Azərbaycan hər zaman Türkiyənin yanındadır
Türkiyədə baş verən şiddətli meşə yanğınları ötən günlərdə ekoloji fəlakətə çevrilməklə təbiətə və insanlara böyük zərər vurub.
Qardaş ölkədə yaşananlar Azərbaycanda da narahatlıqla izlənməkdədir. Hər zaman bir-birinin yanında olan Azərbaycan və Türkiyə yanğınlarla mübarizədə də birlikdədirlər.
Milli Məclisin deputatlarının açıqlamaları da bu barədədir.
Təbiətin bu sınağı bizi bir daha birləşdirdi
İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin deputatı:
- Türkiyənin zəngin təbiəti, təbii gözəllikləri, nadir meşə sərvətləri, heyvanlar aləmi od tutub yanır. Bu bizim də qəlbimizi ağrıdır. Azərbaycan xalqı Türkiyə vətəndaşları qədər bu böyük fəlakəti ürəkağrısı ilə qarşılayır. Bütün varlığımızla Türkiyədəki qardaş və bacılarımızın yanındayıq.
Azərbaycan dövləti qardaş Türkiyənin bu böyük bəladan xilas olması üçün imkanlarından da artıq qüvvə sərf edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubu on milyonluq xalqımızın hər bir vətəndaşının ürək sözlərinin, narahatlıq və həyəcanlarının ifadəsidir. İndi Azərbaycanda bu fəlakətdən narahat olmayan, acı təəssüf hissi və həyəcan keçirməyən vətəndaş yoxdur. Qarabağ müharibəsində olduğu kimi, bu gün də Azərbaycan - Türkiyə, Türkiyə - Azərbaycandır. Təbiətin bu arzuedilməz sınağı Azərbaycanla Türkiyəni bir daha qardaşlaşdırır, birləşdirir. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı özünün varlığını nümayiş etdirir. Türkiyənin meşə yanğınlarından xilas olması, bu böyük fəlakətin aradan qaldırılması Azərbaycan üçün də böyük sınaq və məsuliyyətli bir vəzifədir.
İnanırıq ki, Türkiyəni bürüyən alov tezliklə söndürüləcək, qardaş türk xalqının başının üstündən duman çəkiləcəkdir. Bu dəhşətli fəlakəti törədən qatillər, namərdlər və xainlər cəzalarına çatacaqlar.
Qardaş Türkiyə Azərbaycanla birlikdə bu ağır sınaqdan da çıxacaqdır!
Hər an yanındayıq, Türkiyə!
Azərbaycanın Türkiyəyə göstərdiyi dəstək yüksək qiymətləndirilir
Pərvin KƏRİMZADƏ,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü:
- Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanındadır. Qardaş Türkiyədə baş vermiş meşə yanğınlarını, bunun nəticəsində yaranmış vəziyyəti Azərbaycan xalqı olaraq böyük narahatlıqla və həyəcanla izləyirik. Təəssüf ki, güclü yanğınlar nəticəsində insan itkisi baş verib, xeyli sayda türk qardaşlarımız evsiz-eşiksiz qalıb, böyük infrastruktur sıradan çıxıb.
Bu çətin günlərdə Azərbaycan qardaş türk xalqının yanındadır. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndərilib.
Yanğın xəbərindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayaraq baş vermiş faciədən dərin kədər hissi keçirdiyini, Azərbaycan hökuməti və xalqının hər zamankı kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğulayıb. Eyni zamanda dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığını ifadə edib. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Avqustun 1-də axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə getdi. İkinci qrupa bir helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, bir təcili tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir. Dünən isə üçüncü qrup Türkiyəyə yola salındı.
Türkiyə KİV-də yayımlanan xəbərlərdə Azərbaycanın Türkiyəyə göstərdiyi qardaş dəstəyi yüksək qiymətləndirilir. Biz sosial media vasitəsilə azərbaycanlı və türkiyəli xilasedicilərin yanğınla necə fədakarlıqla mübarizə apardığının şahidi oluruq. Biz tezliklə bu yanğınların qarşısının alınacağına ümid edirik və bunu arzulayırıq.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən ağır məqamlarında, ən çətin günlərində öz sözünü deyib və yenə də deyir. Bu gün Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da atdıqları hər addımlarda iki dövlət xalqının ideallarına sadiqdirlər. Xalqımız, cəmiyyətimiz sevincdə də, kədərdə də bir yerdədir. Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları bizi dərindən kədərləndirir. Yanğında həyatını itirən insanlar, canlılar var, yanğın qardaş ölkəyə genişmiqyaslı maddi və mənəvi zərər vurub, hadisənin törətdiyi fəsadlar çoxdur. Yeri gəlmişkən, dünya ölkələri də öz dəstəyini göstərməlidir. Çünki ekologiyanın qorunması bəşəri bir məsələdir.
Türkiyənin regionda və dünyada böyük gücə çevrilməsini həzm edə bilməyən terror təşkilatları və onları himayə edən imperialist qüvvələr bəşəri cinayət törədirlər. Təbiətə qarşı belə bir miqyasda cinayət törətmək insanlığa sığmayan hərəkətlərdir. Bu cür addımlarla Türkiyənin zəifləyəcəyini düşünənlər yanılırlar. Türkiyə güclü dövlətdir və bu sınaqdan da üzüağ çıxacaq.
R.CƏFƏRLİ,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!