
Söhbət zamanı Azərbaycanın və Ulu Öndər Heydər Əliyevin böyük dostu olan Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin xatirəsi hörmətlə yad olunub. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın mövqeyini dəstəklədiyi vurğulanıb.
COVID-19 pandemiyasının tezliklə bitməsi, əlaqələrin adi ahənginə qayıtması və bütün bəşəriyyətin bu bəladan xilas olması arzulanıb.
Videokonfransı yekunlaşdıran Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov bildirib ki, dövlət başçılarımız bizim qarşımızda böyük vəzifələr qoyub. Əlaqələrimiz çoxşaxəli olmalı və daha sıx inkişaf etməlidir.
Videokonfransda TBMM-in deputatları, Azərbaycanla dostluq qrupunun üzvləri İbrahim Aydemir, Yaşar Tüzün, Mehmet Erdoğan da iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!