06 May 2025 11:16
2717
Səhiyyə
A- A+
Agentlik: Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə ötən il 5643 prosedur icra olunub  

Agentlik: Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə ötən il 5643 prosedur icra olunub  


2024-cü ildə icbari tibbi sığorta hesabına plevra boşluqdan (ağciyər və döş qəfəsi divarının daxili səthi arasındakı nahiyə) artıq mayenin xaric edilməsi məqsədilə 5643 prosedur icra olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, plevra boşluqda yığılan mayenin diaqnostik və laborator müayinələri, drenajı, tibbi sərf (kateter) və anesteziya xidməti icbari tibbi sığorta təminatına daxildir.

Plevra boşluqda normada olan maye (10-20 ml) tənəffüs prosesində ağciyərlər və döş qəfəsinin daxili səthi arasında sürtünmənin qarşısını alır. Maye miqdarının eyni səviyyədə qalması plevra tərəfindən tənzimlənir. Lakin bir çox xəstəliklər zamanı plevra boşluğuna ifraz edilən maye miqdarının artması və ya sorulmasının ləngiməsi nəticəsində plevra mayenin artması müşahidə olunur. Çox miqdarda maye ağciyərləri sıxır və divararalığı orqanların yerdəyişməsi baş verir. Nəticədə təngnəfəslik, aşağı ətraflarda şişkinlik, sianoz (dərinin göyərməsi) və başqa simptomlar müşahidə edilə bilər.

Plevra boşluğunda mayenin yığılması pnevmoniya, vərəm, ürək xəstəlikləri, böyrək çatışmazlığı, qaraciyər sirrozu, bədxassəli törəmələr, poliorqan çatışmazlığı, ağciyər tromboemboliyası, həmçinin bəzi dərman preparatlarının yan təsirləri səbəbindən müşahidə oluna bilər.

Bu vəziyyətin diaqnostikası döş qəfəsinin rentgenoqrafiyası, ultrasəs müayinəsi və kompüter tomoqrafiyası əsasında aparılır. Plevra punksiya döş qəfəsində maye yığıldıqda tətbiq olunan və yerli anesteziya altında həyata keçirilən prosedurdur. Həmin prosedur plevra maye həcmi 10 ml və daha çox olan, demək olar ki, bütün xəstələrdə, həmçinin ilk dəfə diaqnoz qoyulmuş və ya naməlum etiologiyalı xəstələrdə aparılır. Təxminən 15 dəqiqə davam edən prosedur zamanı pasiyent oturaq vəziyyətində olur.

Əgər ürək çatışmazlığı olan xəstədə döş qəfəsində ağrı, qızdırma və ya təngnəfəslik yoxdursa və maye hər iki tərəfdə simmetrik yığılmışsa, prosedura ehtiyac olmur, bu zaman dərman müalicəsi kifayətdir. Plevra punksiya həm diaqnostik (xəstəliyin səbəbinin təyin edilməsi), həm də müalicəvi məqsədlərlə icra edilə bilər. Alınan maye laborator müayinəyə göndərilir və nəticəyə uyğun müalicə başlanılır. Prosedurdan sonra pasiyentin tənəffüsü bərpa olunur və həyat keyfiyyəti yaxşılaşır.

Prosedur ərəfəsində spirtli içki və tütün məmulatlarından istifadə etməmək, fiziki aktivlikdən çəkinmək, qan durulaşdıran dərman preparatları qəbul etməmək, həddən artıq emosional gərginliyə yol verməmək tövsiyə olunur. Prosedurdan 8 saat əvvəl maye və qida qəbulunu dayandırmaq, tibbi göstəriş və həkim təyinatı ilə tələb olunan laborator analizləri vermək tövsiyə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: İran ətrafındakı müharibə bütün regiona yayılmaqdadır

10:38
15 Mart

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!