08 Avqust 2025 08:05
1994
SİYASƏT
A- A+
Azərbaycan-ABŞ əlaqələrində yeni səhifə 

Azərbaycan-ABŞ əlaqələrində yeni səhifə 


Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Amerikaya səfəri iki ölkə münasibətlərində yeni bir səhifənin başlanğıcıdır. Donald Tramp sülhsevər və ədalətli dövlət rəhbəridir. Onun prezidentliyinin birinci dövründə də ABŞ yeni müharibələrin alovlanmasına dəstək verməyib. Əksinə, dünyada müharibələrin olmamasını üstün tutub. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi dövründə Tramp hakimiyyətdə olduğuna görə, ABŞ məsələyə ədalət prizmasından yanaşaraq müdaxilə etməmişdi. Amma Bayden prezident seçiləndən sonra ABŞ-nin Azərbaycana münasibəti tamamilə dəyişmişdi. Belə ki, Bayden Administrasiyası erməni lobbisinin təsiri altına düşərək, Azərbaycana qarşı açıq şəkildə qərəz nümayiş etdirməyə başlamışdı. 

Milli Məclisin deputatı Azər Badamov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Bayden Administrasiyasının Azərbaycana qarşı qurduğu ssenariyə uyğun olaraq Konqres və Senatda ölkəmiz əleyhinə qətnamələr qəbul olunub. Ölkəmizin ünvanına ədalətsizcəsinə saxta ittihamlar səsləndirilib. Hətta ABŞ, Avropa İttifaqı və Ermənistan arasında üçtərəfli görüş keçirilərək Ermənistanın silahlandırılmasına maliyyə dəstəyi göstərilməsi qərara alınıb. "Baydenin prezidentliyinin son günündə Dövlət katibi Entoni Blinken ABŞ-Ermənistan arasında əməkdaşlığa dair bir sənəd də imzalayaraq Azərbaycana qarşı hiddətini hakimiyyətinin son anında da nümayiş etdirdi. Amma Donald Trampın yenidən prezident seçilməsi erməni lobbisinin planlarının üstündən xətt çəkdi. Bayden müstəqil rəhbər deyildi, o, idarə olunurdu. Donald Tramp isə müstəqil siyasət yürüdür və kənar qüvvələrin təsiri altına düşmür. O, adını tarixə ABŞ-nin uğurlu prezidenti və sülhsevər lider kimi yazdırmağa çalışır", - deyə Azər Badamov bildirib. 

 Deputat qeyd edib ki, Prezident İlham Əliyev Donald Trampın yenidən hakimiyyətə gəlməsinə hələ seçki kampaniyası dövründən başlayaraq obyektiv münasibət sərgiləyərək onun prezident seçilməsinin  həm ABŞ xalqına, həm də beynəlxalq münasibətlər sisteminə böyük töhfə verəcəyini bildirmişdi. Halbuki seçki kampaniyası dövründə avropalı liderlər Trampın yenidən seçilməsinə çox ədalətsiz yanaşır, bəziləri isə hətta onun seçilməsini özünə dərd edirdi.  Prezident  İlham Əliyev seçki başa çatan kimi qələbə münasibətilə Trampı həm məktubla, həm də telefon zəngi ilə təbrik edərək, ona uğurlar arzulamışdı. 

A.Badamov vurğulayıb ki, Tramp prezident seçiləndən sonra Azərbaycanla ABŞ arasında qarşılıqlı təbriklər, zənglər intensivləşməyə başlayıb və bütün təmaslarda ölkələrarası əməkdaşlığın genişləndirilməsindən danışılıb: "Prezident İlham Əliyevin III Qlobal Şuşa Forumunun açılışında səsləndirdiyi fikirləri Donald Tramp "Truth" sosial şəbəkəsində paylaşdı. Bu, ABŞ tarixində ölkə liderinin digər dövlət başçısının fikirlərini səhifəsində dərc etməsinin ilki idi. Prezident İlham Əliyev də "X" səhifəsində paylaşıma münasibət bildirərək təşəkkür etdi. Ölkəmizin rəhbəri media forumunda Azərbaycan-ABŞ münasibətlərindən də danışmışdı: "ABŞ Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq". Təbii ki, bütün bunlar ikitərəfli münasibətlərin inkişaf dinamikasının göstəricisi idi", - deyə deputat əlavə edib.   

