ADDIM-ADDIM FİNALA
Kolumbiya - İngiltərə - 1:1 (əlavə vaxt)
Qollar: Yerri Mina, 90+3 - Harri Keyn, 57 (pen.)
Penaltilər seriyası: 3:4
Moskva. “Spartak” stadionu
Günün maraqlı qarşılaşması Kolumbiya və İngiltərə yığmaları arasında oldu. Kolumbiya millisi yeganə komandadır ki, bu mundiala məğlubiyyətlə başlasa da, 1/8 finala çıxa bilib. İlk oyunun 3-cü dəqiqəsində azlıqda qalmaları səbəbindən yaponlara uduzan (1:2) kolumbiyalılar sonra Polşa (3:0) və Seneqal (1:0) komandalarını məğlub etməyi bacarıblar. DÇ-2014-də 1/4 finala çıxaraq ən yüksək nailiyyətinə imza atan komandanın bu uğuru təkrarlaması asan olmayacaqdı.
Kolumbiyalılar topu orta xətdə daha çox saxlamaları ilə fərqlənsələr də, rəqibinin heyətində son matça kimi
5 qolla hazırda mundialın bombardiri olan Harri Keyn kimi futbolçu var. Mundialın yaşca ən gənc komandalarından olan ingiltərəlilər ikinci heyətlə belçikalılara məğlubiyyətdən əvvəl ardıcıl 4 oyunda qələbə qazanmaları ilə yadda qalıb.
ABŞ-lı referi Mark Qeyqerin idarə etdiyi görüşə daha fəal başlayan ingilislər Harri Keynin 57-ci dəqiqədə penaltidən vurduğu qolla hesabda irəli çıxdılar. Qoldan sonra tədricən topa daha çox sahib olmağa çalışan kolumbiyalılar pressinq tətbiq edərək İngiltərə komandasının oyun qurmasına çətinlik yaratdılar. Qurulan hücumlar, sağ və sol cinahlardan edilən sürətli ötürmələr görüşün son dəqiqəsində bəhrəsini verdi. Hamı İngiltərə futbolçularının 1/4 finala vəsiqə qazandığını düşündüyü bir vaxtda Yerri Mina hesabı bərabərləşdirdi - 1:1.
Nəticədə əlavə edilən 30 dəqiqədə də qalib müəyyənləşmədi. Penaltilər seriyasında daha dəqiq olan İngiltərə komandası 4:3 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəldi.
Beləliklə, iyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının 1/8 final mərhələsinə yekun vuruldu. Mundialın 1/4 final mərhələsinin görüşləri iyulun 6-7-də keçiriləcəkdir.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!