“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı 2020-ci ilin birinci yarımilliyi üzrə fəaliyyətini uğurla başa vurmuşdur
"Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ("Aqrarkredit” QSC) cari ilin birinci yarımilliyində Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin ölkədə müəyyənləşdirdiyi iqtisadi siyasətə uyğun olaraq kənd təsərrüfatının inkişafına yardım göstərmək məqsədilə kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə respublikanın bütün ərazisini əhatə edən 12 regional filialı vasitəsilə kredit xidməti göstərərək kənd təsərrüfatı və emal sahələrinin maliyyələşdirilməsində aktiv rol oynamışdır.
"Aqrarkredit” QSC tərəfindən ölkənin 64 şəhər və rayonunun 1500 yaşayış məntəqəsində (kənd və qəsəbə) hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına kredit xidməti göstərilmişdir.
"Aqrarkredit” QSC tərəfindən 2020-ci ilin birinci yarımilliyində öz vəsaitləri, eləcə də "Sahibkarlığın İnkişafı Fondu”, "Aqrar Kredit və İnkişaf Agentliyi” vəsaitləri hesabına 482 sahibkarlıq subyektinə 12.1 milyon manat məbləğində kredit verilmişdir. "Aqrarkredit” QSC-nin 30 iyun 2020-ci il tarixinə kredit portfeli 5765 sahibkarlıq subyekti üzrə 87.2 milyon manat təşkil etmişdir.
Ümumilikdə 2004-cü ildən indiyədək "Aqrarkredit” QSC tərəfindən 33 mindən çox hüquqi və fiziki şəxsə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına 350,0 mln. manatdan artıq kredit verilmişdir ki, bu da təxminən 25 min yeni iş yerinin açılması, eyni zamanda kənd təsərrüfatında çalışan insanların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması deməkdir.
"Aqrarkredit” QSC 2020-ci ilin birinci yarımilliyi üzrə fəaliyyətini mənfəətlə başa vurmuşdur. 30 iyun 2020-ci il tarixinə Kredit Təşkilatının aktivləri 12423.9 milyon manat, öhdəlikləri 12393.2 milyon manat, məcmu kapitalı 30.7 milyon manat, Nizamnamə kapitalı 22.7 milyon manat təşkil etmişdir.
"Aqrarkredit” QSC-nin məqsədlərindən biri də ixracyönümlü kənd təsərrüfatı məhsul istehsalçılarının maliyyə və kredit vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsinə dəstək olmaq və ölkəmizin ixrac potensialının genişləndirilməsinə, ölkəyə xarici valyuta gətirməklə valyuta ehtiyatının artırılmasına töhfə verməkdir.
Ölkənin kənd təsərrüfatına xidmət edən ən böyük bank olmayan kredit təşkilatı olan "Aqrarkredit” QSC öz strateji məqsədlərinə uyğun olaraq beynəlxalq maliyyə qurumları, xarici ölkələrin maliyyə təşkilatları və onların Azərbaycan Respublikasındakı nümayəndələri ilə əməkdaşlığa da xüsusi əhəmiyyət verir.
Azərbaycan Respubkilasının Prezidenti cənab İlham Əliyevlə Asiya İnkişaf Bankının prezidenti cənab Masatsuqu Asakava və həmin bankın digər rəhbər nümayəndələri arasında 1 iyun 2020-ci il tarixdə keçirilmiş videokonfransda müzakirə edilmiş kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məsələlərinin məntiqi davamı kimi, eyni zamanda "Aqrarkredit” QSC-nin beynəlxalq təcrübəsinin davam etdirilməsi məqsədilə 2020-ci il iyun ayının 24-də "Aqrarkredit” QSC-nin rəhbərliyi ilə Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbərliyi arasında videokonfrans keçirilmişdir. Konfransda regionlarda mikro, kiçik, orta biznesin inkişafına daha yüksək səviyyədə kredit xidməti göstərmək üçün "Aqrarkredit” QSC ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın qurulması, gələcək perspektivdə bir sıra kənd təsərrüfatı layihələrinin birgə icrasına başlamaq əsas prioritet kimi vurğulanmışdır.
"Aqrarkredit” QSC-nin kollektivi qarşısına qoyulmuş hədəfləri ölkənin bütün kənd və qəsəbələrinin hüquqi və fiziki şəxslərinin, borclular qruplarının, ailə kəndli təsərrüfatlarının kredit əlçatanlığına nail olmaqla strateji missiyasını həyata keçirmək məqsədilə bundan sonra da borc istəyənlərə nümunəvi kredit xidməti göstərməyə çalışmaq olacaqdır.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!