26 Aprel 2024 16:34
279
DÜNYA
A- A+

ABŞ Universitetində keçirilən buraxılış mərasimi etirazlara görə ləğv edilib

 

Cənubi Kaliforniya Universiteti may ayına planlaşdırılan buraxılış mərasimini Fələstin tərəfdarının nümayişlərinə görə ləğv edib.

Universitetin mətbuat xidməti 65 minə yaxın insanın iştirak etdiyi mərasimin təhlükəsizlik səbəbi ilə ləğv edildiyini bildirib.

Eyni zamanda qeyd olunub ki, universitetin digər buraxılış proqramları  keçiriləcək.

Fələstinə dəstək üçün tələbələrin etirazları Kolumbiya Universitetində başlayıb və tezliklə müxtəlif ştatların digər universitetlərinə də yayılıb.

Cənubi Kaliforniya Universitetində keçirilən etiraz aksiyaları çərçivəsində 93 tələbə saxlanılıb.

CNN-in məlumatına görə, Corciyadakı Emori Universitetində 2-si professor olmaqla 30-a yaxın adam saxlanılıb.

İqtisadiyyat professoru Karolin Folin və fəlsəfə kafedrasının müdiri, professor Noel Makafinin saxlanma anları sosial şəbəkələrdə yayımlanıb.

CBS News-un məlumatına görə, polis Massaçusets ştatının Boston şəhərindəki Emerson Kollecində fələstinlilərə dəstək nümayişləri zamanı 108-dən çox tələbəni saxlayıb.

 “Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video