04 May 2026 14:51
529
Səhiyyə
A- A+
“Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” - II Beynəlxalq Konfrans 

“Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” - II Beynəlxalq Konfrans 


Heydər Əliyev Mərkəzində “Azərbaycan Əczaçı İstehsalçılar Assosiasiyası” İctimai Birliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı II Beynəlxalq Konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda dövlət qurumlarının nümayəndələri, xarici ekspertlər və yerli əczaçılıq sənayesi istehsalçıları bir araya gələrək Azərbaycanın əczaçılıq sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri, yerli istehsalın gücləndirilməsi istiqamətləri, eləcə də qabaqcıl beynəlxalq təcrübənin tətbiqi imkanları ətrafında geniş çıxışlar edib və müzakirələr aparıblar.

Konfransın açılışında çıxış edən səhiyyə naziri Teymur Musayev əczaçılıq sənayesinin keçdiyi inkişaf yoluna toxunaraq bildirib: “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda əczaçılıq sahəsinin institusional əsasları formalaşdırılıb, ilk istehsal müəssisələri yaradılıb”.

Nazir vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə olduğu kimi, səhiyyə və əczaçılıq sektorunda da mühüm nailiyyətlər əldə olunur.

Teymur Musayev qeyd edib ki, yerli əczaçılıq sənayesinin inkişafı istiqamətində həyata keçirilən islahatlar, sənaye parklarının yaradılması, xarici investisiyaların cəlb olunması və regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müasir istehsal müəssisələrinin qurulması bu sahənin dayanıqlı inkişafını təmin edir. Nazir çıxışında rəqəmsallaşmanın əhəmiyyətini də xüsusi qeyd edib: “Elektron resept sistemi, dərman vasitələrinin Təqib və İzləmə Sistemi kimi rəqəmsal həllər şəffaflığın artırılmasına, nəzarət mexanizmlərinin gücləndirilməsinə və idarəetmənin daha effektiv təşkilinə xidmət edir”.

Daha sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək, ölkədə əczaçılıq sənayesinin dayanıqlı inkişafı üçün yerli istehsalın gücləndirilməsi, əhalinin təhlükəsiz və effektiv dərman vasitələri ilə təminatı, bu sahədə dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, beynəlxalq təcrübənin mənimsənilməsi və keyfiyyət standartlarının yüksəldilməsinin vacibliyini qeyd ediblər.

Tədbirdə “Əczaçılıq sənayesinin gələcəyində rəqəmsallaşma və süni intellektin rolu” panel müzakirəsi xüsusi diqqət mərkəzində saxlanılıb.

Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov panel sessiyasında çıxış edərək bildirib ki, səhiyyə sahəsinin rəqəmsallaşdırılması Səhiyyə Nazirliyinin fəaliyyətində əsas prioritet istiqamətlərdən birini təşkil edir: “Səhiyyə sektorunun rəqəmsal transformasiya strategiyası çərçivəsində nazirlik tərəfindən Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) yaradılıb və uğurla tətbiq olunur”.

Rüfət Hacıəlibəyov, həmçinin vurğulayıb ki, əczaçılıq sektorunun rəqəmsallaşdırılmasına 2023-cü ildən başlanılıb:“Tətbiq edilən bu sistemlərin əsas məqsədi dərman dövriyyəsinə nəzarətin gücləndirilməsi, saxta məhsullarla mübarizə, əczaçılıq bazarında şəffaflığın artırılması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir”.

Panel sessiyasında edilən çıxışlarda, həmçinin qeyd edilib ki, müasir texnologiyaların tətbiqi istehsalın səmərəliliyinin artırılması, keyfiyyətə nəzarətin gücləndirilməsi və rəqabətqabiliyyətli sənaye modelinin formalaşdırılmasına xidmət edir.

Tədbir çərçivəsində təqdim olunan inkişaf modeli əczaçılıq sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib. Qeyd edilib ki, bu model çərçivəsində cari ildən etibarən yerli istehsalın genişləndirilməsi planlaşdırılır və növbəti illərdə müxtəlif dərman preparatlarının istehlakçılara təqdim olunması gözlənilir.

Konfransın əsas məqsədi yalnız mövcud çağırışların müzakirəsi deyil, eyni zamanda, ixtisaslaşmış bilik və təcrübə, innovativ yanaşmalar, aktual məsələlər və suallar ətrafında fikir mübadiləsi aparmaq, yerli əczaçılıq sənayesinin inkişafına töhfə vermək olub. Bu yanaşma yerli istehsalçılar arasında əməkdaşlıq əlaqələrinin daha dinamik inkişafına və sənaye daxilində sinerjinin güclənməsinə xidmət edir.

Konfransın əsas istiqamətlərindən biri yerli istehsal prosesində uğur qazanmış ölkələrin təcrübəsinin öyrənilməsi olub. Bu məqsədlə Türkiyə Dərman və Tibb Cihazları Qurumu, Özbəkistanın Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi, Qazaxıstanın Səhiyyə Nazirliyinin İnvestisiya Layihələri İdarəsi və Macarıstanın Semmelweis Universitetinin Sağlamlıq Xidmətlərinin İdarəedilməsi Təlim Mərkəzinin rəhbər nümayəndələri çıxış edərək təcrübələrini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnsan təbiətə qarşı müharibə apararsa, dayanıqlı şəhərlərdən danışmaq mümkün olmaz - panel iclas  

21:39
17 May

Serbiya Prezidenti: WUF13 Prezident İlham Əliyevin ideya və həll yollarını dinləmək üçün yaxşı imkandır 

21:12
17 May

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

20:49
17 May

Aleksandar Vuçiç: Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır  

20:48
17 May

İnsan olmadan şəhər olmaz: WUF13-də icma və QHT-lərin səsi

20:47
17 May

Slovakiyalı nazir: Şəhərlərin keyfiyyətli su ilə təmin olunmasına dair təcrübəmizi bölüşməyi prioritet müəyyən etmişik 

20:46
17 May

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana səfərə gəlib

20:45
17 May

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

20:44
17 May

Birləşmiş Ərəb Əmirlikləri PUA hücumlarına məruz qalıb

20:43
17 May

WUF13 çərçivəsində İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası olub - YENİLƏNİB

20:43
17 May

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün yekun seqmenti keçirilib  

20:40
17 May

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

19:07
17 May

Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyası təşkil olunacaq

19:06
17 May

WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib - YENİLƏNİB  

19:04
17 May

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb YENİLƏNİB

19:02
17 May

Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik 

18:48
17 May

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib

18:29
17 May

Serbiya Prezidenti: Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır

18:13
17 May

"Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil" mövzusunda panel iclas keçirilir  

18:09
17 May

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib YENİLƏNİB 

18:01
17 May

Aleksandar Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir

17:58
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!