19 Sentyabr 2024 08:50
626
İQTİSADİYYAT
A- A+
AÇG-dən başlanan yol geniş dəhlizlərə qovuşur

AÇG-dən başlanan yol geniş dəhlizlərə qovuşur


Ötən 30 il göstərdi ki, Azərbaycanın yeni neft-qaz strategiyası istər iqtisadi, istərsə də siyasi baxımdan olduqca qəqiq və böyük uzaqgörənliklə seçilmişdir. Təməl daşı "Əsrin müqaviləsi" olan bu strategiya ölkəmizin hərtərəfli inkişafına təkan vermiş, iqtisadi gücünü və siyasi nüfuzunu artırmış, xalqın rifah halını yüksəltmişdir.

Müəllifi Ümummilli Lider Heydər Əliyev olan "Əsrin müqaviləsi" əsrlərə hesablanmış möhtəşəm bir sazişdir. Həm də məsələ təkcə ondan ibarət deyil ki, 7 il əvvəl  Prezident İlham Əliyevin iştirakı ilə bu sazişin müddəti XXI əsrin ortasınadək uzadılıb. 2017-ci il sentyabrın 14-də imzalanan həmin saziş "Yeni əsrin müqaviləsi" adını alıb. 

1994-cü il sentyabrın 20-də imzalanan,  Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli"(AÇG) yataqlarının tammiqyaslı işlənməsini əhatə edən, qısa şəkildə  "Əsrin müqaviləsi" kimi tanınan kontraktın icrası ölkəmiz üçün həm də beynəlxalq  enerji aləminə, dövlətimizin başçısının sözləri ilə desək, geniş qapı açıb. 2017-ci il noyabrın 8-də Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə Prezidentimiz "Əsrin müqaviləsi"ndən sonra həyata vəsiqə alan digər layihələrin reallaşması xronologiyasına müraciət edərək demişdir: "Bu gün Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır. Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır. 1990-cı illərdə neft sənayesi ilə bağlı bir çox tarixi hadisələr baş verdi. Mən xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu Öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü ki, bu gün bizim qaz ixracımızın əsas infrastruktur layihəsidir və bu kəmər əsasında bu gün "Cənub qaz dəhlizi" layihələri icra edilir. 1990-cı illərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin biri təmir olundu, digəri yenidən tikildi. Yəni o vaxt neft infrastrukturunun əsası qoyuldu və 2000-ci illərdə də bu proses davam etdirildi".

Bu sözlərin deyildiyi vaxtdan 7 il keçir. Ötən dövr ərzində neft-qaz və ixrac layihələrimiz çərçivəsində növbəti  uğurlar qazanılıb. 2018-ci ilin mayında "Cənub qaz dəhlizi" istifadəyə verilib. Təxminən bir ay sonra bu dəhlizin bel sütunu, birləşdirici halqası sayılan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Türkiyəyə çatdırıb. "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) isə 2020-ci ilin son günündən başlayaraq Azərbaycan qazını Avropaya nəql edir.   

Azərbaycanın təşəbbüsü və aparıcı qüvvəsi ilə çəkilən, haqlı olaraq İlham Əliyevin meqalayihəsi adlandırılan 3500 kilometrlik bu dəhliz sayəsində ölkəmiz artıq pan-Avropa qaz təchizatçısı kimi tanınır. Azərbaycandan mavi yanacaq idxal edən ölkələrin sayı 10-a çatıb və bu, son hədd deyil.

"Əsrin müqaviləsi" ölkəmizə zəngin neft-qaz infrastrukturu da bəxş edib. Sex və tikinti sahələri modernləşdirilən ilk müəssisələrdən biri Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodudur (BDÖZ).  Sovet dönəmində Ümummilli Liderin səyi ilə Azərbaycanda tikilmiş, bu gün isə genişləndirilmiş, modernləşdirilmiş BDÖZ dünya standartları səviyyəsində fəaliyyət göstərən bir müəssisədir. Mütəxəssislərin fikrincə, əgər bu zavod olmasaydı, Azərbaycanın son onilliklərdə həyata keçirdiyi neft-qaz layihələrinin hər biri ən azı beş il ləngiyərdi. BDÖZ nəinki AÇG üçün genişmiqyaslı sifarişlər yerinə yetirib, "Şahdəniz" və digər layihələr üçün də çoxsaylı işlər həyata keçirib, indi də öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.

Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri, Səngəçal terminalı, "İstiqlal", "Dədə Qorqud" yarımdalma qazma qurğuları, "İsrafil Hüseynov" borudüzən barjı, "Tofiq İsmayılov" dalğıc gəmisi... Bunlar Azərbaycanın xarici şirkətlərlə birgə həyata keçirdiyi nəhəng neft-qaz layihələrinin hələ ilk mərhələlərində yaradılmış, yaxud modernləşdirilmiş infrastrukturlardır.

Bakıdan 55 kilometr cənubda, Xəzərin sahilində yerləşən Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminallarından biridir. Bir neçə möhtəşəm neft-qaz ixracı kəmərinin başlanğıc nöqtəsi məhz buradır. Başqa sözlə, Səngəçal terminalı bu gün regionun neft-qaz ixracı mərkəzinə çevrilib.      

Azərbaycanda həyata keçirilən layihələr çərçivəsində əldə edilən uğurlarda müxtəlif təyinatlı gəmilərin də böyük rolu var. Onlardan tək birini xatırlatmaq kifayətdir. Bu, "Xankəndi" sualtı tikinti gəmisidir. Bakı Gəmiqayırma Zavodunda inşa edilən "Xankəndi" gəmisi DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilib. Bu gəmi məxsusi olaraq suyun dərinliyinin 550 metrədək çatdığı hissələrində dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib.

Bütün bunlar bir daha təsdiqləyir ki, "Əsrin müqaviləsi"ndən başlanan yol müvəffəqiyyətlə  davam edir.  İndi Azərbaycan "qara qızıl"dan və mavi yanacaqdan "yaşıl enerji"yə keçid edir. Cari ilin noyabrında Bakıda keçiriləcək COP29 bu keçidin  nə dərəcədə uğurlu olduğuna daha bir sübutdur. Biz Avropaya "yaşıl enerji" dəhlizi də çəkəcəyik. Bu barədə hələ iki il əvvəl Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya razılığa gəliblər. Dənizin dibi ilə uzanacaq 1100 kilometrlik bu xəttə Azərbaycanın vasitəsilə Qazaxıstan və Özbəkistan da qoşulacaq. İştirakçı ölkələrin sayının artacağı da istisna deyil. Budur "Əsrin müqaviləsi"ndən başlanan yolun gerçəklikləri!


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!