16 Fevral 2026 15:12
349
CƏMİYYƏT
A- A+
Ağdam şəhərindəki 5-ci yaşayış kompleksində 1074 mənzil inşa olunur

Ağdam şəhərindəki 5-ci yaşayış kompleksində 1074 mənzil inşa olunur


Ağdam şəhərində aparılan bərpa-quruculuq işləri çərçivəsində 5-ci yaşayış kompleksinin tikintisi davam etdirilir. Layihəyə uyğun olaraq, yaşayış kompleksində 50 binanın inşası nəzərdə tutulur.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, artıq 2-ci yaşayış kompleksinə sakinlərin köçü təmin olunub. Bu yaşayış kompleksində 103 ailə olmaqla, 403 ailə yaşayır. Ağdam şəhərindəki digər yaşayış kompleksində də işlər davam edir.

5-ci yaşayış kompleksində isə 50 binanın inşası nəzərdə tutulur. Onlardan 40-ı çoxmənzilli yaşayış binası, 10-u isə qeyri-yaşayış binalarıdır. Bu yaşayış kompleksi 12 məhəllədən ibarət olacaq. Ümumilikdə isə 1074 mənzilin inşası planlaşdırılır.

F.Məmmədli qeyd edib ki, yaxın vaxtlarda 3-cü yaşayış kompleksində də tikinti işlərinə başlanılması nəzərdə tutulur. 3-cü yaşayış kompleksi 13 məhəllədən ibarət olacaq.

Ağdam şəhərində digər yeniliklərdən də danışan Fidan Məmmədli deyib: “Ağdam Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Məscidin yardımçı tikililəri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən inşa ediləcək və tikintiyə yaxın vaxtlarda başlanılacaq. Eyni zamanda, Ağdam şəhərində çoxfunksiyalı inzibati binanın da tikintisinə yaxın vaxtlarda başlanması nəzərdə tutulur”.

Sonra layihə rəhbəri Nəbi Mansurovla söhbət edirik. Məlum olur ki, məhəllədə yeraltı və yerüstü avtopark, velosiped saxlama yerləri də olacaq. Bütün bu amillər nəqliyyatın hərəkətinin tənzimlənməsinə öz töhfəsini verəcək.

135-ci məhəllə üzrə layihə rəhbəri Telman Paşşanov isə deyib: “135-ci məhəllədə 2 ədəd altımərtəbəli, 1 ədəd səkkizmərtəbəli bina inşa olunur. Mənzillər 2, 3 və 4 otaqlıdır. Yeraltı avtodayanacaq və zirzəmiləri bir-birinə bağlayan yeraltı qalereya olacaq. Hazırda binaların yeraltı konstruksiya hissəsi tamamlanıb, 3-cü mərtəbələrin işləri yekunlaşır. Həmçinin yerüstü avtodayanacaq, kiçik stadion və binalararası yolların inşası nəzərdə tutulur. Konstruksiya işlərinin may ayında yekunlaşması planlaşdırılır. Hazırda konstruksiya işləri ilə yanaşı hörgü və mühəndis-kommunikasiya işləri də davam edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Gürcüstana dəmir yolu ilə göndərilən yükün 27 faizdən çoxu Azərbaycanın payına düşüb

11:39
06 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

11:38
06 Mart

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib  

11:34
06 Mart

Xocalıda şagirdlərə fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumat verilib  

11:33
06 Mart

“Hürriyet” qəzeti: Naxçıvana hücum Türkiyəyə zərbə endirmək anlamına gəlir

11:31
06 Mart

Hərbi Hava Qüvvələrində Bayraktar kursunun birinci buraxılış mərasimi keçirilib

11:02
06 Mart

Vəkillər Kollegiyasının 12 üzvü mükafatlandırılıb, 1-i kollegiyadan xaric edilib, 3-ü cərimələnib  

11:00
06 Mart

Kot-d’İvuar ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib

10:39
06 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:16
06 Mart

Dünya birjalarında neft ucuzlaşıb

10:15
06 Mart

Azərbaycan nefti 7 faizədək bahalaşıb

10:11
06 Mart

Tramp: ABŞ üç gündə 24 İran gəmisini məhv edib

09:37
06 Mart

Britaniya mediası Prezident İlham Əliyevin İranın dron hücumları ilə bağlı çıxışını işıqlandırıb

09:36
06 Mart

Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır

09:28
06 Mart

Bakı növbəti beynəlxalq tədbirə də yüksək səviyyədə evsahibliyi edəcək

09:05
06 Mart

Əlişir Nəvai: bütün zamanların söz memarı

09:00
06 Mart

Orta dəhlizdə rəqəmsallaşma və süni intellektin tətbiqi zamanın tələbidir

08:55
06 Mart

Azərbaycanın rəqəmsal gələcəyi

08:50
06 Mart

Günəş enerjisindən istifadə gələcəyə uğurlu yatırımdır

08:45
06 Mart

Milli maraqlardan qlobal təsirə: Prezident İlham Əliyevin "Strateji diplomatiya" fəlsəfəsi

08:40
06 Mart

Seçkilər Ermənistanın hansı yolla gedəcəyini müəyyən edəcək

08:35
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!