 Siyasətçi qeyd edib ki, Azərbaycanla ABŞ arasında iqtisadi münasibətlərin inkişaf dinamikası da müsbətdir. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 570 milyon dollar olduğu halda, 2024-cü ildə bu rəqəm 1,8 milyard dollara çatıb. 2025-ci ilin sonunda  isə ticarət dövriyyəsində daha böyük artım olacağı gözlənilir. 

Deputat bildirib ki, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqaza münasibəti sülhsevər prizmasındandır: "Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-yə dəvət olunmaları, onlarla Ağ Evdə ikitərəfli və üçtərəfli görüşlərin keçirilməsinin nəzərdə tutulması  regionumuza sülh və əməkdaşlığın gəlişi baxımından çox əhəmiyyətli olacaq.  

A.Badamov deyib ki, Donald Trampla Prezident Əliyevin ikitərəfli görüşündə Azərbaycan-ABŞ münasibətlərinin inkişaf etdirilməsi ilk yerdə olacaq. Çünki Azərbaycan Amerikanın Cənubi Qafqazda ən böyük iqtisadi imkanlarına malik strateji tərəfdaşıdır.  Tramp ABŞ rəhbərliyində olduğu dövrdə Azərbaycanın beynəlxalq enerji layihələrini dəstəkləyib. O, Zəngəzur dəhlizi məsələsinə də çox müsbət yanaşır və bu dəhlizdə hərəkətin təhlükəsizliyinə töhfə vermək istəyir. "Görüşdə Azərbaycan-Ermənistan arasında sülh sazişinin bağlanması ilə bağlı məsələlər də müzakirə olunacaq. Eyni zamanda sülh müqaviləsinin bağlanmasına sadiqliyin nümayişi üçün razılaşdırılmış müqavilənin paraflanması və ya memorandum imzalana bilər.  Hər  halda Prezident Tramp bu təşəbbüsü əlinə alıbsa, Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın əldə olunması üçün çox ciddi addımların atılacağını hesab edirəm". 

Deputat sonda qeyd edib ki, ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallığı dəstəkləyir. Bu baxımdan dövlətimizin başçısının ABŞ-yə səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün təməlinin möhkəmlənməsi baxımından əhəmiyyətli olacaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Olimpiya Stadionunda WUF13 Media Mərkəzi fəaliyyət göstərəcək 

16:21
01 May

Gömrük Məcəlləsində rəqəmsallaşma və islahatlar genişlənir  

14:01
01 May

Bir vəkilə töhmət verilib, birinə xəbərdarlıq edilib, ikisi barəsində isə cərimə tədbiri tətbiq olunub

13:44
01 May

Akashdeep Singh: Gənclərin səsi postkolonial gələcəyin formalaşmasında həlledici rol oynayır  

13:41
01 May

Əlcəzairli tələbə: Kolonizasiya sadəcə ərazilərin işğalı deyil, o, daha travmatik bir prosesdir

13:39
01 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

13:39
01 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçiriləcək  

13:36
01 May

Parlament əməkhaqqında gender bərabərliyi dəyişikliklərini təsdiqləyib

13:33
01 May

Milli Məclis məcburi icra üzrə məlumat mübadiləsi sazişini təsdiqləyib

13:31
01 May

Çad nümayəndəsi: Qarşımızda çoxsaylı çağırışlar var

13:23
01 May

Ruandalı ekspert: Gənclərə real qərarvermə imkanı verilmədən postkolonial transformasiya mümkün deyil  

13:20
01 May

"Ka-Ubuntu" hərəkatının sədri: Müstəqillik Reyunyon xalqı üçün ləyaqət məsələsidir  

13:17
01 May

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib  

13:14
01 May

Azərbaycan Milli QHT Forumu fəaliyyətinə və planlarına dair ictimai hesabatla çıxış edib  

13:10
01 May

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında olublar

13:09
01 May

“Yüksəliş” müsabiqəsi: hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli  

13:03
01 May

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub YENİLƏNİB 

12:57
01 May

Azərbaycanın BTC vasitəsilə dünya bazarına göndərdiyi neftin həcmi 625 milyon tonu ötüb  

12:53
01 May

Sabaha olan hava proqnozu açıqlanıb

12:43
01 May

Azərbaycan parlamenti mülki və ailə hüququ üzrə beynəlxalq protokolları təsdiqləyib

12:40
01 May

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

12:38
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!