06 May 2026 14:12
291
CƏMİYYƏT
A- A+
Azərbaycan Düşənbə konfransında su ehtiyatlarının idarə olunması təcrübəsini bölüşəcək  

Azərbaycan Düşənbə konfransında su ehtiyatlarının idarə olunması təcrübəsini bölüşəcək  


Azərbaycan su ehtiyatlarının idarə olunması sistemində köklü islahatlar apararaq vahid institusional yanaşmaya və infrastrukturun genişmiqyaslı yenilənməsinə keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə Düşənbədə keçiriləcək “Davamlı inkişaf üçün su” Yüksək Səviyyəli Beynəlxalq Konfransına həsr olunmuş brifinqdə bildirib.

R. Axundzadə qeyd edib ki, 2020-ci ildə Azərbaycan su risklərinə ən çox həssas olan iyirmi ölkə arasında olub. Lakin son illərdə vəziyyət xeyli dəyişib. Ölkənin ərazi bütövlüyünün bərpası bu sahədə əsas amilə çevrilib.

O əlavə edib: “2020-ci ilin sonunda Azərbaycan daxili su ehtiyatlarının təxminən 25 faizinin yaradıldığı Qarabağ və Şərqi Zəngəzurun su yollarına çıxışı bərpa edib. Bu müddət ərzində Zabuxçay, Köndələnçay, Suqovuşan (hamısı su anbarlarıdır – red.) və Tərtərçay kanalı kimi layihələr uğurla başa çatdırılıb. Hazırda Yengicə və Əlicançay su anbarlarının tikintisi, eləcə də əsas kanalların yenidən qurulması işləri davam etdirilir”.

Su problemlərinin həllində institusional islahatlar mühüm addım olub. Əvvəllər idarəetmə üç qurum – “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” ASC və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsi arasında bölünmüşdüsə, 2023-cü ildə Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması bütün təşkilatların vahid bir strukturda birləşdirilməsinə imkan verib.

Şöbə müdirinin sözlərinə görə, Su Ehtiyatları üzrə Dövlət Komissiyasının və vahid agentliyin yaradılması artıq öz nəticəsini verib: Azərbaycan quraqlıq riski olduqca yüksək olan ölkələr siyahısından çıxarılıb.


Qlobal iqlim dəyişikliyinə və artan su tələbatına cavab olaraq, ölkə dövlət başçısı tərəfindən təsdiq edilmiş uzunmüddətli proqramlar - “2040-cı ilə qədər Su Strategiyası” və 2026-2035-ci illər üçün Bakı və Abşeron yarımadasında su təchizatının, yağış sularının və tullantı sularının təmizlənməsi sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı həyata keçirilir.


Bu sənədlər müasir texnologiyaların tətbiqini, şəbəkə itkilərinin azaldılmasını və su ekosistemlərinin qorunmasını hədəfləyir.


Tacikistan paytaxtında keçiriləcək konfransda iştirakla bağlı Riad Axundzadə vurğulayıb ki, Azərbaycan agentliyin rəhbərliyi tərəfindən yüksək səviyyədə təmsil olunacaq.


“Su sərhəd tanımır və onun effektiv idarə olunması beynəlxalq əməkdaşlıq olmadan mümkün deyil. Biz Düşənbəyə təkcə azad edilmiş torpaqlarda islahatlar və resursların bərpası təcrübəmizi bölüşmək üçün deyil, həm də ən yaxşı beynəlxalq təcrübələri öyrənmək üçün gedirik”, - deyə o sözlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hantavirus düşünüldüyü qədər qorxuludurmu?

09:05
15 May

Sivil cəmiyyətin məhək daşı

09:00
15 May

Şərqi Zəngəzurun "yaşıl enerji" ilə təminatında daha bir addım

08:55
15 May

Üç tərəfdaş, bir layihə

08:50
15 May

Kürdə gursululuq nə qədər davam edəcək?

08:45
15 May

Süni intellekt erası: Azərbaycan üçün yeni inkişaf mərhələsi

08:40
15 May

Regionda yeni təhlükəsizlik arxitekturasını Azərbaycan formalaşdırır

08:35
15 May

Konstitusiya dövlətin siyasi, iqtisadi və sosial inkişafı üçün hüquqi baza yaradır

08:30
15 May

İnkişaf ritmi və estetika

08:25
15 May

Ölkəmizin diktə etdiyi geosiyasi reallıqlar

08:20
15 May

Cənubi Qafqazda geosiyasi maraqlar, ikili standartlar, Azərbaycanın strateji xətti

08:15
15 May

Azərbaycanın başlatdığı sülh prosesi

08:10
15 May

Nayrobidən başlanan yol

08:07
15 May

Qlobal şəhərçilik dialoqunun 13-cü ünvanı

08:05
15 May

Azərbaycanın yüksək qlobal nüfuzunun növbəti təcəssümü 

08:00
15 May

Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında

02:06
15 May

B.A.Babayevin 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:03
15 May

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında

02:00
15 May

Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun və Tətbiqi Elmlər İnstitutunun yaradılması haqqında  

01:57
15 May

“Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

01:51
15 May

"TEMİRLİ QRUP" ASC-nin səhmdarlarının nəzərinə!

01:42
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!