08 Oktyabr 2026 10:20
211
İQTİSADİYYAT
A- A+
Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir


Türkiyənin Antalya şəhərində 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) davam edir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq ictimaiyyət tərəfindən böyük maraq görən konqresdə dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndə heyətlərinin iştirakı ilə fərqli mövzularda panel iclaslar, kosmonavtlarla görüşlər, sessiyalar və bir sıra bu kimi tədbir keçirilir.

Konqres çərçivəsində Türkiyənin kosmik baxışı və Ay missiyasının müzakirə olunduğu xüsusi sessiya təşkil edilib. "Dövrlər arasında körpü qurmaq: İpək yolu astronomiyasından Ayın kəşfinə" mövzusunda sessiyada Türkiyənin 2027-ci il Ay Tədqiqat Proqramı, milli peyklər, kosmodrom layihələri və kommersiya məqsədli insanlı kosmik missiyalar barədə məlumat verilib.

Mərasimdə çıxış edən Türkiyənin Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç bildirib ki, 2027-ci ildə Aya göndərilməsi planlaşdırılan kosmik aparat Ay səthində Günəş küləyi, suyun yaranması, maqnit sahələri və termal quruluşla bağlı araşdırmalar aparacaq.

"TÜBİTAK Kosmos"un rəhbəri Mehmet Nefes isə ölkəsinin Ay kosmik aparatının 80 faizdən çox yerli istehsal payına malik olacağını və 6 elmi yük daşıyacağını açıqlayıb.

ASELSAN-ın baş direktoru Ahmet Akyol isə aşağı Yer orbitində fəaliyyət göstərəcək 198 peykdən ibarət "ASTRALINK (GÖKBAÜI)" layihəsinin başladığını bildirərək ilk peykin iki il ərzində orbitə çıxarılmasının planlaşdırıldığını deyib.

Konqresdə həmçinin Türkiyənin Somalidə inşa etdiyi kosmodrom, kommersiya kosmik stansiyaları və özəl sektorun kosmik sahədə artan rolu müzakirə edilib.

Oktyabrın 7-də keçiriləcək tədbirlər çərçivəsində "Azərkosmos" ilə Beynəlxalq Kosmik Hüquq İnstitutu (International Institute of Space Law - IISL) arasında kosmik hüquq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanacaq.

Ölkəmiz konqresdə böyük nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan 77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təqdim olunan elmi məqalələrin sayına görə 108 ölkə arasında ikinci yeri tutub. Ölkəmiz 814 elmi məqalə ilə dünyada ikinci yerdə qərarlaşıb.

IAC 2026 oktyabrın 9-da keçiriləcək "Xalq Günü" ilə ictimaiyyətə açılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin azərbaycanlı astronavtı: "Bir millət, iki dövlət" şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

10:25
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK  

10:24
08 Oktyabr

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi  

10:24
08 Oktyabr

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

10:20
08 Oktyabr

Sevimli aktyor, rejissor və pedaqoq

10:15
08 Oktyabr

Opera səhnəsinin unudulmaz sənətkarı

10:10
08 Oktyabr

Azərbaycan kinosunun ikiseriyalı monumental epopeyası - "Dədə Qorqud"

10:05
08 Oktyabr

Neftdən dərmana - Azərbaycanın yeni sənaye hekayəsi

10:00
08 Oktyabr

Azərbaycanın ən böyük investoru - Birləşmiş Krallıq 

09:50
08 Oktyabr

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

09:40
08 Oktyabr

Naxçıvanın gələcəyinə strateji baxış: böyük hədəflər, yeni imkanlar 

09:40
08 Oktyabr

Şəhid mayor Elsevər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib 

09:30
08 Oktyabr

Vətən Müharibəsi Qəhrəmanı minnətdarlıqla yad edilib

09:20
08 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
08 Oktyabr

Yekun və dayanıqlı sülhün şərtləri bəllidir

09:00
08 Oktyabr

Kapital qoyuluşunda istehsal sahələrinin inkişafına önəm verilir

08:50
08 Oktyabr

Müasir dövrün milli təhlükəsizlik və ideoloji doktrinası

08:40
08 Oktyabr

Dastan OSPANOV: "Orta dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir"

08:30
08 Oktyabr

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

08:20
08 Oktyabr

Azərbaycanın təhlükəsizlik prioritetləri

08:10
08 Oktyabr

Azərbaycan bütün qütblərlə təmasda olan nadir ölkədir

08:00
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!