Azərbaycan Respublikası Milli Məclisinin Fransa Respublikasının Senatına Müraciəti
Hörmətli həmkarlar!
Bu il dekabrın 22-də Fransa Respublikasının Milli Assambleyasında "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul olunduğu barədə aldığımız xəbər bizi son dərəcə narahat edir. Növbəti mərhələdə layihənin Fransa Respublikası Senatının müzakirəsinə çıxarılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq. Şübhə yoxdur ki, qəbul ediləcəyi təqdirdə belə bir qanun demokratik quruluşun təməlində dayanan, insan hüquqları və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlığına zidd olacaqdır.
Hazırda dinlər və mədəniyyətlər arasında dialoqun dərinləşdirilməsi zərurətinin mövcud olduğu bir dövrdə bu cür qanunun qəbul edilməsi dünyada ikili standartların mövcudluğu barədə fikirləri təsdiqləyəcəkdir. Hər bir ölkənin tarixində axıra qədər məlum olmayan, elmi cəhətdən tədqiq edilməsinə ehtiyac olan hadisələr vardır. 1915-ci ildə Osmanlı Türkiyəsi ərazisində ermənilərin "soyqırımı"na məruz qalması barədə deyilənlər də ciddi araşdırma tələb edən ehtimallar qəbilindəndir. Yeri gəlmişkən, xatırlatmaq istərdik ki, bu yaxınlarda Türkiyədə Osmanlı dövrünə aid arxivlər açılmış, arzu edən hər kəs, o cümlədən erməni siyasətçiləri və alimləri XX əsrin əvvəllərinə aid tarixi sənədlərlə tanış olmağa dəvət edilmişlər. Təəssüf ki, erməni tərəfi sağlam diskussiya barəsində bu təklifə etinasızlıq göstərmişdir.
Diqqətinizə çatdırırıq ki, "erməni soyqırımı"nın baş verdiyi iddia olunan dövrdə, yəni XX əsrin əvvəllərində yüz minlərlə günahsız türk və azərbaycanlı erməni millətçiləri tərəfindən kütləvi şəkildə qətlə yetirilmişdir. Lap yaxın keçmişdə, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin yüzlərlə dinc sakini yalnız azərbaycanlı olduğuna görə Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bütün bunlar nəzərə alınarsa, yəqin, bizimlə razılaşarsınız ki, tarixi hadisələrə bir tərəfin mövqeyindən qiymət vermək cəhdləri tarixi həqiqətlərə hörmətsizliyə gətirib çıxara bilər. Ayrı-ayrı siyasi qrupların və etnik lobbiçilərin bəd niyyətli fəaliyyəti nəticəsində qəbul edilə biləcək qanun 2 əsrdən də çox bundan əvvəl İnsan və vətəndaş hüquqları haqqında Bəyannaməni qəbul etmiş Fransa kimi qədim demokratik ənənələrə malik ölkənin nüfuzuna yalnız ləkə vura bilər. Bununla yanaşı, belə bir qanun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaqdır. Ona görə də Azərbaycan Respublikasının Milli Məclisi əmin olduğunu bildirir ki, Fransa Respublikasının Senatı adıçəkilən məsələnin müzakirəsi zamanı diqqətli və həssas olacaq, demokratik prinsiplərə zidd olan qanunun qəbul edilməsinə yol verməyəcəkdir.
(Müraciət Azərbaycan Respublikası
Milli Məclisinin 2011-ci il 30 dekabr
tarixli iclasında qəbul edilmişdir).
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
Ən çox alqışlanan "balaca əsgər"
04 May
"Su axar, çuxurunu tapar"
04 May
BP-dən Azərbaycanda kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək
04 May
Ekoloji problemlər bütün beynəlxalq tədbirlərin əsas mövzularından biri olur
04 May
Azərbaycanın güc strukturları müasir texnologiya əsasında istehsal edilən texnika, silah və döyüş su...
04 May
Azərbaycan Fransa zülmündən xilas olmaq istəyən xalqların himayədarıdır
04 May
Sülh müqaviləsi qaçılmazdır
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!