Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub
Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi, akademik Asəf Hacıyev ilə görüşüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə Asəf Hacıyev təşkilat haqqında ətraflı məlumat verib, müxtəlif sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verildiyini vurğulayıb. Baş katib Qara Dəniz regionunda uzunmüddətli və sıx əməkdaşlığın təşviq edilməsi, eləcə də bir sıra müvafiq istiqamətlər üzrə iqtisadi aktivliyin artırılmasının təşkilatın prioritetlərindən olduğunu diqqətə çatdırıb.
Ali Məclisin sədr müavini Anar İbrahimov bu il muxtariyyətin 100 illiyinin qeyd edildiyini, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Devid Bednar: Azərbaycan multikultural və tolerant ölkə kimi nümunə göstərir
01 May
Efendus Henderson: Mədəniyyətlərarası Dialoq Forumu unikal platformadır
01 May
Soltan Məmmədov: Azərbaycan bəşəriyyətin ümumi sərvəti hesab olunan dəyərlərin mühafizəsində fəal iş...
01 May
Şeyxülislam: Azərbaycanın qlobal ideyaları bütün bəşəriyyətin mənafeyinə xidmət edir
01 May
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
01 May
“Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” adlı panel sessiyası keçirilib...
01 May
Hərbi attaşelər DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbini ziyarət ediblər
01 May
Baş nazir Əli Əsədov Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb...
01 May
Aprel ayında dövlət sərhədini pozduğuna görə 26 nəfər saxlanılıb
01 May
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
01 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!