Azərbaycan dünyanın bütün ölkələri ilə uğurlu əməkdaşlıq qurmağın tərəfdarıdır
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə dekabrın 29-da ölkəmizdə səfərdə olan Seynt-Vinsent və Qrenadin adalarının Baş naziri Ralf Qonzalves ilə görüşmüşdür.
Azərbaycanın Baş naziri Ralf Qonzalvesin səfərinin ölkələrimizin əlaqələrinin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə etdi. Artur Rasizadə bildirdi ki, Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün ölkələrlə uğurlu əməkdaşlıq qurmağın tərəfdarıdır. O, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməsində Azərbaycana verdiyi dəstəyə görə Seynt-Vinsent və Qrenadin adalarının Baş nazirinə təşəkkürünü bildirdi. Qeyd edildi ki, mövcud iqtisadi əlaqələri genişləndirmək üçün Azərbaycanın nümayəndə heyətinin gələn ilin fevralında Qrenadinə səfəri planlaşdırılmışdır.
Azərbaycanın Baş naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa məlumat verdi. O bildirdi ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğal olunub, 1 milyondan çox azərbaycanlı doğma el-obasından didərgin düşüb. Azərbaycan tərəfi münaqişənin ölkənin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır.
Baş nazir Ralf Qonsalveş ölkəsinin Azərbaycan ilə iqtisadi sahədə əlaqələrin inkişafında maraqlı, investisiyalara açıq olduğunu diqqətə çatdırdı.
Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən Seynt-Vinsent və Qrenadin adalarının Baş naziri bu məsələ barədə öz ölkəsində, həmçinin BMT çərçivəsində məlumat verəcəyini qeyd etdi.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan müxtəlif mədəniyyətlərin inkişafına töhfə verir
05 May
Qərb Gürcüstanı Ukraynaya çevirmək niyyətindədir
05 May
Qlobal əməkdaşlığın Bakı platforması
05 May
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!