22 Dekabr 2023 02:40
1984
CƏMİYYƏT
A- A+
Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyin irəli sürülməsinə dair tələblər

Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyin irəli sürülməsinə dair tələblər

 

Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək hüququ var. Vətəndaşlar seçkilərdə ümumi, bərabər və birbaşa  seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər. Ümumi seçki hüququ vətəndaşların irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq seçkilərdə iştirak etmələridir.
Vətəndaşların bərabər seçki hüququ dedikdə onların seçkilərdə bərabər əsaslarla iştirak etmələri, hər bir vətəndaşın bir səsinin olması və vətəndaşların hər bir səsinin eyni hüquqi qüvvəyə malik olması anlaşılır. Birbaşa seçki hüququ isə onların seçkilərdə namizədin lehinə şəxsən səs verməsi, başqa şəxslərin yerinə səs verməsinin qadağan olunmasıdır.  
Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı rəsmi dərc edildikdən sonra Seçki Məcəlləsində müəyyən edilmiş qaydada prezidentliyə namizədliyin irəli sürülməsinə start verilir. Konstitusiyamızın 100-cü maddəsinə uyğun olaraq Azərbaycan ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezidentliyə namizəd ola bilər. Amma qanunvericiliyin tələbinə görə aktiv seçki hüququ olmayan (18 yaşı tamam olmayan) və məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur. 
Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda da prezidentliyə namizəd üçün passiv seçki hüququ məhdudlaşdırılır. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, ikili vətəndaşlığı olan Azərbaycan Respublikasının vətəndaşları ikili vətəndaşlığı olan müddət ərzində (iki və daha artıq dövlətin vətəndaşı olması nəzərdə tutulur) namizəd ola bilməzlər.  Həmin vətəndaşlar eyni anda bir neçə dövlət qarşısında hüquq və vəzifələrə malik olduğundan qanunvericilik onların passiv seçki hüququnu məhdudlaşdırır. Bundan başqa, xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi amillər vətəndaşın xarici dövlət qarşısında öhdəliklərinin yaranmasına səbəb ola bilər. Ona görə də digər ölkə qarşısında yaranmış siyasi və hüquqi öhdəliklər vətəndaşların namizəd olmaq imkanını məhdudlaşdırır və həmin öhdəliklərə xitam verilənədək onlar namizəd olmaq hüququndan istifadə edə bilməzlər.
Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Konstitusiyanın 100-cü maddəsinin tələblərinə cavab verən vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada  namizədlər irəli sürə bilərlər. 
Namizədliyini irəli sürən vətəndaş Mərkəzi Seçki Komissiyasına namizədliyin irəli sürülməsinə dair bildiriş və Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi (ərizədə prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə prezident seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir) təqdim etməlidir. Əgər namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin olunubsa, həmin səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi, bununla yanaşı namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair məlumat da daxil edibsə, o zaman bu barədə təsdiqedici sənəd təqdim olunmalıdır. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda isə ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir.
Prezidentliyə namizəd irəli sürmək üçün seçki hüququ olan azı 100 nəfərdən ibarət Azərbaycan Respublikasının vətəndaşları seçicilərin təşəbbüs qrupunu yarada bilər. Həmin təşəbbüs qrupunun formalaşması qaydası "Azərbaycan Respublikası Prezidentinin seçkilərində vətəndaşların öz təşəbbüsü ilə prezidentliyə namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən prezidentliyə namizədin irəli sürülməsi qaydaları haqqında Təlimat"la  müəyyən edilib.
Təşəbbüs qrupunun yaranması üçün Seçki Məcəlləsində göstərilən saydan az olmamaq şərti ilə seçkilərdə iştirak etmək hüququ olan vətəndaşlar öz yığıncağını keçirməlidirlər.  Həmin yığıncaqda seçicilərin təşəbbüs qrupunun yaradılması və ona ad verilməsi, təşəbbüs qrupunun nümayəndəsinin müəyyən edilməsi, prezidentliyə namizədliyin irəli sürülməsi, namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün Mərkəzi Seçki Komissiyasına bildirişlə müraciət edilməsi məsələləri həll edilir. Eyni zamanda yığıncağın gündəliyinə çıxarılaraq müzakirə edilmiş hər bir məsələ barədə qərar qəbul olunur və yığıncağın protokolu tərtib edilir. Prosesin sonunda qanunvericiliyin tələbinə uyğun olaraq, sözügedən protokolu iclasın sədri və katibi imzalayır. 
Seçicilərin təşəbbüs qrupunun irəli sürdüyü prezidentliyə namizədin sənədlərini Mərkəzi Seçki Komissiyasına seçicilərin təşəbbüs qrupunun nümayəndəsi və ya namizəd təqdim edə bilər.
Prezidentliyə namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə Mərkəzi Seçki Komissiyasına seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi barədə yığıncağın protokolu, namizədin irəli sürülməsinə təşəbbüs edilməsi barədə bildiriş, Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi  (ərizədə  prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə prezident seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir), namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin  edilibsə, səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi, namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair məlumat daxil edibsə, bu barədə təsdiqedici sənəd təqdim olunmalıdır.
Namizədliyin irəli sürülməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Mərkəzi Seçki Komissiyası tərəfindən 5 gün müddətində baxılır, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə müvafiq qərar qəbul edilir və həmin qərar namizədə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. 
Namizədliyin irəli sürülməsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsas yalnız  Seçki Məcəlləsinin 53.2 və 53.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsində qanunla müəyyənləşdirilmiş qaydanın pozulması ola bilər. Müvafiq sənədlərdəki səhvlər və pozuntular namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, Mərkəzi Seçki Komisiyası Seçki Məcəlləsinin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir.

Arifə Muxtarova,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!