23 İyun 2026 08:45
437
İQTİSADİYYAT
A- A+
Aqrar Təlim Mərkəzi Xocalı və Ağdərədə növbəti təlim proqramlarına başlayıb

Aqrar Təlim Mərkəzi Xocalı və Ağdərədə növbəti təlim proqramlarına başlayıb


İşğaldan azad edilmiş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların yerli sakinlərə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin effektivliyinin artırılması məqsədilə növbəti təlim proqramlarına start verilib. Təlimlər Xocalı rayonunun Təzəbinə və Xanabad kəndlərində, eləcə də Ağdərə rayonunun Suqovuşan qəsəbəsində təşkil olunub.

Təlimlərin əsas məqsədi fermerlərin bilik və bacarıqlarının artırılması, müasir kənd təsərrüfatı yanaşmalarının təşviqi, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, eləcə də kənd təsərrüfatı sahəsində rəqabətqabiliyyətli və dayanıqlı təsərrüfatların formalaşdırılmasına dəstək verməkdir. Eyni zamanda fermerlərin rəqəmsal xidmətlərdən istifadə bacarıqlarının inkişaf etdirilməsi, dövlət dəstəyi mexanizmlərindən daha səmərəli yararlanmasının təmin olunması və müasir aqrar texnologiyaların tətbiqi üzrə biliklərinin artırılması da təlimlərin əsas hədəfləri sırasında yer alır.

Proqram çərçivəsində iştirakçılara meyvəçilik və tərəvəzçilik sahələrində müasir becərmə üsulları, səmərəli təsərrüfatçılığın təşkili, müasir suvarma sistemlərinin tətbiqi, kənd təsərrüfatı texnikalarından düzgün və təhlükəsiz istifadə qaydaları, eləcə də iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsiri barədə ətraflı məlumat verilib. Eyni zamanda fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən əkinlərin bəyan edilməsi qaydaları izah olunub, dövlət dəstəyi mexanizmləri və bu imkanlardan istifadə prosedurları barədə təqdimatlar keçirilib. İnteraktiv formatda təşkil olunan təlimlərdə sakinləri maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və tövsiyələr verilib.

Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən bu günədək işğaldan azad edilmiş ərazilərdə - Zəngilan rayonunun Ağalı və Məmmədbəyli, Xocalı rayonunun Ballıca və Xanyurdu, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Ağdərə rayonunun Həsənriz kəndi, eləcə də Laçın rayonunun Zabux kəndində yaşayan sakinlər üçün 194 təlim keçirilib. Bu təlimlərdə ümumilikdə 655 nəfər iştirak etmiş, onlardan 566 nəfəri proqramları uğurla başa vuraraq sertifikat əldə etmişdir.


Lazım QULİYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan dövlətinin tarixində şanlı gün - 3 oktyabr 1993  

10:03
03 Oktyabr

Bilmək istəyirəm

09:25
03 Oktyabr

Misir və Efiopiya arasında gərginlik güclənir

09:15
03 Oktyabr

Müəllimlər dövlət qayğısı ilə əhatə olunur

09:05
03 Oktyabr

Mülki əhaliyə zərbə endirmək düşmənin rəzil və gücsüzlüyünü göstərirdi

08:55
03 Oktyabr

Tibb elmi və səhiyyəsinin unudulmaz siması

08:45
03 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
03 Oktyabr

"ADEX 2026" sərgisi müdafiə sənayesi məhsullarının daha bir nümayişinə çevrildi

08:35
03 Oktyabr

"Taleyimiz öz əlimizdədir"

08:30
03 Oktyabr

Suqovuşanın azad edilməsi Zəfər yürüşünün strateji uğuru oldu

08:25
03 Oktyabr

Zəfərin ilk azad şəhəri - CƏBRAYIL

08:20
03 Oktyabr

Heydər Əliyev - Xalq birliyinin qələbəsi

08:15
03 Oktyabr

Naxçıvandan türk dünyasına uzanan böyük yol

08:10
03 Oktyabr

Uzaqgörən siyasətdəntarixi Zəfərə uzanan yol

08:05
03 Oktyabr

Qüdrətli Azərbaycan dövlətinin memarı

08:00
03 Oktyabr

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:19
03 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

01:18
03 Oktyabr

M.C.Mərdanovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

01:17
03 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:16
03 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:15
03 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

01:11
03 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!