Azərbaycan pandemiyadan tibbi sənayeni inkişaf etdirmək üçün faydalanır
Böhran nə qədər təhlükəli olsa da, ondan sığortalanmaq, onun fəsadlarından yayınmaq, həmçinin iti ağılla perspektivləri görərək yeni məqsədlərə səmt götürmək mümkündür. Bu baxımdan müasir dünya düzənində Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə fərqli və təqdirəlayiq nümunə sərgiləyir.
Məlum olduğu kimi, koronavirus pandemiysı dünyanı çənginə alanda bütün ölkələr kəskin surətdə tibbi avadanlıqların çatışmazlığı ilə üzləşdilər. Virusun qarşısının alınması üçün ilkin tədbirlər kimi maskalara yaranan ehtiyac əksər ölkələrdə ciddi gərginliklər yaratdı, bəzi məqamlarda böyük səs-küyə səbəb oldu. Belə ki, zəruri tibbi ləvazimatlarla nəinki xəstələri, hətta tibb işçilərini təmin etmək belə mümkün deyildi. Bu üzdən hətta ən yaxın, müttəfiq dövlətlər arasında gözlənilməz gərginliklər və anlaşılmazlıqlar yarandı. Tibbi avadanlıqların çatışmazlığı ona səbəb oldu ki, bütün ölkələr, ilk növbədə, öz ehtiyaclarını ödəməyə başladılar.
Bu sırada biz yenə də hamıdan fərqləndik. Azərbaycan birinci Çinə, sonra da başqa ölkələrə yardım əlini uzatdı. Prezident İlham Əliyev isə belə mürəkkəb tarixi dönəmdə sarsılmaz islahatçı ruhu ilə daha qətiyyətli addımlar atdı, ölkəmizin tibb sənayesinin inkişafını sürətləndirdi.
Sumqayıtdakı "Gilan Tekstil Park” MMC-də tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etməsi iqtisadiyyatımızda yeni tibbi sənayenin fəaliyyətə başlamasından xəbər verən unikal hadisə kimi tarixə düşdü.
"Gilan Tekstil Park” MMC-də istehsal olunan maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlkin mərhələdə fabrikdə gün ərzində 140 min, may ayının sonunadək isə 300 minədək maska istehsal ediləcək. Bu, təxminən ayda 9 milyona yaxın maska deməkdir. Bundan başqa, müəssisədə birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılmışdır.
Müəssisələrin açılışı zamanı Prezident İlham Əliyev koronavirus pandemiyasının Azərbaycanda tibbi sənayenin inkişafını aktual mövzuya çevirdiyini diqqətə çatdırdı: "Hesab edirəm, bu müddət ərzində hər bir ölkə gördü ki, çətin vəziyyətdə, çətin şəraitdə bəzi ölkələr özlərinə qapanır, bəzi ölkələr ancaq öz daxili bazarlarını təmin etmək üçün çalışır. Əlbəttə, müəyyən çətinliklər də yarandı, xüsusilə tibbi ləvazimatların, tibbi avadanlıqların alınması və ölkəmizə gətirilməsi üçün. Bir daha gördük ki, tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıyır. Son müddət ərzində bu istiqamətdə müəyyən addımlar atılmışdır, Pirallahı adasında iki müəssisə fəaliyyətə başlamışdır, biri dərman preparatları müəssisəsi, digəri isə tibbi şprislərin istehsalı”.
Danılmaz faktdır ki, iqtisadiyyatın hər hansı yeni sahəsinin yaradılması üçün istək və zərurətdən daha çox müasir sənaye potensialı və güclü iqtisadi baza lazımdır. Dövlət başçısı belə hesab edir ki, ölkədə uzun illər aparılan geniş islahatlar, mükəmməl sənayeləşmə siyasəti və xüsusilə Sumqayıt şəhərində yeni müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması qısa müddət ərzində fabriklərin öz profilini dəyişməsinə imkan yaratdı.
Azərbaycan Prezidenti aparılan düzgün iqtisadi islahatların səmərəsini belə qiymətləndirdi: "Ona görə hesab edirəm ki, bu gün çox əlamətdar gündür. Çünki həm birinci, həm də bu gün burada fəaliyyətə başlayan ikinci tibbi maska istehsalı müəssisəsi bizim daxili tələbatımızı tam ödəməlidir və qoruyucu kombinezonlar da həmçinin. Sənaye potensialının inkişafı, əlbəttə, imkan verdi ki, biz buna nail olaq”.
Bütövlükdə bu gün Sumqayıtın inkişafı böyük dərəcədə şəhərin sənaye potensialı ilə bağlıdır, lakin bu inkişaf ekoloji balansı pozmur, insanların həyatı üçün təhlükə yaratmır. Bu baxımdan dövlət başçısı Sumqayıtın ölkə iqtisadiyyatındakı mühüm rolunu belə dəyərləndirdi: "Ona görə bir sənaye şəhəri kimi Sumqayıtın siması tamamilə dəyişib və bu gün ən yüksək standartlara cavab verir. Bununla yanaşı, əlbəttə, digər başqa layihələr də icra edilmişdir. Sosial layihələr - köçkünlər üçün artıq bir neçə ildir ki, böyük şəhərciklər salınır. Mən bu yaxınlarda növbəti şəhərciyin tikintisi ilə tanış olmuşam. Abadlıq işləri aparılır, Sumqayıt bulvarı da nəhayət ki, fəaliyyətə başlayıb. Bu, mənim çoxdankı arzum idi və bilirəm ki, sumqayıtlılar da həmişə bunu arzulayırdılar. Artıq neçə ildir ki, Sumqayıt bulvarı sumqayıtlıların sərəncamına verilib və çox gözəl istirahət zonasıdır. Bir sözlə, biz bu məsələyə kompleks şəkildə yanaşırıq”.
Dövlət başçısı çıxışında nailiyyətləri qeyd etməklə yanaşı, pandemiyanın iqtisadiyyatımıza problemlər yaradacağını da etiraf etdi: "O ki qaldı, iqtisadi vəziyyətə, hər kəs üçün aydın idi, iqtisadiyyat zərər çəkəcəkdir, nəinki bizim iqtisadiyyatımıza, bütün dünya iqtisadiyyatına böyük ziyan vurulacaqdır. İndi artıq ilkin hesablamalar üzə çıxır və deyilir ki, inkişaf etmiş ölkələrdə bu il iqtisadiyyat 7-10 faiz düşə bilər və bu da təbiidir. Ancaq bizim əsas vəzifəmiz vətəndaşları qorumaq idi”.
Bahadur İMANQULİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!