01 İyun 2024 09:00
367
CƏMİYYƏT
A- A+
Ağsaqqal öyüdünə həmişə ehtiyac var

Ağsaqqal öyüdünə həmişə ehtiyac var

 

Nefçala Rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov, respublika Ağsaqqalar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, ağsaqqallar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər ölkəmizdə, xüsusilə işğaldan azad olunan torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq işlərindən bəhs edərək rayon ağsaqqallarının əhali ilə, o cümlədən gənclərlə maarifləndirici söhbətlər apardıqlarını, onların zərərli vərdişlərə aludəçiliyinin və digər neqativ halların qarşısının alınmasında yaxından iştirak etdiklərini vurğulayıblar. Akademik Abel Məhərrəmov çıxışında gənclərlə aparılan işlərin daha da artırılmasından danışaraq vurğulayıb ki, ağsaqqallar ölkəmizin ictimai-siyasi həyatında daha da yaxından iştirak etməli, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə sədaqət ruhunda tərbiyələnməsi üçün əllərindən gələn köməyi göstərməlidirlər. Natiq həmçinin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərindən, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlardan danışıb.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov isə çıxışında bildirib ki, rayonda daim ağsaqqallarla görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir: "Rayonun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayırlar. Ulu Öndər Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərib, onları "milli-mənəvi dəyərlərimizin qızıl fondu" adlandırıb. Bu qayğı və diqqət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolu əvəzsizdir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi və bu şanlı qələbədə Neftçalanın vətənpərvər gənclərinin də böyük payı oldu".
 
Seyran CAVADOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna mayın 6-nı atəşkəs elan edib

23:39
04 May

Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib 

23:38
04 May

Rusiya atəşkəs elan edib

23:36
04 May

Tramp: İran Hörmüz boğazından keçən ABŞ gəmilərinə hücum edərsə, yer üzündən silinəcək

23:35
04 May

Qəbələdə keçirilən WUF13 Festivalında minlərlə sakin iştirak edib 

23:23
04 May

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb

22:37
04 May

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 2 

22:05
04 May

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib 

21:53
04 May

Premyer Liqa: "Qarabağ" qalib gəlib

21:49
04 May

“Spotify”da yeni dövr: Süni intellektə mükafat verilməyəcək  

21:36
04 May

Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb  

21:29
04 May

Tərk edilmiş “SpaceX” raketi Aya düşəcək

21:13
04 May

Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar ASAN xidmət

21:03
04 May

İran ABŞ ilə yalnız münaqişəyə son qoyulmasını müzakirə etdiyini bildirib

20:57
04 May

Bank Azərbaycanın iştirakı ilə “yaşıl artım” layihəsini təsdiqləyib

20:53
04 May

Dünya mətbuatı Azərbaycan Prezidentinin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışından yazır 

20:52
04 May

Aİ-nin 20 milyardlıq süni intellekt planı tənqid hədəfində

20:51
04 May

Malidə hərbi hökumətin nəzarəti zəifləyə bilər

20:46
04 May

Avropada işıq pulu bahalaşa bilər

20:37
04 May

Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək  

20:31
04 May

Avstraliya ilə Yaponiya enerji sahəsində əməkdaşlığı gücləndirir

20:29
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!