06 Avqust 2024 15:31
384
İDMAN
A- A+
Azərbaycan triatlonçusu: Təhlükəsizliyimizlə maraqlansaydılar, Sena çayında yarış planlaşdırmazdılar

Azərbaycan triatlonçusu: Təhlükəsizliyimizlə maraqlansaydılar, Sena çayında yarış planlaşdırmazdılar

 

Dünya triatlonu bizim təhlükəsizliyimizlə həqiqətən maraqlansaydı, Sena çayında yarış planlaşdırmazdılar. Bunu “Report”a açıqlamasında Paris-2024-də mübarizə aparan Azərbaycan triatlonçusu Rostislav Pevtsov yarışların keçirilməsi ərəfəsində Sena çayında yaranan problemlərlə bağlı açıqlamasında deyib.
İdmançı Sena çayı ilə bağlı problemlərin bütün idmançılarda stress yaratdığını bildirib: “Parisdə yağan leysan yağışlarla birlikdə bütün pis şeylərin Sena çayına axması səbəbindən start ərəfəsində iki məşqimiz ləğv edildi. Triatlonçular yarış başlamazdan əvvəl suyun normal vəziyyətə düşəcəyini gözləyirdilər. Lakin yarış günü səhər saat 4-də öyrəndik ki, başlama vaxtı növbəti günə təxirə salınıb. Onların hadisə ilə bağlı 8 ssenarisi var idi və biz, sadəcə, başlamağı gözləyirdik. Fikrim odur ki, ilk növbədə yarışı Sena çayında keçirməyə ehtiyac yox idi. Xüsusilə də bir il əvvəl nümayiş xarakterli yarışlar zamanı üzgüçülüyün ləğvi ilə bağlı presedent artıq var idi və təşkilatçılar müxtəlif ssenarilər düşünməyə başlamışdılar. Onlar yarışı Parisin ən gözəl yerlərindən birində keçirməyə çalışırdılar, lakin təəssüf ki, idmançıların fikirlərinə əhəmiyyət verən olmadı. Yarışların təxirə salınması, məsafə ilə bağlı qeyri-müəyyənlik, triatlon, yoxsa duatlon olacaq - bunlar bütün idmançılarda böyük stress yaratmışdı”.
37 yaşlı triatlonçu qusmalarla bağlı vəziyyətin nədən qaynaqlandığını izah edib: “Finiş xəttində qusma müşahidə olunan idmançılara gəlincə, bu, onların bəzilərinin həddindən artıq yüklənməyə və istiliyə qarşı olduqca tipik reaksiyasıdır. Bildiyimə görə, Belçikadan olan bir qız idmançı zəhərlənmə səbəbindən 4 gün xəstəxanada qalıb”.
R.Pevtsov səhhəti ilə bağlı son durumu da nəzərə çatdırıb: “Startdan sonra özümü yaxşı hiss etdim, ikinci dövrədə velosipedin təkərinin deşilməsi səbəbindən yüksək yerlər uğrunda bütün şansların itirilməsi məni əsəbiləşdirdi. Amma bu Senadakı pis su ilə əlaqəli deyil. Hazırda bir az xəstəyəm, amma bunda pis suyun “günahkar” olduğunu düşünmürəm”.
Qeyd edək ki, R.Pevtsov iştirak etdiyi yarışda ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə başa vurmaqla 43-cü olub.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Gürcüstana dövlət səfərinə gəlib

10:06
06 Aprel

MN: Ağdərədə istismar müddəti başa çatmış yararsız döyüş sursatları məhv ediləcək

09:43
06 Aprel

ADY: Bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənara çıxma halları ola bilər  

09:23
06 Aprel

ABŞ, İran və vasitəçilər 45 günlük atəşkəs barədə müzakirələr aparırlar

09:14
06 Aprel

DYP yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

09:03
06 Aprel

ABŞ İrandakı hərbi əməliyyatlara 42 milyard dollardan çox vəsait xərcləyib

08:34
06 Aprel

İraqdakı ABŞ diplomatik binasına pilotsuz təyyarə hücumu edilib

08:21
06 Aprel

Pakistanda şiddətli yağışlar nəticəsində azı 45 nəfər ölüb

08:12
06 Aprel

Media: “Hizbullah” səhvən Britaniya gəmisinə atəş açıb

07:59
06 Aprel

Ukrayna və Suriya səfirliklərin fəaliyyətini bərpa etmək barədə razılığa gəliblər

07:51
06 Aprel

FHN: Suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir  

07:45
06 Aprel

Zelenski Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşün nəticələrini açıqlayıb  

23:43
05 Aprel

Tramp: ABŞ-nin İranla müharibəsi NATO üçün bir sınaq idi

23:28
05 Aprel

BDYPİ yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib 

22:42
05 Aprel

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir

21:24
05 Aprel

Dağıstanda daşqın yaşayış binasının uçmasına səbəb olub

20:36
05 Aprel

FHN bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı olaraq əhaliyə təkrar müraciət edib

20:24
05 Aprel

Premyer Liqa: “Sumqayıt” öz meydanında “Neftçi”yə uduzub

20:23
05 Aprel

Üzərində evlər tikilən kollektorun çökməsi ilə bağlı ərazidə operativ tədbirlər görülür 

19:19
05 Aprel

Gəncədə cüdo üzrə Avropa Kubokuna yekun vurulub

18:38
05 Aprel

XİN: Heç bir ölkə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb  

18:21
05 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!