19 İyul 2026 13:58
442
İDMAN
A- A+
Azərbaycan nümayəndə heyəti BMT tədbirlərinə qatılıb

Azərbaycan nümayəndə heyəti BMT tədbirlərinə qatılıb

Gənclər və idman nazirinin müavini İndira Hacıyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forum (YSSF) çərçivəsində bir sıra tədbirlərdə iştirak edib. Tədbirdə davamlı inkişaf məqsədlərinin icrası, eləcə də gənclərin bu prosesdə rolu ilə bağlı müzakirələr aparılıb.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində İndira Hacıyeva BMT Gənclər Ofisinin rəhbəri, BMT Baş katibinin Gənclər Məsələləri üzrə köməkçisi Felipe Paullier ilə görüşüb. Görüşdə BMT Gənclər Ofisi ilə Azərbaycan arasında əməkdaşlıq imkanları və azərbaycanlı gənclərin Ofisin gələcək təcrübə proqramlarında iştirakı məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi çərçivəsində AQEM Katibliyi və Qazaxıstanla birgə “AQEM üzv dövlətlərində Könüllülük” adlı fotosərginin açılışı keçirilib. Həmçinin “AQEM üzv dövlətlərində Könüllülük üzrə ən yaxşı təcrübələr” mövzusunda yan tədbir baş tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada “Sözün həsrəti –Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

20:14
19 İyul

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq

15:37
19 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb

14:03
19 İyul

Azərbaycan nümayəndə heyəti BMT tədbirlərinə qatılıb

13:58
19 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
19 İyul

Azərbaycan Cənubi Qafqazda ən sürətli internetə malikdir

13:19
19 İyul

Rusiyanın Stavropol diyarında dron hücumundan sonra fövqəladə vəziyyət elan edilib

12:52
19 İyul

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq

12:49
19 İyul

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib

11:38
19 İyul

Fransa-İngiltərə oyunu çempionat tarixində üçüncü yer uğrunda ən çox qol vurulan matç olub

10:43
19 İyul

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

09:13
19 İyul

Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb - Hadisə yerindən FOTOREPORTAJ YENİLƏNİB

08:03
19 İyul

İngiltərə Fransaya qalib gələrək dünya üçüncüsü olub

07:31
19 İyul

Almaniya Kansleri Fridrix Merts istefaya çağırıldı

23:45
18 İyul

Vaqif Poeziya Günlərində “Sözün gülüşü – Şuşa hekayələri” adlı tamaşa təqdim edilib

23:43
18 İyul

Vaqif Poeziya Günləri çərçivəsində “Şuşa gecələri – interaktiv poeziya saatı" təşkil edilib

20:49
18 İyul

XİN: Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb

19:37
18 İyul

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!